Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 255       Bakı şəhəri, 10 sentyabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2084; 2020, ¹ 12 (V kitab), maddə 1613) ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.1.6-cı yarımbənddə “Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “publik hüquqi şəxsi” sözləri ilə əvəz edilsin.

 

2. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

“7.2. Bu Qaydanın 7.1.2-ci yarımbəndində nəzərdə tutulan ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmako-nəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər ara­sında münasibətlər Qurum ilə vəsiqə sahibiya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzim-lənir. Ekspertiza “Dərman vasitələri haqqında” Azərbaycan Respub­likası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçirilir.”.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti 2021.- 11 sentyabr.- S.4.