Əzizə xanımı xatırlayarkən

 

Azərbaycan teatr kino sənətinin inkişafında öz yeri rolu olan aktrisa Əzizə xanım Məmmədova yaradıcılığı az tədqiq olunan sənətkarlarımızdandır.

Onun yaradıcılığı ilə teatr kinomuzun böyük bir dövrü bağlıdır. O, sənətə elə bir dövrdə gəlmişdi ki, qadınlarımızın aktrisa kimi fəaliyyət göstərməsi demək olar ki, qadağan olunmuşdu. Əzizə xanım isə öz ürəyinin hökmü ilə bu sənəti seçdi uzun illər bu sahədə çalışdı.

Azərbaycan teatrının ilk milli professional aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış atası onu şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar 1919-cu ildə Bakıya köçüblər.

Musiqiyə, incəsənətə coşun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, bir müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzağa Əliyev Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanı buraya aktrisa dəvət ediblər.

1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb 1930-cu illərdə qısa müddətdə yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid Təbliğ Teatrı) oynayıb. Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun “İncə” (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli Süleyman Rüstəmin “Yanğın” (İncə qarı), Süleyman Rüstəmin “Qana qan” (Səkinə), Vladimir Kirşonun “Küləklər şəhəri” (Qadın) tamaşalarında oynayıb. Akademik Milli Dram Teatrında oynadığı əsas rollar ona əsl şöhrət qazandırıb. TükəzbanVaqif”, Səməd Vurğun), Sonanın anası, Pəri xanımHacı Qara” “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm (“1905-ci ildə”), Fatmanisə XanımnazAlmaz”), ŞərəbanıYaşar”), GülgəzOqtay Eloğlu”), GüllüQardaşlar”, Rəsul Rza), Sədaqət xalaYadigar”, İslam Səfərli), Lətifəİldırım”, Cabbar Məcnunbəyov), TerentyevnaDubrovski”, Aleksandr Puşkin), Tokarçukİntervensiya”, Lev Slavin), Zalxa (“Toy”, Sabit Rəhman) bu teatrdakı rollarındandır.

Əzizə Məmmədova “Azərbaycanfilm”də istehsal olunan “Almaz”, “İsmət”, ”Hacı Qara”, “Görüş”, “Yeni horizont”, “Səhər” filmlərində müxtəlif epizodik rollara çəkilib.

Onun filmlərdə oynadığı rollar öz səciyyəvi xüsusiyyətləri ilə fərqlənirdi. Çox vaxt ana rollarını ifa edirdi. Mehriban, səmimi qadın obrazları bu aktrisanın yaradıcılığında əhəmiyyətli yer tutur.

“İsmət” filmində İsmətin həyat yoldaşı Səmədin anasını oynayır. Aktrisa çox maraqlı bir obraz yaratmaqla o dövr kinomuza yeni qadın qəhrəmanı gətirdi.

“Hacı Qara”da Gülsüm rolu da yaddaqalandır. Əzizə xanım bu rolu ilə Hacı Qaranın daxili xislətinin açılmasına xidmət edir.

Ümumiyyətlə, Əzizə xanımın kino rolları 30-60-cı illərdə yaranan filmlərin xarakterik obrazlarıdır.

Onun 50-60-cı illərdə yaratdığı rollar xüsusilə əlamətdardır. “Ögey ana”, “Qara daşlar”, “Kazbek qutusu”, “Bir məhəlləli iki oğlan”, “Səhər” başqa filmlərdə Əzizə xanım aktyor sənətinin klassik ənənələrindən bəhrələnərək yeni tipli qadın rolları ifa etmişdir.

Tamaşaçıların sevimlisi olan aktrisa teatr sənətində göstərdiyi xidmətlərə görə 1 fevral 1936- ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib. Məlahətli səsi olan Əzizə Məmmədova səhnə təbiiliyi, koloritli xalq yumoru, çevik improvizə bacarığı ilə realist aktyor məktəbinin səciyyəvi sənətkarlarından biri kimi yaddaşlara yazılıb.

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 18 avqust.- S. 6.