İlham Əliyev Cəbrayıldan bir çox ünvanlara ismarıc göndərdi

 

Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmi­riksübutlar tələb edirik.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət başçımızın işğaldan azad edilmiş istənilən rayon, şəhər və kəndimizə səfərləri, sözün həqiqi mənasında, mühüm tarixi və siyasi hadisəyə çevrilir. Çünki cənab Prezident həmin səfərlər zamanı təkcə vəziyyətlə maraq­lanmır, yeniliklərlə tanış olmur. Həm də mühüm siyasi əhəmiyyət kəsb edən nitqlərlə, çıxışlarla dostlarımızın da, bədxahlarımızın da diqqətini çəkir.

 

Ali Baş Komandanın oktyab­rın 4-də Cəbrayılda – bu rayonun ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdəki nitqi də bir neçə cəhətdən əlamətdar idi. Təbii ki, həmin nitqin siyasi, iqtisadi, hərbi, mənəvi və psixoloji tərəfləri barədə çox yazı­lacaq, uzun müddət danışılacaq. Biz isə bu yazıda dövlət başçımızın həmin nitqindəki siyasi fikirlərin iki istiqaməti – Ermənistanın mövcud reallıqları qəbul etməsinin zəririliyi barədə deyilənlər və kənardakı bəzi qüvvələrin 44 günlük müharibənin nəticələrini tanımamaqdan ötrü uydurduqları bəhanələr barədə olan arqumentlərdən söz açmaq istəyirik.

 

Xatırladaq ki, cənab Prezident son illərdə, xüsusilə, 44 günlük müharibə zamanı beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə demişdir ki, bizim daim sülh tərəfdarı olma­ğımız ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qalxacağımız azadlıq mücadiləsinin qarşısını almayacaqdır. Belə də oldu. Ötən ilin payızında biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Cənab Prezident viranəyə çev­rilmiş Cəbrayıl ərazilərini göstərərək dedi ki, bu dağıntıları törədən insan deyil, buna insan demək olmaz. Bunu törədən Azərbaycan xalqına o qədər nifrət etməli idi ki, bax, bu çirkin əməllərə əl atsın. O Azərbaycan xal­qına ki, ermənilərə vaxtilə qucaq açıb.

 

Ancaq ermənilər öz vandallıqların­dan əl çəkmədikləri kimi, Azərbaycan dövləti də öz humanistliyindən, sülhsevərliyindən geri çəkilmir. Dövlət başçımız bütün olub-keçənləri bir tərəfə qoyaraq, Ermənistanla sülh danışıqlarına başlamağa razılığını ifadə edir. İşğalçı dövlətdən isə bu humanist addıma cavab verilmir. Əksinə, yeni terror və təxribatlar törədiləcəyi barədə təhdidlər eşidi­rik. Odur ki, Prezident Cəbrayıldan İrəvana səslənir: “ Mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur”.

 

Bu gün regionda müharibənin dayanmasını fürsət bilən bəzi dar düşüncəli, fitnəkar və avantürist qüvvələr elə güman edirlər ki, müharibə bitdiindi hər şey, necə deyərlər, əvvəlki məcraya qayıda­caq. Prezident qətiyyətlə bildirir ki, həmin qüvvələr səhv edirlər. Çünki müharibənin bitməsi o deməkdir ki, regionda artıq yeni reallıqlar yara­nıb. Təbii ki, bu reallıqları bizqalib tərəf yaratmışıq. Ona görə də təkcə Ermənistan yox, hamı bu reallıqla hesablaşmalıdır və hesablaşacaqlar. Çünki Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlanmasına imkan verilməməsi bizim legitim hü­ququmuzdur: “Əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadar­ları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar – bəziləri bəyanatlar verməklə, bəziləri baş­qa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olma­yacaq”.

 

Dövlət başçımızın nitqindəki siyasi fikirlərin söz açmaq istədiyimiz ikinci istiqaməti isə daha kəskin və daha qətiyyətlidir. Xatırladaq ki, 44 günlük müharibə dövründə Fransa başda olmaqla, bəzi ölkələr Azərbaycanın haqq işinə qara yaxmağa çalışırdılar. Dövlət başçımız həmin bəyanatlara və telefon zənglərinə lazımi cavab­ları verirdi. Ancaq çox təəssüf ki, müharibə bitəndən, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra bəzi region ölkələri bu real­lıqla barışmaq istəmirlər. Özübu addımları atan ölkənin rəhbərləri illər boyu dəfələrlə deyiblər ki, Prezident İlham Əliyev hansısa üçüncü ölkənin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməməklə təkcə mehriban qonşuluq siyasətinə sadiq qaldığını sübut etmədi, həm də müdriklik nümayiş etdirdi.

 

Bəs indioldu ki, İran rəsmiləri həmin mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirmək istəmirlər? Yəqin, müdriklik çatışmır. Dövlət başçımız bu məsələdə də açıq danışmağa üstünlük verdi: “ Əfsuslar olsun ki, İranın rəsmi şəxsləri bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sü­butlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

 

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan üzü bəri bütün erməni siyasətçiləri yüz dəfələrlə təkrar ediblər ki, Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri İranın bizə göstərdiyi yardımı heç zaman unutmayacağıq. Ermənilər buni həmişə, hər yerdə dediklərinə görə hamı kimi azərbaycanlılar da bu faktı yaxşı bilirdilər. Ancaq son otuz ildə heç bir Azərbaycan siyasətçisi İran rəhbərliyinə bu barədə etiraz etməyib. Çünki söhbət İranın daxili işlərindən getdiyinə görə sivil, hüquqi demokratik Azərbaycan dövləti bu prinsiplərə hörmətlə yanaşıb. Hərə öz xarici siyasətini öz istədiyi şəkildə qurmalıdır qurur.

 

Təəssüf ki, çoxəsrlik dövlətçilik tarixi olan İranda qonşu dövlətin daxili işlərinə qarışmamaq barədə mövcud olan tarixi təcrübəyə məhəl qoymaq istəmirlər. Üstəlik, onlar anlamırlar ki, ermənilər işğalçı, terrorçu, təxribatçı, müsəlman əhaliyə qarşı soyqırımı törətmiş, qaniçən, vəhşi, məsciddə donuz saxlayan mənəviyyatsız tay­fadırsa, İsrail alimləri dünyanın elm, texnika təbabətinə bir çox xalqın verə bilmədiyi töhfələri veriblər.

 

Bütün bunları nəzərə alan Prezi­dent xatırladır: Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında quru­ruq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsu­si canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.

 

Dövlət başçımız həmişə olduğu kimi, bu əsassız iddialara cavab verərkən on milyonluq ölkə əhalisinin qətiyyətini dilə gətirdi: “Bun­dan sonra da Azərbaycan öz xarici əlaqələrini daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2021.- 9 oktyabr.- S.4.