Zərdab: inkişaf bütün sahələri əhatə edir

 

Bu günlərdə Zərdab rayonunda 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrlə əlaqədar olaraq geniş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev məruzə ilə çıxış etmişdir.

İstər məruzədə, istərsə də ayrı-ayrı çıxışlarda qeyd edilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında bütövlükdə ölkə üzrə görülüb başa çatdırılmış işlər, həyata keçirilən tədbirlər geniş təhlil edilmiş, uğurlar ümumiləşdirilmiş, qarşıya həlli vacib olan konkret vəzifələr qoyulmuşdur. İndi bütün qüvvə və səylər proqram xarakterli həmin vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir.

 

Rəqəmlərin dili ilə

 

Hesabat məruzəsində göstərildiyi kimi, respublikamızda gedən intensiv inkişaf prosesi Zərdab rayonundan da yan keçməmiş, 2009-cu ilin birinci yarımilində iqtisadiyyatın bütün sahələrində irəliləyiş baş vermişdir. Fakt və rəqəmlər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir. Belə ki, istehsalın ümumi həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişləndirilmiş, əhalinin pul gəlirləri xeyli yüksəlmişdir. İlin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələrində 29 milyon 828 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Hesabat dövründə istehsal olunmuş məhsul və xidmətlərin 22 milyon 185 min manatı və ya 74,4 faizi kənd təsərrüfatının, 5 milyon 301 min manatı və ya 17,8 faizi ticarət və xidmət sahələrinin, 1 milyon 258 min manatı və ya 4,2 faizi tikintinin və s. payına düşmüşdür. İqtisadiyyatın bütün sahələrində məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən yüksəlmişdir, artım 3 milyon 93 min 300 manat və ya 11,6 faiz təşkil etmişdir. Ötən dövr ərzində rayonda 109 daimi iş yeri yaradılmışdır.

 

Məhsul artır, kənd inkişaf edir

 

Hesabat yığıncağında qeyd edildiyi kimi, Zərdab ənənəvi kənd təsərrüfatı rayonudur. 2009-cu ilin məhsulu üçün 4418 hektar payızlıq arpa, 14 min 745 hektar payızlıq buğda, cəmi 19 min 163 hektar sahədə taxıl əkilmişdir. Əkin sahəsi əvvəlki ilə nisbətən 4383 hektar genişləndirilmişdir. Ölkə Prezidentinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyindən ruhlanaraq zərdablılar bu il 52382 ton taxıl, o cümlədən 40486 ton buğda istehsal etmişlər. Ümumi taxıl məhsulu 2008-ci ilin göstəricisindən 12255 ton, buğda istehsalı isə 12304 ton çoxdur. 14 toxumçuluq təsərrüfatı üzrə 2100 tondan çox məhsul istehsal edilmişdir. Ötən il isə cəmi 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş və 805 ton məhsul istehsal olunmuşdu.

Hazırda rayon üzrə iri malın sayı 52 min 250 baş, qoyun-keçilərin sayı 105 min 667 baş, quşların sayı isə 171 min 600 baş olmuşdur. Keçən ilə nisbətən ət istehsalı 4,7 ton artaraq 1951,7 ton, süd istehsalı 20 ton yüksələrək 10 min 841,7 ton, yumurta istehsalı 36 min ədəd çoxalaraq 3 milyon 850 min ədəd olmuşdur. Quşçuluğun inkişaf etdirilməsi məqsədilə Turac MMC bu il 6700 ədəd yumurtanı inkubasiya edərək mülkiyyətçilərə satmışdır.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

2009-cu ilin birinci yarım ilində rayonun təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində xeyli iş görülmüşdür. Ümumi icbari orta təhsilin həyata keçirilməsi nəzarətdə saxlanılmış, təhsil və səhiyyə sahəsində həyata keçirilən islahatlar uğurla davam etdirilmişdir. Dövlət Proqramına uyğun olaraq 6 ay ərzində təhsil müəssisələrinə 51 min 368 manatlıq inventar, 28 min 200 manatlıq idman avadanlığı, 21184 manatlıq 9 ədəd noutbuk alınmışdır.

Cari ilin birinci yarımilində fənn olimpiadalarının respublika turunda müxtəlif dərnəklər üzrə 12 nəfər IIIIV yerlərə layiq görülmüşdür. Gəlmə kənd orta məktəbinin Cəsurlar komandasının respublika turnirində birinci yer tutması xəbəri bütün zərdablıları ürəkdən sevindirmişdir.

