Azərbaycan Respublikası Nazirlər Kabi­netininİnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uço­tunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli, “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” 2018-ci il 20 fevral tarixli 58 nömrəli, “Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 138 Bakı şəhəri, 4 aprel 2022-ci il

 

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texno­logiyalar və rabitə sahəsində idarəetmənin təkmilləş-dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1891; 2018, ¹ 4, maddə 836, ¹ 9, maddə 1916; 2021, ¹ 6 (IV kitab), maddə 672) ilə təsdiq edilmişİnternet telekom­munikasiya xidməti göstərən opera-torla­rın və provayderlərin uçotunun aparılması Qaydası”nın 1.3-cü bəndində, həmin Qaydanın 1 və 2 nömrəli əlavələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2531; 2018, ¹ 8, maddə 1798; 2019, ¹ 5, maddə 944; 2020, ¹ 4, maddə 481, ¹ 10, maddə 1309, ¹ 11, maddə 1409; 2021, ¹ 11, maddə 1281) ilə təsdiq edilmişBaza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 7-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

3. “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndiril-məsi Şurasının yaradılması haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 361; 2020, ¹ 1, maddə 80; 2021, ¹ 4, maddə 388) “Şuranın üzvləri” hissəsində “Elmir Vəlizadə – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini” sözləri “Rövşən Rüstəmov – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin, habelə həmin hissədən “Rövşən Rüstəmov – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini” sözləri çıxa­rılsın.

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1936; 2019, ¹ 1, maddə 145, ¹ 3, maddələr 524, 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsində “Rəşad Əzizov - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri” sözləri “Anar Qasımov - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdi­ri” sözləri ilə əvəz edilsin.

 

5. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi­nin kollegiyasının tərkibi haqqında” 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli Qərarında (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2018, ¹10, maddə 2150) aşağıdakı dəyişikliklər edilsin:

 

5.1. adında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

 

5.2. 1-ci hissədə, “Kollegiyanın sədri” və “Kollegiyanın üzvləri” bölmələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiya­lar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə, “nəqliyyat, rabitə və yüksək tex­nologiyalar” sözləri isə “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin;

 

5.3. 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiya­lar NazirliyininMilli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru” sözləri “Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri isə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

 

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə 1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479, ¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134, ¹ 9, maddə 1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab), maddələr 1589, 1597; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddələr 278, 288, 293, 300, 302, ¹ 4, maddələr 395, 399, 404, 416, 417, 418, ¹ 6 (IV kitab), maddə 695, ¹ 7, maddələr 871, 874, ¹ 8, maddələr 966, 973, ¹ 9, maddə 1064, ¹ 10, maddələr 1181, 1187, 1192, ¹ 11, maddələr 1256, 1274, 1280, 1283; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 yanvar tarixli 1 nömrəli və 15 yanvar tarixli 18 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları” sütununda “1855” və “1452” kodlu sətirlərdə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2022.- 9 aprel.- S.6.