Gənclər onlara göstərilən etimadı doğruldurlar

 

Əzizbəyov Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş 2005-2009-cu illər üçün “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın 2006-cı il 17 aprel tarixli “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın, 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər)”nın icrasını təmin etmək məqsədilə geniş tədbirlər planı işləyib hazırlamış və həyata keçirmişdir.

Bu tədbirlər sırasında gənclərin hərbi-vətənpərvəplik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması məqsədilə 2008-ci ilin fevral-mart aylarında rayon məktəbliləri arasında “Cəsurlar” və “Şahin” hərbi-idman oyunları 3 mərhələ üzrə keçirilmiş və rayonun komandalarının Bakı şəhər yarışlarında iştirakı təmin olunmuşdur. Bu hərbi-idman oyunlarında rayonun 870 nəfər məktəblisi iştirak etmişdir.

İdarə tərəfindən gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dilinə rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə mart ayındaTarixin qara səhifəsimövzusunda yeniyetmələrlədəyirmi masa”, may ayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuşÖlməz şəxsiyyətmövzusunda seminar, aprel ayındaHeydər Əliyevin irsi uğurlarımızın tükənməz mənbəyidirmövzusunda inşa yaxı müsabiqəsi keçirilmişdir.

İdarə tərəfindən gənclər arasında hüquq pozuntularının, narkomaniyanın digər zərərli vərdişlərin profilaktikası sahəsi üzrə fevral ayında narkomaniya, QİÇS digər neqativ hallara qarşı mübarizəyə həsr olunmuş tədbir, mart ayında Milli Aviasiya Akademiyasında gənclərlə diskussiya, aprel ayında Nizami Mədəniyyət Mərkəzində cinayətkarlıq narkomaniyaya qarşı mübarizəyə həsr olunmuşdəyirmi masa”, noyabr ayındaAzərbaycan gəncləri narkotiklər əleyhinəmövzusunda rayonun yeniyetmələri arasında rəsm inşa yazı müsabiqəsi, “Mərdəkanmədəniyyət sarayında “QİÇS-ə narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdirmövzusunda gənclərlə seminar, rəsm sərgisi keçirilmişdir.

Gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi sahəsində may ayındaBeynəlxalq Ailə GünümünasibətiləErkən nikahlar mövcud problemlərmövzusunda gənclərlə görüş istirahət gecəsi keçirilmişdir. Gənclərin məşğulluq problemləri sahəsi üzrə gənclər arasında sosioloji sorğu, iyun ayındaGənc sahibkarmövzusunda ordudan tərxis olunmuş gənclərlə seminar, avqust ayındaİşsizlikdən ən yaxşı müdafiəmövzusunda gənclərlə diskussiya keçirilmişdir.

Sentyabr ayında Azərbaycan gənclərinin V forumu ilə əlaqədar Mərdəkan mədəniyyət sarayında Əzizbəyov rayon gənclərinin toplantısı keçirilmişdir. Toplantıda 160 gənc iştirak etmişdir. Oktyabr ayında prezident seçkilərində ilk dəfə səs verən gənc seçicilərlə hüquqi maarifləndirmə işinin aparılması məqsədiləBiz gələcəyimizə səs veririkmövzusunda görüş keçirilmişdir. Görüşlərdə 230 gənc iştirak etmişdir.

“12 noyabrKonstitusiya Günümünasibətilə gənclərləBiz hüquqlarımızı öyrənirikmövzusundadəyirmi masa”, orta məktəblərin yuxarı sinif şagirdləri arasındaMən Konstitusiyanı öyrənirəmadlı test üsulu ilə bilik olimpiadası keçirilmişdir.

Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin “15 iyunMilli Qurtuluş Günü həsr olunmuşHeydər Əliyev müstəqil Azərbaycanmövzusunda keçirdiyi qısametrajlı həvəskar sənədli videofilm müsabiqəsində rayonumuzdan Rəşad Rəhimov II yeri tutmuşdur.

“12 noyabrKonstitusiya Günümünasibətilə Bakı Şəhər Gənclər İdman Baş İdarəsi tərəfindən test üsulu ilə keçirilən bilik olimpiadasında Əzizbəyov rayonunun 156 saylı orta məktəbinin şagirdi I yeri, Bakı şəhər internat məktəbləri arasında keçirilən bədii yaradıcılıq festivalında 3 saylı internat məktəbi I yeri qazanmışlar.

