Ermənilər sülh prosesinə açıq şəkildə mane olurlar

 

Ermənistan Vətən müharibəsinə qədərki danışıqlar dövründə olduğu kimi, indiki mərhələdə də davamlı şəkildə təxribatlar törədir, sülh prosesinin əngəllənməsi üçün əlindən gələni əsirgəmir. Biz bu mənzərəyə yaxşı bələdik. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistan Vətən müharibəsinə qədərki dövrdə sülh prosesində bir addım irəliləyiş görən kimi, müxtəlif üsullarla təxribatlara əl atır, vəziyyəti gərginləşdirirdi. Bunun səbəbini bir çox fərqli nöqteyi-nəzərdən gözdən keçirmək, bu millətin ümumi psixologiyasını və ya xislətini təhlil etmək, elmi faktlarla anormallığı sübuta yetirmək olar. Lakin məsələnin birbaşqa bucağı var: qorxu. Tarix boyu azərbaycanlılarla, özlərinin dili ilə desək, türklərlə üz-üzə gəlməkdən çəkinən bir xalq, hətta, sülh danışıqlarından da qorxur, mümkün olduğu qədər ləngitməyə çalışır.

Bəzi tarixçilər, eləcə də, siyasət adamları “müharibələrdə qələbə qazanan tərəf olmur” – desələr də, II Qarabağ müharibəsi bütün cəhətlərdən Azərbaycanın mütləq zəfər qazandığı tarixi bir hadisə idi. Vətən müharibəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə regiondünya üçün yeni perspektivlərin yaranması ilə nəticələndi. Burada söhbət təkcə kommunikasiyaların açılması, nəqliyyat-logistika, turizms. sektorların inkişaf imkanlarından getmir. Bu, həm də bölgədə sülhün və davamlı sabitliyin yaranması üçün təkan oldu. Cəlaləddin Ruminindediyi kimi, ümidsizliklərin ardında böyük ümidlər, qaranlığın ardında necə aydınlıqlar var. Eynilə sülh üçün, azadlıq üçün başlanan Vətən müharibəsi kimi.

Müharibənin son günü daha böyük miqyaslı fəlakətdən və məğlubiyyətdən qurtulmaq üçün təslim olmaq haqqında sənədə imza atan Ermənistan baş nazirionun təmsil etdiyi dövlət hər zaman olduğu kimi, bu dəfə də öz vədinə və rəsmi sözünə əməl etmədi. Ermənilər həm 10 noyabr Bəyanatının müddəalarından boyun qaçırır, həm də Azərbaycanın prosesi sağlam şəkildə davam etdirməsinə mane olmağa çalışır. Bunun üçün əllərində təkcə bir paslanmış silah qalıb: təxribat törətmək. Ona görə paslanmış ki, indiki mərhələdə nə biz, nə də dünya ictimaiyyəti onların yalanlarına əhəmiyyət verir. Artıq hər kəs bu xain toplumun xislətinə bələddir.

Ümumiyyətlə, gecolsa, dünya ictimaiyyətində Ermənistan təxribatlarının regional sülhə zərər verdiyi fikri formalaşıb. Qeyd edildiyi kimi, onlar üçtərəfli bəyanat imzalandıqdan sonra həm rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında, həm də sərhəd xətləri boyunca təxribatlar törədirlər.

Ötən günlərdə Prezidentimizə edilən telefon zəngləri və bu zənglərin tərəf müqabilləri erməni silahlı birləşmələrinin işğaldan azad edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsinin region üçün təhlükə yaratdığı mövzusunda həmfikirdirlər. Maraqlısı ondan ibarətdir ki, zaman-zaman sülhün təmin edilməsinin və kommunikasiyaların açılmasının özləri üçünböyük imkanlar yaradacağını etiraf edən Ermənistan baş naziri Nikol Paşinyan, ya əsgər və zabitlərə sözünü keçirə bilmir, ya da elə bizim də zənn etdiyimiz kimi, tamamilə ikiüzlü siyasət yürüdür. Əlbəttə, bu iki variantın hər biri ölkə daxilindəki anarxiyadan, xaosdan xəbər verir.

