Erməni separatizminin bəşəri dəyərlərlə bir araya sığmayan fəaliyyəti sərhəd tanımır

 

Azərbaycan İkinci Qarabağ müharibəsindən ötən müddətdə sülh sazişinin bağlanılması istiqamətində atdığı addımlar zamanı bir sıra maneələrlə üzləşib. İstər İrəvanda, istərsə də Qarabağda revanşist qüvvələr tərəfindən Vətən savaşı başa çatandan buvaxtadək işğalçı ölkədə ixtişaşlar törətmək, əhali arasında çaşqınlıq yaratmaq və Ermənistan–Azərbaycan sərhəd xəttində silahlı münaqişə gerçəkləşdirməklə bağlı saysız cəhdlər göstərilib. Şübhəsiz ki, əsas məqsəd iki dövlət arasında illərlə davam edən düşmənçiliyi daha da dərinləşdirmək, sülh sazişinin imzalanması yönündə fəaliyyəti məhdudlaşdırmaq, həmçinin məlum üçtərəfli Bəyanatın müddəalarının icrasının qarşısını almaq olub.

Bir sözlə, bu gün erməni revanşizmi daim Azərbaycan–Ermənistan arasında mövcud ziddiyyətləri kəskinləşdirməyə, yaranan uçurumu daha da dərinləşdirməyə can atır. “Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Saqatelyan bu məsələdə Ermənistanın keçmişindiki rəhbərliyinin faşist xislətindən heç də fərqlənməyən bir davra­nış nümayiş etdirir. O, İrəvandakı Erablur panteonuna gedib, orada hərbçiləri “yeni müharibəyə” səsləyir: “Erməni əsgərləri, yeni savaşa hazır olun! Biz müqəddəs savaşı davam etdirərək, torpaqlarımızı düşməndən təmizləməliyik!”.

Daşnaksütyun” partiyasının təmsilçisindən soruşmaq lazımdır ki, Ermənistanın hansı əraziləri işğal edilib? Bəlkə o, Qarabağı, Zəngəzuru (fərqi yoxdur, ya Şərqi, ya da Qərbi) doğma, əzəli-əbədi torpağı, yurdu sayır? Bəlkə İşıqlı, Murov dağlarını dədə-babalarının oylaq, yaylaq yerləri hesab edir? Bəlkə bu partiya təmsilçisinin tarixdən heç xəbəri yoxdur? Yox, İşxan Saqatelyan, çox şübhəsiz ki, “böyük Ermənistan” xülyasından da, indiki Ermənistanın necə qurulmasından da, bu dövlətin ərazisinin Azərbaycan torpaqları hesabına zaman-zaman necə genişləndirilməsindən də yaxşı xəbərdardır. Sadəcə, onu faşist xisləti yuxuda gördüklərini həqiqət kimi deməyə, yozmağa vadar edir.

Görəsən, “qədim mədəni xalqın” katalikosu I Aram Ermənistan ordusunun işğal dövründə Qarabağı vəhşicəsinə yerlə-yeksan etdiyi, taladığı barədə indiyə kimi heç olmazsa, dalda-bucaqda belə dilinə bir kəlmə gətiribmi? Görəsən, kata­likos soydaşlarının bütün millətlərdə müqəddəs məkan sayılan məzarlıqları dağıtmalarından, qəbirləri eşib oradan qızıl dişlər axtarmalarından, maddi-mədəni abidələrimizi dağıtmalarından, inanc yerlərimizi murdarlamalarından vicdan əzabı çəkirmi? Yox! Yox! Sizcə, əsgərlərini yeni “müqəddəs” savaşa səsləməklə, “torpaqları düşməndən təmizləməyə” çağırmaqla qana susadığını nümayiş etdirən budin xadiminə” mənəviyyat daşıyıcısı kimi yanaşmaq olarmı?!..

Erməni katalikosu 1-ci Aram bu əxlaqı, bu düşüncəsi ilə, əslində, dinsiz-imansızlığını nümayiş etdirir. Çünki dindar, din sevgisi ilə yaşayan şəxs heç vaxt özgə torpağına, özgə mülkünə tamah salmaz. Öz xoşbəxtliyini qonşunun yurd-yuvası, od-ocağı üzərində qurmaz. Qəlbində-könlündə insanlığa məhəbbət hissi yaşadar, xalqını sülhə, əmin-amanlığa səsləyər.

Ermənistan uzun illər işğalda saxladığı torpaqlarımızda tarixi abidələri, mədəniyyət nümunələrini, məscidləri din, əxlaq və mənəviyyatla bir araya sığmayan şəkildə barbarcasına dağıt­dı, yerlə bir etdi, bununla da müqəddəs dəyər kasadlığını göstərdi. Erməni ziyalıları, din xadimləri isə bütün bu vəhşiliyi susqunluqla qarşılayaraq, İlahi haqdan üz çevirdi, soydaşlarının təcavüzkar əməllərinin qarşısını almaq təşəbbüsünün zəruriliyini unutdu. Əvəzində insanları xristian dininin də mahiyyətinə zidd olan terrora yönəltdi, silaha sarılıb təcavüzkar ordunu dəstəkləməyə çağırdı.

