Cinayət cəzasız qalmadı…

 

30 il bundan əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə dünyanın görən gözüsusan vicdanı qarşısında insanlığın dəhşətli faciələrindən biri baş verdi. Əfsuslar olsun ki, bəşər övladı yaranışdan üzübəri çoxsaylı dağıntılarla, tələfatlarla, qırğınlarla nəticələnən faciələrə az şahidlik etməmişdir. Xocalı soyqırımının forma və məzmun, mahiyyətcə digərlərindən fərqi ondadır ki, bu qanlı olay dünyanın sivilləşməyə, qloballaşmaya, inteqrasiyaya can atdığı, kainatı, kosmosu ən ali üsullarla fəth etdiyi, elmi-texniki, ictimai-siyasi inkişafa nail olduğu bir dövrdə, 70 il eyni cəmiyyətdə “qardaşlaşmış” iki xalqdan birinin o birinə qarşı cinayət əməlləri tükürpədici vəhşiliklə, heyvani bir ehtirasla həyata keçirilmişdir.

 

Xocalı soyqırımını son iki yüz ildə təkcə türk dünyasının deyil, bü­tün bəşəriyyətin bəlasına çevrildiyi erməni terrorizminin tərkib hissəsi kimi qəbul etmək daha doğru yanaşmadır. Azərbaycan xalqının ikiyə bölünməsi ilə nəticələnən Türkmənçay və Gülüs­tan müqavilələrindən sonra Qafqazda yeni münaqişələrin əsası qoyuldu. Bu ərazilərə köçürülən mənfur qonşularımız düşmən saydıqları və qanına susa­dıqları soydaşlarımızın əzəli torpaqları hesabına dövlət yaratdıqdan sonra zaman-zaman “dənizdən-dənizə böyük Ermənistan” xülyasını havadarlarının hərtərəfli dəstəyi ilə gerçəkləşdirməyə cəhd göstərdilər. Bu azmış kimi, azərbaycanlıları tədricən öz dədə-baba yurdlarından didərgin saldılar, maddi və mənəvi, cismani qəsbkarlıqla qədim bir milləti məhv etmək yolunu seçdilər, türk-müsəlman düşmənçiliyini təbliğ etdilər.

 

Beləliklə, terrorizm ənənələri Ermənistanın dövlətçilik siyasətində üstün yer tutdu. Millietnik ünsür kimi cəmiyyət və dövlətlərin bəlasına çevrilən ermənilər ikiüzlülükləri, riyakarlıqları, xəyanətləri ilə yalnız müəyyən qüvvələrin əllərində alətə çevrildikcə, ayaq açdıq­ları məmləkətlərin dinclikləri pozuldu. Bu, tarixi reallıq indi ermənilərin, necə deyərlər, at oynatdıqları bir sıra ölkə xalqlarının tarixi şəxsiyyətlərinin, düha sahiblərinin kəlamlarında da aydın ifadəsini tapdı. Azərbaycanı gəzib dolanan, onun təbiətinə heyran qalan, qonaqpərvərlikdən məftun olan fransız yazıçıAleksandr Dümanın, rus yazıçısı Vasili Veliçkonun, Amerika yazıçısı C.Makkarti və başqalarının erməni xa­rakterini açan fikirləri bədii ədəbiyyatda və tarixdə yer alsa da, təəssüf ki, həmin ölkələrin müvafiq dairələri tərəfindən “erməni qardaşlığı” həqiqətdən üstün tutuldu. İkinci Qarabağ müharibəsi, bu savaşın nəticələrinə etiraz səsini qal­dırmaq istəyən himayədarların reallıq­dan uzaq sərsəmləmələri buna aydın sübutdur. Əsl reallığı isə “dəmir yumruq” qaldıran müzəffər Ali Baş Komandan və şanlı ordumuz isbatladı.

 

“Xocalı faciəsindən qaçmaq müm­kün idimi?”. Ötən 30 ildə ən çox verilən bu suala yalnız Azərbaycanın iki yüz illik tarixini diqqətlə vərəqləyərək cavab tapmaq olar. Xaraktercə sat­qınlığa, riyakarlığa alışmış ermənilər alçaq niyyətləri üçün müəyyən tarixi dönəmlərdə ələ düşən fürsətdən istifadə etmişlər. Siyasətində “parçalahökm sürprinsipini rəhbər tutan çar imperiya­sının içimizə yeridərək köləsinə çevirdiyi qaniçən ermənilər ən acı və alçaldıcı məğlubiyyətdən sonra da sakitləşmək istəmirlərsə, başlarına çırpılan “dəmir yumruğuuzadılan kömək ələ çevirmək imkanından bəhrələnmək düşüncəsində deyillərsə, ötən əsrin 90-cı illərində həm hərbi, həm də mənəvi cəhətdən hazırlıq­sız gənc dövlətin belə bir faciəyə qarşı dura biləcəyi (sovet ordusuna məxsus 366-cı alayın qaniçənlərə dəstək verdi­yini də nəzərə alsaq) təbii ki real görün­mürdü. Bu faciə, həm də o dövr üçün, ilk növbədə, inanılmaz idi. Təsadüfi deyil ki, həmin günlərdə erməni vandallarının hücumu nəticəsində bir neçə nəfərin öldürülməsi xəbəri yayılmışdı. Başqa ölkələrin mətbuatında isə öldürənlər, qaniçənlər yox, daha çox öldürülən, qanı axıdılan günahsızlar qınanırdı. Bu yalanlara inanan Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov yalnız Milli Məclisdə Çingiz Mustafayevin faciədən çəkdiyi süjetlərin nümayişindən sonra istefa vermişdi.