Məlum olduğu kimi, rəsmi İrəvan həmin quldur dəstələrinin torpaqlarımızdan çıxarılması üçün heç bir tədbir görmür. Hələ, bu, azmış kimi, təxribatlar törətməkdən də geri durmur. Bununla da ermənilər regionda sülh prosesinin gedişatına, həm də üçtərəli bəyanatın şərtlərinin yerinə yetirilməsinə ziyan vururlar.

Əgər buradakı səbəblərdən danışırıqsa, işğaldan azad edilmiş ərazilərdə davam edən yenidənqurma işlərini də qeyd etmək lazımdır. Belə ki, yerlixarici ekspertlərin fikirlərinə görə, ermənilərin təxribat törətməkdə əsas məqsədlərindən biri bərpa prosesini ləngitməkdir. Bu təxribatlar təkcə Azərbaycan xalqı və dövləti üçün deyil, hər zaman humanizmdən, insanlıqdan və qanunlardan dəm vuran dünya ictimaiyyəti üçün də qəbuledilməzdir.

Mütəxəssislər, həmçinin bildirirlər ki, silahlı və ya başqa yollarla Azərbaycana qarşı törədilən təxribatları dayandırması üçün Ermənistana təzyiq göstərilməli, lazım gələrsə, müxtəlif sanksiyalar tətbiq edilməlidir.

Ümumiyyətlə, bu ölkədə baş verənlər hər kəsə məlumdur. Onsuz da bir ayağı topal olan Ermənistan iqtisadiyyatı Vətən müharibəsindən sonra heç əl ağacları ilə də yeriyə bilmir. Erməni xalqı davamlı şəkildə etiraz aksiyaları təşkil edir, işsizlikdən, qiymət artımından, iqtisadi tənəzzüldən şikayət edir. Tarix boyu özgəsinin atına minməyə çalışan erməni dövləti isə öz tayqulaq, kor-topal uzunqulağının dərdinə qalmaq əvəzinə başqasının təkərinə çomaq soxmağa çalışır.

Dövlətimizin başçısı ABŞ Dövlət katibi Entoni Blinken, Fransa Prezidenti Emanuel MakronAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışıqları zamanı yaranan vəziyyətin bütün məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirib. Prezident qeyd edib ki, quldur silahlı birləşmələr tərəfindən törədilən təxribatlar nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Bu, həm də sülhün və danışıqlar prosesinin axsamasına səbəb olur. Əlbəttə, Azərbaycan tərəfi belə təxribatların qarşısını almaq və düşməni susdurmaq üçün lazımi tədbirlər görür.

Qeyd edilməsi vacib olan önəmli məsələlərdən biri də, üçtərəfli bəyanatda öz əksini tapan Zəngəzur dəhlizinin açılmasıdır. Erməni xalqı da, onların etimad edib seçdiyi lider də yaxşı başa düşür ki, bu, onlar üçünqurtuluş yoludur. Lakin hər zaman olduğu kimi, onlar reallıqlarla barışmır, yalanların kölgəsindən çıxmağa cəsarət etmirlər. Zəngəzur dəhlizinin açılması 2021-ci il yanvarın 11-də imzalanan üçtərəfli bəyanatda da qeyd edilib.

Erməni baş nazir isə utanmadan iddia edir ki, bu bəyanatlarda Zəngəzur dəhlizindən söhbət getmir, koridor qismində qeyd edilən sadəcə Laçın dəhlizidir. Bir çoxumuz bəyanatın müddəalarını dəfələrlə oxumuş, həm öz mühakiməmizlə, həm də ekspertlərin və dövlət başçımızın şərhləri ilə anlamışıq. Burada – 10 noyabr üçtərəfli Bəyanatın 9-cu maddəsində açıq şəkildə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu isə o deməkdir ki, Paşinyan təxribat törədən erməni quldur dəstələrindən heç də fərqlənmir, o, sadəcə olaraq təxribatçıların kostyumqalstuk geyinən rəsmi nümayəndəsidir.

Əvvəllər belə xarakterli yazıları Ermənistanın yaxın zamanda ağıllanıb, reallıqlarla barışacağına ümidvar olduğumuzu qeyd etməklə bitirsək də, indi əminliklə söyləyirik ki, “dəmir yumruq” yerindədir və lazım gələrsə, Vətən müharibəsində olduğu kimi, yenidən düşmənin başına çaxılmaq üçün hazırdır!

 

İmran ƏLİYEV

 

Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 6.