Rayonda keçirilən çempionatlarda, birinciliklərdə, kubok yarışlarında bədən tərbiyəsi kollektivləri komandalarının, məhəllələrarası komandaların iştirakı təmin olunmuşdur. Bunlardan futbol üzrə rayon kubokunu, məhəllələrarası komandaların rayon birinciliklərini, voleybol üzrə rayon çempionatı, çimərlik voleybolu rayon kubokunu, güllə atıcılığı üzrə rayon çempionatı, müxtəlif yaş qrupları üzrə futbol, şahmat, sambo, sərbəst güləş, kikboksinq s. idman növləri üzrə birincilikləri göstərmək olar.

“2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 2008-ci il ərzində rayonda müxtəlif yarışlar keçirmişdir. Belə ki, mart-aprel aylarında 1997-98-ci il təvəllüdlü oğlanlar, həmçinin qızlar arasında mini-futbol üzrə rayon birinciliyi, may-iyun aylarında 9-10, 11-12 yaşlı uşaqlar arasındaSevinckuboku uğrunda futbol məktəb komandaları arasında rayon birincilikləri, iyun ayında bədən tərbiyəsi kollektivləri arasında futbol üzrə rayon kuboku, avqust ayında mini-futbol üzrə 1996-97-ci il təvəllüdlü məhəllələrarası komandaların rayon birinciliyi, oktyabr ayında futbol üzrə həvəskar komandalar arasında rayon çempionatı keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş idman bayramı Mahir nişançı turniri, ”5 martBədən Tərbiyəsi İdman Günü" həsr olunmuşSağlam gəncliksağlam gələcəkdevizi altında kütləvi sağlamlıq yürüşü, “15 iyunMilli Qurtuluş Gü həsr olunmuş kikboksinq üzrəQala-Şüvəlanaçıq kuboku, 14 iyunümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi günə həsr olunmuş məhəllələrarası komandalar arasında mini-futbol üzrə turnir keçirilmişdir s.. İdarə tərəfindən rayonun qalib komandaların Bakı şəhər respublika yarışlarında iştirakı təmin olunmuş yüksək nailiyyətlər əldə olunmuşdur.

Hazırda rayonda 5690 nəfər idmançı 30 idman növü üzrə təhsil müəssisələrindəki dərnəklərdə, Uşaq Gənclər İdman Məktəbində, Azərbaycan Sorincryu Kenkokan karate - do Kosiki Karate Federasiyasında, “Azalidman klubu, “Boz OğuzCui-Citsu fərdi idman klubu, “Qladiatoridman klubu, “Qala-Şüvəlanvətənpərvərlik idman klubunda, respublika şahmat məktəbinin Əzizbəyov rayon dərnəyində, Türkan Təhsil Tədris Mərkəziin şahmat dərnəyində məşğul olurlar. İdarəmiz 2008-ci il ərzində bədən tərbiyəsi idman sahəsi üzrə 60 tədbir keçirmiş bu tədbirlərdə 5487 nəfər iştirak etmişdir.

Gənclər Günü ərəfəsindəyanvarın 28-29-da Şüvəlan qəsəbəsindəki 156 saylı məktəbdəBreynq-Rinqintellektual oyun keçirilmişdir. Bu oyunun keçirilməsində məqsədAzərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın icrasını təmin etmək, istedadlı gənclərin aşkar olunması, onların intellektual səviyyəsinin inkişafının təmin edilməsi idi. I yeri 26 saylı orta məktəbinTurankomandası, II yeri 206 saylı orta məktəbinSimruqkomandası, III yeri 92 saylı orta məktəbinQalakomandası tutublar.

Yanvarın 31- isə yenə həmin məktəbdə şahmat seansı keçirdik. Məqsəd yeniyetmə gənclərin şahmat idman növünə olan marağını daha da artırmaq, istedadlı şahmatçıların aşkar olunması, onların asudə vaxtlarının səmərəli təşkili bu idman növünü rayonda inkişaf etdirmək idi.

Ümumiyyətlə, tədbirlərimiz çoxdur həmişə çalışırıq ki, onlar səmərəli olsun, dövlətimizin gənclər siyasətinin həyata keçirilməsinə xidmət etsin. Əminliklə deyərdim ki, Əzizbəyov rayonunun gəncləri həmişə dövlətçiliyimizə sədaqət nümunəsi göstəriblər, ümummilli liderimiz Heydər Əliyevin ideyaları ətrafında birləşiblər. Sözsüz ki, bu birlik getdikcə daha da möhkəmlənəcək.

 

 

Vüqar ƏLİYEV,

Əzizbəyov Rayon Gənclər

və İdman İdarəsinin rəisi  

 

Xalq qəzeti.-2009.-4 fevral.-S.4.