İşğal olunmuş ərazilərimizdə tarixi-mədəni irsimiz məhv edilib

 

Artıq on minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var. Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirənlər də var.

Ağdamın xarabalıqlarını görən bir jurnalistQafqaz üzrə tanınmış mütəxəssis, britaniyalı Tomas de Vaal Ağdamda ermənilər tərəfindən törədilmiş dağıntıları II Dünya müharibəsində amerikalıların dar­madağın etdikləri yapon şəhərləri XirosimaNaqasaki ilə müqayisə edərək, Ağdamı "kiçik Xirosima" adlandırmışdı.

Amerika Birləşmiş Ştatla­rında çıxan nüfuzlu "Times of İsrael" qəzetində dərc olunmuş məqalənin müəllifi İsrael Baruk isə məqsədli şəkildə tarixi-mədəniyyət abidələrimizə qarşı vandalizm aktla­rını törədən Ermənistanı "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qrup­laşması ilə müqayisə edərək yazırdı: "Ermənistan işğal edilmiş torpaqlar­da azərbaycanlılara aid bütün izləri silməyə çalışaraq, həmin rayonlarda bütün Azərbaycan toponimlərini, şəhərlərin və kəndlərin adlarını "erməniləşdirmək" siyasətini səylə tətbiq edib. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxta­laşdırıb və ya məhv edərək yeni tarix yaratmağa çalışıb”.

Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında azərbaycanlılara məxsus bütün tarixi izləri silməklə yanaşı, xalqımızın, ümumilikdə isə bütün müsəlmanların heysiyyatına to­xunmaq məqsədilə bəzi məscidlərdən hətta donuzmal-qara üçün sax­lanc yeri kimi də istifadə ediblər.

Dövlət başçımız bu xüsusda deyib: "Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox videofoto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar”. Tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükutsusqunluqla seyr etməkdədir.

Prezident İlham Əliyev torpaqla­rımız işğaldan azad olunduqdan az müddət keçdikdən sonra dəfələrlə bu ərazilərə səfər edibbu van­dallığın şahidi olub. Səfərlər za­manı ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizin ictimaiyyət nümayəndələri ilə görüşüb, gələcəkdə yenidən qurulacaq şəhər və kəndlərimizin görüntüsündə onla­rın da təkliflərini dinləyib.

İşğaldan azad edilmiş rayonlar­da bərpa-quruculuq işləri bu günlər sürətlə davam edir. Bu regionların mədəni mühiti tədricən formalaş­dırılacaq, yeni mədəniyyət evləri, sərgi salonları, muzeylər, kitabxa­nalar, kinoteatrlar yaradılacaq. Biz bu nümunəni Zəngilan rayonunda inşa edilən “ağıllı kənd” in simasında görürük. Şərqi Zəngəzur və Qara­bağ iqtisadi rayonlarında regional mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu məsələ 2030-cu ilədək dövr üçün Azərbaycan Res­publikasının mədəniyyət strategiya­sında da nəzərdə tutulub.

Heydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda keçirilən “dəyirmi masada çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildikdən sonra bu torpaqlarda quruculuq-bərpa işləri başlanıb. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Heydər Əliyev Fondu bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunub. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə mütərəqqi üsullar tətbiq edilir.

Prezidentin köməkçisi qeyd edib ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.

Fond ötən müddət ərzində artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli yenidən Şuşa şəhərində ucaldılıb.

Mədəniyyət paytaxtımız Şuşa şəhərində digər abidələrin bərpası da diqqət mərkəzindədir. Şuşa rayo­nunun xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, dövlət başçısının tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində xeyli işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. A.Kərimov deyib: “Təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xü­susi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncam im­zalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır”.

İşğaldan azad edilmış ərazilərdə bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. Ona görə də bu sərvətin qorunub gələcək nəsillərə çatdırılması mənəvi borcumuzdur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2022.- 31 avqust.- S. 7.