“Qu gölü” klassik balet sənəti ulduzlarının ifasında oynanılacaq

 

P.Çaykovkskinin “Qu gölü” baleti balet sənəti həvəskarlarının ən sevimli tamaşalarından biridir. Baletsevərlər dünyanın tanınmış, adlı-sanlı balet ulduzlarının ifasında bu tamaşanı hər dəfə böyük maraqla qarşılayırlar.

Qu gölübaletinin fevralın 21- Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında keçiriləcək növbəti tamaşasında iştirak etmək üçün teatrın rəhbərliyi Sankt-Peterburqun Mariinski adına Opera Balet Teatrının aparıcı solisti, Rusiyanın xalq artisti Anastasiya Koleqovanı dəvət etmişdir. A.Koleqova tamaşada əsas partiyanı Odetta-Odilliya partiyasını ifa edəcəkdir. A.Koleqova Sankt-Peterburqlu baletsevərlərin ən sevimli solistlərindən biridir, onun iştirak etdiyi tamaşalar hər zaman anşlaqla keçir.

Anastasiya balet artistlərinin Böyük Britaniya, Almaniya, Yaponiya İsveçrədə keçirilən beynəlxalq müsabiqələrinin qızıl medalları birinci mükafatlarına layiq görülmüşdür. O, vaxtaşırı dünyanın bir çox ölkələrində qastrol səfərlərində olur. İndiyə kimi istedadlı balet ulduzunun ABŞ, İtaliya, Hindistan, Belçika, Hollandiya, Avstriyaya baş tutan səfərləri çox böyük uğurla keçmişdir. Parisdə dərc olunanFiqaroqəzeti Anastasiyanı “XXI əsrin qızıl balerinası" adlandırmışdı.

A.Koleqova Çelyabinskdə doğulmuş, A.Y.Yaqanova adına Rusiya Balet Akademiyasını bitirmişdir. Müxtəlif balet truppalarının tərkibindəKonstantin Taçkinin, Boris Eyfmanın balet teatrlarının, Litva Milli Opera Balet Teatrının, