Muzeyin səyyar tədbiri maraqla qarşılanmışdır

 

Azərbaycan Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Tarixi Muzeyi apreldə ilk dəfə olaraq səyyar tədbir keçirmişdir. Muzeyin video-diskə köçürülmüş eksponatları Bakı şəhərindəki 132 nömrəli məktəbin kollektivi qarşısında nümayiş etdirilmişdir.

Muzeyin əməkdaşı Elnaz Osmanova videoslaydın müşayiəti ilə Azərbaycanın ilk aviatorları mövzusunda mühazirə oxumuş, milli aviasiyamıza dair sualları cavablandırmışdır.

Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin Aviatorlar marşı səsləndirilmişdir. Mülki Aviasiya Tarixi Muzeyinin ilk səyyar tədbiri müəllim və şagirdlər tərəfindən maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2009.- 21 aprel.- S. 6.