“Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyenaekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 413  Bakı şəhəri, 15 noyabr 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena   ekoloji   normativlərə   uyğun   olaraq   təmizlənməsi,   məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli74 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 388; 2007, ¹ 10, maddə 1027; 2008, ¹ 2, maddə 132; 2012, ¹ 9, maddə 920; 2018, ¹ 4, maddə 794; 2020, ¹ 5, maddələr 644, 656) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Yaşayış məntəqələri” sözləri “Şəhərlər və digər yaşayış məntəqələri” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Şəhərlər və digər  yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyenaekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” üzrə:

2.1. aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin: “1.4. Bu Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il  6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur.”;

2.2. 2.2-ci  bəndin  ikinci  cümləsində  “kommunal-təsərrüfat qurumları” sözləri “aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin;

2.3. 3.1-ci bənddə “təşkilatlar” sözüqurumlar  sözü ilə əvəz edilsin;

2.4. 6.1-ci bənddə “yerli icra hakimiyyəti orqanlarının kommunal- təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və” sözləri “aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında” sözləri ilə əvəz edilsin;

2.5. 6.5-ci bənddə “müəssisənin” sözübu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan qurumların və şəxslərin” sözləri ilə əvəz edilsin, həmin bənddən “müəssisədə də” sözləri çıxarılsın;

2.6. 8.1-ci  bəndin  birinci  cümləsində  “kommunal-təsərrüfat orqanları” sözləri “aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin;

2.7. 9.2.2-ci yarımbəndin ikinci cümləsində “müvafiq təşkilatların aidiyyəti strukturlarına” sözləri “aidiyyəti qurumlara” sözləri ilə əvəz edilsin;

2.8. 10.4-cü  bəndin  birinci  abzasında  “Kommunal-təsərrüfat qurumları” sözləri “Aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin.

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti .- 2022.- 19 noyabr.- S.5.