Nəfəs və zərb alətlərinə maraq çoxalıb

 

Artıq bir neçə ildir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi nəzdində şəhərimizdəki uşaq musiqi və incəsənət məktəblərinin direktorlar şurası fəaliyyət göstərir. Yanvarın 30-da şuranın təqvimi iş planına əsasən V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində nəfəs və zərb alətləri ixtisası üzrə dərs alan şagirdlərin konserti oldu.

On gün bundan öncə başa çatmış seçim turunda 50-ə yaxın gənc istedad iştirak etsə , direktorlar şurası yalnız 22 ifaçıya konsertdə öz məharətlərini göstərmək imkanı verdi. Əgər 4-5 il bundan öncə respublikamızda nəfəsli alətlərə maraq az idisə, bu gün artıq bu sözü demək olmaz. Əksər musiqi məktəblərimizdə bu alətlərə maraq çoxalmışdır. Bu, ilk növbədə Mədəniyyət Turizm Nazirliyinin bu sahəyə yönəltdiyi diqqət qayğının nəticəsidir. 2006- ildə nazirliyin xətti ilə Yaponiyadan ölkəmizə bir çox nəfəsli alətlər, o cümlədən klarnet, trombon, fleyta, qaboy, saksafon, zərb alətlərindən silafon, vibarafon, eləcə metolofon gətirilərək uşaq musiqi məktəblərinə hədiyyə verilmişdir.

Son illərdə istedadlı gənclərin çoxaldığını nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev onların yaradıcılıq həvəsini stimullaşdırmaq üçün gənc istedadlara Prezident təqaüdü təsis etmişdir. Artıq bu sahədə incəsənətimizi dünya ölkələrində təmsil edəcək layiqli musiqiçilərimizin yetişməsi bizi sevindirir deyə konserti açan şuranın sədri Rafiq Əzizov daha sonra bu gün ölkəmizdə 5 simfonik orkestrin fəaliyyət göstərdiyini, məhz bu istedadların sayəsində belə kollektivlərin yaxın gələcəkdə 7-8-ə çatacağına ümid etdiyini dedi.

Konsertdə respublika Mədəniyyət Turizm Nazirliyinin elm təhsil sektorunun müdiri Vaqif Babayev, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin şöbə müdiri İntiqam Əliyev, musiqi məktəblərinin direktorları, eləcə valideynlər iştirak edirdilər.

Konsertdə L. M. Rastropoviçlər adına 21 nömrəli UMM-nin IX sinif şagirdi Prezident təqaüdçüsü Sabir Rəsulovun, Moskva-2008 Yeni adlar beynəlxalq müsabiqəsinin diplomantı, 24 nömrəli UMM-nin V sinif şagirdi Elçin Əliyevin, Ş.Ələkbərova adına 20 nömrəli UMM-nin II sinif şagirdi Mehdi Mehdiyevin, Ə.Bakıxanov adına 6 nömrəli UMM-nin V sinif şagirdi Zaur Hacıyevin, Q.Qarayev adına 8 nömrəli UMM-nin V sinif şagirdi Xasay Əliyevin digər istedadların çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.8.