“Virus”
Əsərləri ölkəmizdə və xaricdə çap olunan tanınmış yazıçı Aslan Quliyevin “Virus” romanı bir neçə il öncə Türkiyə oxucusuna təqdim edilib. Budur, artıq əsər “Qanun” Nəşrlər Evində buraxılaraq yerli oxucuların mühakiməsinə verilib.
Bu roman
ölkə və insanlıq üçün
ən böyük təhlükənin ölüm,
aclıq və ya müharibə yox, mənəviyyata yoluxan virus olduğundan
bəhs edir. Həqiqəti eşitmək
əvəzinə onu susdurmaq yolu seçiləndə ölkənin
göz önündə
necə çökməsi,
nə qədər ağır nəticələrə
gətirib çıxarması
ustalıqla təsvir olunur.
Müəllifin ciddi, ölçülü-biçili
və məsuliyyətli
yazıçı mövqeyindən
xəbər verən roman bədii-sosioloji təfsir baxımından maraq doğurur.
Əli
NƏCƏFXANLI
Xalq
qəzeti .- 2026.- 11 mart (¹45).- S.10.