Antisemitizmin iliyinə qədər işlədiyi bir millətin bəşəri mövqe sərgiləməsini, dünya xalqlarının qədim tarixi abidələrinə, mədəniyyət nümunələrinə sayğı ilə yanaşmala­rını düşünmək sadəlövhlük olardı. Ötən il Hindistan liderinin qondarma “erməni soyqırımı”nın baş verməsi faktını inkar etməsindən sonra Ermənistanda törədilən vandallıq da bunun bariz ifadəsi idi: bir dəstə erməni millətçisi İrəvanda Hindistanın Azadlıq hərəkatının siyasi rəhbəri və dini lideri Mahatma Qandinin abidəsini yandıraraq, hind xalqına nifrətini bütün dünyaya bəyan etdi. Yaxud, ötən illərdə İkinci Dünya müharibəsində həlak olanların monumentlərinin məhv edilməsi bu xalqın faşizm xislətinin təsdiqi idi.

Erməni ziyalıları Azərbaycanın tarixi ərazisində məkrli plan əsasında yaradılan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın inzibati-ərazi bölgüsünə daxil olun­ması barədə 1988-ci il fevralın 21-də qərar qəbul ediləndə susdu. Bundan bir gün sonra bu təcavüzə etiraz olaraq, Əsgəran rayonu ərazisində keçirilən Ağdam və Əsgəran sakinlərinin dinc nümayişi zamanı iki azərbaycanlı gəncin – Əli Hacıyev və Bəxtiyar Quliyevin qətlə yetirilməsinə heç nə olmamış kimi laqeydlik göstərdi. Həmin vaxtdan başlayaraq, iki il ərzində 250 mindən çox azərbaycanlı Ermənistandakı dədə-baba yurdundan didərgin salı­nanda, 217 nəfər vəhşicəsinə qətlə yetiriləndə, bu ölkədə etnik təmizləmə ilə yanaşı, 300-dən çox məscid, 500- dən çox qəbiristanlıq yerlə-yeksan ediləndə, bu ərazilərdə əzəli sakinlərin – azərbaycanlıların bütün tarixi və mədəni izləri qəsdən silinəndə, yaxud özününküləşdiriləndə, qədim toponimlərimiz erməniləşdiriləndə də siyalı səsi, etirazı eşidilmədi.

Erməni kilsəsi mövcudluğu tarixində bir dəfə belə olsun Ermənistan–Azərbaycan münaqişəsi haqqında əsl həqiqəti dilə gətirərək, bununla bağlı təmsil etdiyi xalqa çağırış etməyib, soydaşlarını sülhə, əmin-amanlığa səsləməyib. Əslində, susmaqla, səssiz qalmaqla terroru, qəsbkarlığı, barbarlığı dəstəkləyib, hətta bir çox hallarda bu aktların təşəbbüskarı və müdafiəçisi kimi çıxış edib. Ən dəhşətlisi isə odur ki, Allah evi adlandırdığı kilsədə separatizmi körükləyən kilsə “Qarabağ bizimdir!” şüarına imza atanlara, talan, terror və digər cinayət törədənlərə, necə deyərlər”, qol-qanad, ruh verib, “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul yardımında öndə gedib. Bundan imtina edənləri isə qınayıb. Bununla da ermənilərin xalqımıza nifrət, kin-küdurət alovunu daha da gücləndirib. İstintaqın müəyyənləşdirdiyi Sum­qayıt hadisələrinin təşkilatçısı, qatı cinayətkar “Paşa” ləqəbli Eduard Qriqoryanı beynəlxalq aləmdə lənətləyənlərə nifrət bəslədiyini bildirib.

Görəsən, erməni faşizmi tərəfindən Azərbaycana qarşı həyata keçirilən Xocalı soyqırımı törədilməklə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetiriləndə, 1275 nəfər girov götürüləndə erməni kilsəsində xaç çevirənlərin vicdanı titrəyibmi?!.

İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsindən sonra erməni faşizmi insanlıqla, bəşəri dəyərlərlə bir araya sığmayan fəaliyyətini daha da genişləndirib. Ölkəmizin sülh çağırışlarına məhəl qoymayan düşmən artıq Vətən müharibəsində sarsılan Ermənistanın dövlət ideologiyasını – ultramillətçiliyi, erməniliyi yenidən dirçəltmək, can­landırmaq yönündə addımlar atır, bu məqsədlə erməniləri revanşizmə səsləyir, bunun üçün əvvəlcə acı məğlubiyyətdən sonra parçalanan, iki qütbə bölünən milləti birləşdirməyə, bunun üçün dini əsaslara söykənən layihələr gerçəkləşdirməyə çalışır. Ötən ilin sonlarından başlananindi də icrası davam etdirilən şüarı “Qar­şıdan gələn qələbənin simvoluolan “Hakobavankın intibahı” adlı ideoloji layihə bunun bariz ifadəsidir.

Xatırladaq ki, layihəyə əsasən, Kəlbəcərdəki ermənilərin Dadivəng adlandırdıqları Xudavəng monastırının bərpası qarşıya mühüm vəzifə kimi qoyulub. Burada yenilənmə aparılmaqla yanaşı, qazıntı əsasında elm-tədqiqat işinin həyata keçirilməsi də nəzərdə tutulub.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 10.