Xalq rəssamı Əşrəf Heybətov: “20 Yanvar qırğını” kompozisiyası

Almaniyanın Koblents şəhərində yaşayan soydaşımız, Xalq rəssamı, diaspor fəalı Əşrəf Heybətov vətəndən uzaqda da Azərbaycanın sevincini və kədərini yaradıcılığında aparıcı mövzu kimi davam etdirir. Rəssam 20 Yanvar faciəsinə həsr etdiyi mürəkkəb kompozisiyalı, dərin məzmunlu əsərini qətliamın 33-cü ildönümündə oxucularımıza təqdim etmək üçün redaksiyamıza göndərib.

Xatırladıriq ki,  dünyaca məşhur rəssam  UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının və Rusiya Federasiyası Rəssamlıq Akademiyasının üzvü, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin və Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəxalq “Sülh səfiri”dir.

İçərişəhərdə dünyaya göz açmış Əşrəf Heybətov bir çox əsərində Bakının bu qədim qalasının rəngarəng mənzərəsini təsvir edib. Lakin son vaxtlar azərbaycançılıq və türkçülük mövzuları onu daha çox maraqlandırır. Gəlin, yurdsevər sənətçinin 20 Yanvar mövzusunda əsərinin yaratdığı duyğu-düşüncələrə diqqət yetirək.

Xalq qəzeti .- 2023.- 20 yanvar.- S.5.