“Xarıbülbül” festivalında iştirakımdan böyük məmnunluq duydum

 

Məlum olduğu kimi mayın 12-də mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılış mərasimi keçirildi. Sayca beşinci olan festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin qoşulduğu festivalın ilk günündə mən də iştirak edirdim.

Bizim üçün ən xoş olan bu idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirdilər.

Həmin gün Şuşaya yağış yağırdı. Buna baxmayaraq, biz açıq havada festivalı izləyirdik. Azərbaycanın görkəmli mədəniyyət xadimləri festivalda iştirak edirdilər. Xalq artistləri Siyavuş Kərimi, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Ramiz Quliyev digərləri bizimlə birgə festivalın açılışında idilər.

Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başladı.

Maraqlı konsert proqramı tərtib olunmuşdu. Xalq artisti Polad Bülbüloğlunun ifa etdiyi “Çal oyna” mahısı Şuşanın dağlarında böyük əks-səda yaradırdı. Əməkdar artistlər Babək Niftəliyev, İlkin Əhmədov, Səbinə Ərəbli digər xanəndələrimizin ifa etdiyi mahılar festivala xüsusi ahəng qatmışdı.

Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi Xalq Rəqsləri Ansamblı təmsil edirdi. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılandı.

“Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa etdilər.

Malinin Şeyx Tidiane Sek etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini təqdim etdilər. Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini ifa ediblər.

Daha sonra Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndirdilər. Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatdı.

Festival davam edir, əfsus ki, mən sonrakı günlərdə iştirak edə bilmədim.

Mən Şuşanı yeni görkəmdə gördüm. Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada, Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsi olduqca mühüm tarixi hadisədir.

 

Fikrət BUDAQOV,

 

K.Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim

 

Xalq qəzeti .- 2022.- 14 may.- S.5.