Ölkə rəhbərinin 2009-cu ili Uşaq ili elan etməsi ilə bağlı təhsil, səhiyyə və mədəniyyət müəssisələrində geniş tədbirlər planı təsdiq edilmiş və icrası ilə bağlı hazırda ciddi işlər aparılır. Mədəni-maarif müəssisələri tərəfindən həyata keçirilən tədbirlərin dairəsi 2008-ci ilə nisbətən 2009-cu ildə daha da genişləndirilmiş, keyfiyyəti yaxşılaşmışdır. Uşaq ili ilə bağlı mədəniyyət evində təntənəli açılış mərasimi olmuş, böyük konsert proqramı, digər silsilə tədbirlər keçirilmişdir. Bu işlər hazırda da davam etdirilir.

Cari ildə respublika Gənclər və İdman Nazirliyinin keçirdiyi Hünər-4 vətənpərvər mahnı müsabiqəsində rayon sakini Sevda Nuralıyeva qalib gələrək respublikada birinci yerə çıxmışdır.

2009-cu ilin birinci yarımili idman sahəsində uğurlu olmuşdur. 2009-cu ilin martında şahmat üzrə Azərbaycan çempionu adı qazanmış İzzət Rəhimli cari ilin noyabr ayında İstanbulda keçiriləcək dünya çempionatında iştirak etmək hüququ, həm Avropa çempionatına, həm şahmat məktəblilərinin Afinada keçirilən dünya birinciliyinə vəsiqə qazanmışdır. Taekvondo üzrə ölkə çempionatında Nihalə Camalzadə qızıl, Nuranə İbrahimli Nərmin Camalzadə gümüş, Natiqə Qurbanzadə isə bürünc medal qazanmışlar. Rayon Mərkəzi Stadionu əsaslı təmir edilmişdir.

 

Sosial ehtiyaclar uğurla həll edilir

 

İlin birinci yarısında xidmət sahələrinin, o cümlədən elektrik qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Elektrik təsərrüfatında əhalini iqtisadiyyatı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün təmir, xidmət işlərinin keyfiyyətinə diqqət artırılmışdır. İlin əvvəlindən başlayaraq müxtəlif təbii təsirlərdən qəza vəziyyətinə düşmüş dayaqlar yeniləri ilə əvəz olunmuş, 187 yeni sayğac quraşdırılmış, 15 sıradan çıxmış sayğac yenisi ilə əvəz edilmişdir. Ümumiyyətlə, 2009-cu ilin birinci yarımilində rayonun elektrik təsərrüfatında 23 min 467 manatlıq görülmüşdür.

2009-cu ilin birinci yarım ili ərzində 20 milyon 341 min 371 kvt/saat elektrik enerjisi istehlak edilmişdir. Dəyəri 1 milyon 220 min 482 manat təşkil etməklə ödəmə 88,4 faiz olmuşdur. Əhali üzrə isə ödəmə 97,5 faizdir.

Əhalinin fasiləsiz keyfiyyətli qazla təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlər planına uyğun olaraq qaz xətləri qurğuları üzərində təmir işləri aparılmışdır. Qaz itkilərinin qarşısının alınması əhalinin normal təhlükəsiz qazla təmin edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Qaz İstismar İdarəsində həyata keçirilən kadr dəyişikliyi bu sahəyə diqqətin daha da gücləndirilməsi nəticəsində son aylarda istehlak olunan qazın dəyəri rayon, o cümlədən əhali sektoru üzrə artıqlaması ilə ödənilir, debitor borcların yığılması yüksək səviyyədə təşkil olunur. Təsadüfi deyil ki, iyun ayı üçün qazın dəyəri rayon üzrə 140,7 faiz, əhali sektoru üzrə isə 157 faiz ödənilmişdir. Rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində son illər aparılmış işlər cari ildə uğurla davam etdirilir. Qumlu yaşayış sahəsində qaz xəttinin çəkilişi başa çatdırılaraq abonentlərin istifadəsinə verilmişdir. 15-ci məhəllənin, Təzəkənd yaşayış sahəsinin, o cümlədən Qaravəlli, Gəlmə Salahlı kəndlərinin qazlaşdırılması ilə bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması haqqında 2007-ci il 20 iyun tarixli sərəncamına əsasən, 2009-cu ilin birinci yarımilində Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici qurğular tikilərək əhalinin istifadəsinə verilmişdir. Bnunla da əhalinin suya olan tələbatı xeyli yaxşılaşdırılmışdır.

