“Dövlət və bələdiyyə tərəfindən yaradı­lan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 286    

 

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

 

1. “Dövlət və bələdiyyə tərəfindən yaradı­lan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respub­likası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Bakı şəhəri, 6 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 10 avqust.- S.8.