 

Sonradan Ermənistan prezidenti olmuş Serj Sarkisyanın separatçı rejimə rəhbərliyi ilə baş vermiş faciə barədə dedikləri isə əsl həqiqəti üzə çıxar­dı: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik.”

 

Bu mənada, erməni yazıçısı Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı ki­tabındakı Xocalı etirafları da insan adına inanılası hərəkətlər deyil: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qar­nından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qü­rurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik.”

 

Başqa bir yazıçı-jurnalist David Xer­diyan Xocalıda ermənilərin vəhşilikləri barədə “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başla­dım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

 

Qatil Serj Sarkisyan öz şərhində dünya ictimaiyyətini çaşdırmaq üçün “Sumqayıt və Bakıdan qaçan uşaq­ları” xatırladır. Guya bu vandalizmi törədənlər Sumqayıt və Bakıdan qovu­lanlardır. Əvvəla, dədə-baba yurdların­dan didərgin salınan, iki dəfə köçkün həyatı yaşayan həmvətənlərimizdən fərqli olaraq, Azərbaycanın adları çəkilən şəhərlərindən, o cümlədən digər ərazilərdən köçən ermənilər evlərini ba­zar qiymətinə sataraq, cəhənnəm odun­da yanan Ermənistana yox, Rusiya, Av­ropa və Amerikanın mərkəzi şəhərlərinə üz tutmuşdular və qaçqın statusu ilə dilənməyə üstünlük vermişdilər. Bu haq­da həmin dövrdəki erməni mətbuatında da geniş materiallara rast gəlmək olar.

 

Yalnız bir qism erməni havadarları­nın qayğılarından məhrum olmuşdu ki, onlar da vaxtilə “Krunkterror təşkilatına maliyyə yardımı göstərməyənlər idi. Bunu Sumqayıt hadisəsindən əvvəl erməni əsillilərin bank hesablarından çıxarışlar da təsdiq edir. Sumqayıt hadisəsi təxribat aksiyası idibuna dair təkzibolunmaz faktlar var. Dağıntılar törədən, təyin olunmuş ünvanlara basqın edərək ermənilərə işgəncələr verən, amansızlıqla öldürən cinayətkar dəstənin başında Qriqoryanın durması, sonradan onun Rusiyada azadlığa çıxmasına və izinin itməsinə şəraitin yaradılması, iğti­şaşların anındaca xarici ölkələrə video yayımı faktları mütəşəkkil bir qurumun planlı fəaliyyətindən xəbər verir.

 

Xocalıya qədər erməni quldur dəstələri Qarabağın azərbaycanlılar yaşayan Malıbəyli, Qaradağlı, Ağdaban və digər yaşayış məskənlərini işğal etmiş, mülki əhali qırğına məruz qalaraq evlərindən qovulmuşdu. Bu kəndlərdə azı 140 nəfər yaralanmış, 99 nəfər həlak olmuşdu. Yaşayış yerləri dağıdılmış, ata-baba yurdları yandırılmış, insanlar məhz azərbaycanlı olduğu üçün işgəncələrə məruz qalmış, öldürülmüşdü. Uşaqla­ra, qadınlara, qocalara, xəstələrə belə aman verilməmişdi.

 

Xocalıya hücum zamanı o vaxt keçmiş SSRİ-nin nəzdində olan əlahiddə 366-cı alayın ruslardan və ermənilərdən ibarət silahlı dəstələri tərəfindən xü­susi plan hazırlanmışdı. Qəsbkarların tərkibinə “Arabo” və “Aramo” adlı erməni terror təşkilatlarının üzvləri və dünyanın ayrı-ayrı ölkələrinin terror düşərgələrində xüsusi təlim keçmiş cinayətkarlar da da­xil idi. Yaxınlıqdakı Azərbaycan kəndləri işğal olunduğundan Xocalıya aparan yol­lar bir neçə ay əvvəl bağlanmış, şəhər demək olar ki, tam mühasirədə qalmışdı. Yeganə əlaqə vasitəsi vertolyot idi ki, bu əlaqə də təhlükə səbəbindən yanvar ayının 28-dən kəsilmişdi.

