Şəhid ailələri və müharibə əlillərinə qayğı davam edir

 

 

Ölkəmizdə əhalinin, o cümlədən həssas qrupların və aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması məqsədilə aparılan islahatlar, reallaşdırılan tədbirlər davamlı olaraq həyata keçirilir. Bugünlərdə belə tədbirlərdən biri – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzilin təqdim edilməsi mərasimi baş tutub.

 

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində nazirli­yin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar BehbudovMilli Məclisin deputatı Şahin Seyidzadə iştirak ediblər. Agent­liyin sədri bildirib ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrlə qəhrəmanlıq tarixi yazdı. 2020-ci ilin 20 oktyabrında şanlı ordumuz daha bir tarixi qələbəyə imza atdı – Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Zəngilan şəhərinin azad edilməsinin birinci ildönümü olan əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillərin verilməsi ilə davam etdirildi.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçı­sının müvafiq sərəncamı ilə 2021 – 2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutu­lub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir. Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1800 mənzil verilib.

 

Eyni zamanda, Vətən müharibəsi qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.

 

Deputat Ş.Seyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

 

Mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daimi dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət baş­çısına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək vermək üçün “Məşğulluq marafonu” təşkil edi­lib. Həmin marafonda iştirak edən işəgötürənlərin sayı artmaqda davam edir.

 

Məşğulluq marafonuna indiyədək 558 işəgötürən (292-si dövlət, 266-sı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi da­vam edir. “Məşğulluq marafonuna qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqın­da məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

 

Həssas qruplara diqqətin bir nümunəsi də Prezident İlham Əliyevin 2021-ci il 25 iyun ta­rixli fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yara­dılmasıdır. Bu mərkəzlərdə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara, müharibə əlillərinə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial eksper­tiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 19 dövlət orqanı (6 mərkəzi, 13 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

 

Bakıdakı DOST mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 2119 şəxs (o cümlədən Çağrı mərkəzi – 142 vasitəsilə 207 şəxs) müraciət edib. Bunlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 570, Müdafiə Nazirliyi üzrə 852, Səhiyyə Nazirliyi üzrə 48, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 87, yerli icra hakimiyyəti orqan­ları üzrə 149, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 46, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 160 müraciət edilib.

 

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları yalnız öz borclarını əhalinin sosial müdafiəsinə töhfə verməklə bitmiş hesab etmir, həm də Vətənə olan müqəddəs borc­larını da şərəflə yerinə yetirirlər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlə başa vurduğu Vətən müharibəsində nazirliyin 101 əməkdaşı da iştirak edib. Onlarla yanaşı, nazirlik əməkdaşlarının ailə üzvlərindən 129 nəfər döyüşlərdə iştirak edərək möhtəşəm zəfərin qazanılmasına öz töhfələrini verib.

 

Nazirlik üzrə 11 əməkdaşın ailə üzvü isə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində iştirak edən əməkdaşlardan 73 nəfəri Prezident İlham Əliyevin sərəncamları ilə me­dallara layiq görülüblər.

 

Cəbhədə Vətənə, ba­şında vətəndaşa xidmət edən əməkdaşlarla fəxr edirik! Vətən müharibəsinin ildönümü ilə əlaqədar nazirlik həmin əməkdaşlar haqqında videoçarx hazırlayıb.

 

Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət TibbiSosial EkspertizaReabilitasiya Agent­liyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair Memorandum im­zalanıb. Əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial EkspertizaReabili­tasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıb.

 

Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm tari­xi zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərimizlə bağlı həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərindən bəhs olunub. Bu tədbirlərin bir istiqamətinin də qazilərimizin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı olduğu vurğulanıb.

 

İmzalanan əməkdaşlıq sənədinin də Vətən müharibəsində yaralanmış qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi, ümumən onların ehtiyaclarına uyğun digər tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğu qeyd edilib.

 

Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə müharibədə yaralanmış və əlilliyi müəyyən edilməmiş şəxslərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi və reabilitasi­ya xidmətləri ilə təmin olunması istiqamətində əməkdaşlıq edəcək.

 

Qarşılıqlı zəruri məlumatların ötürülməsi təmin ediləcək. “YAŞAT” Fondu tərəfindən agentliyə yönləndiriləcək Vətən müharibəsi iştirakçılarının reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

 

Bu memorandum neçə yaralı qa­zinin normal həyata dönüşünə imkan verəcək, neçə əlilin reabilitasiyasını sürətləndirəcək. Dövlətimiz həmişə şəhid ailələrinə, qazilərə xüsusi qay­ğı göstərib. Belə tədbirlər bu gündavam edir və gələcəkdə də davamlı olacaq.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti $g 2021.- 23 oktyabr.- S.10.