 

Zərdabı tanımaq olmur

 

Son illər Zərdab öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad yaraşıqlı olmuşdur. Tikinti, abadlıq quruculuq işləri hesabat dövründə sürətlə davam etdirilmişdir. Xanməmmədli kəndində smeta dəyəri 262 min 900 manat olan 100 şagird yerlik orta məktəb binasının tikintisi artıq başa çatdırılmışdır. Rayon icra hakimiyyəti Əhalinin Sosial Müdafiə Mərkəzi üçün yeni inzibati binalar istifadəyə verilmişdir. Ulu öndərin doğum günü ərəfəsində bu binaların açılışı olmuşdur.

Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binasında da tikinti işləri başa çatdırılmış hazırda binanın ətrafında abadlıq işləri davam etdirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illik yubileyi ərəfəsində çoxsaylı digər obyektlərlə yanaşı, Heydər Əliyev parkı ərazisində smeta dəyəri 280 min manat olan Heydər Əliyev İdeoloji Mərkəzinin binasının tikintisi başa çatdırılmışdır.

Tikintisinə 2007-ci ilin dekabr ayında başlanmış, smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbi, Cilovxanlı kəndində 80 yerlik məktəb binası isə istifadəyə hazırdır. Alıcanlı kəndində smeta dəyəri 1 milyon 172 min manat olan 360 yerlik məktəb binasının tikintisində 6 ay ərzində 643 min manatlıq görülmüşdür.

Cari ilin birinci yarısında Heydər Əliyev Zərdabi adına parklarda, Şəhidlər Xatirə kompleksində, Sahil parkında, küçələrdə xeyli abadlıq, təmir yaşıllaşdırma işləri aparılmışdır. Ramiz Kərimov, C.Cabbarlı, 1 May, Azadlıq, Azərbaycan, Samir Abdullayev, Alı Mustafayev sair küçələrə 15 min kvadrametrdən çox asfalt örtük döşənmişdir. Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M.Hüseyn, S.Abdullayev, Nizami, M.Xəlilov, Rəsulzadə, Ş.Şükürov küçələrində Heydər Əliyev prospektində uzunluğu 25 kilometr, həcmi 5 min kubmetr olan kanalların təmizlənməsi, keçidlərin açılması işləri görülmüş buna 32 min manat vəsait xərclənmişdir.

UcarZərdab magistral yolunda 4 min ədəd, ZərdabMollakənd yolunda 5060 ədəd, ZərdabPirəzə yolunda 4840 ədəd, ZərdabAğcabədi yolunda 3200 ədəd ağac əkilərək, abadlıq yaşıllaşdırma işləri aparılmışdır. Bu rayonun başqa ərazilərində davam etdirilmiş, hesabat dövründə kəndlərdəki yol kənarına 5 mindən çox ağac əkilmişdir. Bu işlər payız mövsümündə davam etdiriləcəkdir. Şəhərin küçələrində müasir ekzotik işıqlanma dirəkləri quraşdırılmış, 4 yol ayrıcında isə müasir tipli kompleks tikilmişdir.

Respublika hökuməti rayon əhalisinin arzu təkliflərinin nəzərə alaraq 2008-ci il aprelin 10-da Zərdab rayonunda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstünün qoyulması haqqında qərar qəbul etmişdir. Qəhrəmanın abidəsinin qoyulması ilə bağlı işlər başa çatmış 9 May Qələbə günü həmin büstün açılışı olmuşdur.

20092013-cü illəri əhatə edəcək ikinci Dövlət Proqramında Zərdab rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılmışdır. Rayonda sənaye kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı nəqliyyat, elektrik enerjisi, istilik qaz təchizatı, rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, su təchizatının kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya irriqasiya şəbəkəsinin, səhiyyə, mədəniyyət, idman təhsil müəssisələrinin inkişafı yenidən qurulması ilə bağlı geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu diqqət qayğıya görə zərdablılar ölkə Prezidenti İlham Əliyevə minnətdardırlar.

Yığıncaqda Rayon Maliyyə İdarəsinin rəisi Cərulla Cərullayev, Qaz İstismar İdarəsinin rəisi Mail Hüseynov, Şıxbağı kənd icra nümayəndəsi Polad Əhmədov, Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov çıxış edərək ayrı-ayrı sahələrdə görülmüş işlərdən, qarşıda duran konkret vəzifələrdən danışmışlar. Belə bir yekdil fikir ifadə edilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək rayonun daha sürətli inkişafı üçün zərdablılar bütün imkanlardan səmərəli istifadə etmək əzmindədirlər.

 

 

Ziyəddin Sultanov

 

Xalq qəzeti.- 2009.- 12 avqust.- S. 4.