 

Sözsüz ki, avtomatbir neçə mi­nomyotla silahlanmış yerli özünümüdafiə dəstələri uzun müddət müqavimət göstərmək iqtidarında deyildi. O vaxt hakimiyyət dairələri mühasirədə qalmış şəhərə kömək etmək əvəzinə, kreslo davası uğrunda mübarizə aparırdılar. Şaxtalı gecədə ilkin artilleriya hazırlığın­dan sonra bir neçə istiqamətdə hücuma keçən quldur dəstələri yalnız səhərisi gün müdafiəçilərin müqavimətini qıra bildilər. Əli silah tutanlar qeyri-bərabər döyüşdə son nəfəsə qədər doğma torpaqlarını qorudular. Sonradan Xocalı müdafiəçilərindən 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

 

Guya qaçanlaraazad dəhliz” verilməsi barədə erməni separatçıları­nın uydurmaları beynəlxalq qurumlar tərəfindən ifşa edildi. Məlum oldu ki, şəhəri tərk etmək istəyənlər məhz “azad dəhliz” ərazilərində kütləvi surətdə məhv edilmişlər. Faciənin nəticələrini araşdı­ran “Memorial” beynəlxalq təşkilatının arayışı da bunu sübut edir: “Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnıb. Qətliam yerində filmə alınan cəsədlərin əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi.”

 

Beynəlxalq araşdırmaçıların və faciədə sağ qalmış şahidlərin ifadələrinə əsasən, Xocalı mühasirədə olan za­man əhali Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəfə qaçırdı, çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü tutmuşdular. Fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardanbaş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən Qaraqaya erməni dəstələrindən geri alınır. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir.

 

Faciədən iki gün sonra Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov ermənilərin batal­yon komandiri ilə görüşüb meyitlərin götürülməsini istəyir. Çəkilişin aparılması yalnız Allahverdinin təkidindən sonra iki erməni silahlısının nəzarəti altında aparılır və bunu hərbi operator Seyida­ğa Mövsümov həyata keçirir. Sonradan vertolyotla Çingiz Mustafayev və “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu da hadisə yerinə enirlər. Xarici jurnalistin orada olması onları ölümdən qurtarır. İki yük maşınında Xocalı özünümüdafiə ba­talyonunun bir qrup döyüşçüsü meyitləri toplamağa başlayır.

 

Şahidlər bildirirlər ki, Əsgəran kör­püsünün ətrafı insan cəsədləri ilə dolu idi. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyul­muşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər.

 

Düşmənin ciddi-cəhdlə axtardıq­ları Əlif Hacıyevin və Aqil Quliyevin meyitlərini erməniləri duyuq salmadan maşınlara yükləmək mümkün olur. Baş­qa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamış­dılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaq­larını və burnunu kəsmişdilər. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi.

 

Belə bir dəhşətli faciənin dünya ictimaiyyətindən gizlin saxlanması üçün ermənilər və onların havadarları şayiələr uydurur, yalan informasiyalar yayırdılar. Xocalı soyqırımının qarşısının alınmasına laqeyd qalan Azərbaycan hakimiyyəti də faciənin tanınması üçün fəaliyyət göstərmirdi. Yalnız ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu istiqamətdə ciddi addım­lar atıldı. 1993-cü ildə fevralın 26-sı tarixi Xocalı Soyqırımı Günü kimi qəbul olundu. Xocalı qaçqınlarının BMT, AŞ, ATƏT-ə müraciətləri cavabsız qalır­dı. Yalnız 2010-cu ildə BMT, Avropa Şurası və İnsan Haqları Məhkəməsi Xocalıda azərbaycanlıların qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etdi. Ancaq yenə də qəsbkarların cəzalanması üçün tədbirlər görülmədi.

 

Azərbaycan iqtidarının yeritdiyi məqsədyönlü daxilixarici siyasət nəticəsində, nəhayət ki, torpaqlarımız erməni işğalından azad olundu, xal­qımızın doğma torpaq, yurd həsrətinə son qoyuldu. Etiraf etmək lazımdır ki, yüz illər boyu güclü himayədarlarının hərtərəfli dəstəyi ilə yalançı və saxta ideologiyasını qurmuş mənfur qonşularla təbliğat sahəsində mübarizə aparmaq asan deyil. Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun şücaəti nəticəsində qazanılmış uğurların siyasət, ideologiya sahəsində də davamı hər birimizdən yüksək mənəvi və psixoloji hazırlıq, ali bəşəri amallardan qaynaqlanan azərbaycançılıq ənənələrinə sədaqət və etimad tələb edir.

 

Mahir CAVADLI,

 

AMEA Folklor İnstitutunun əməkdaşı, şair-jurnalist

 

Xalq qəzeti .- 2022.- 26 fevral.- S.13.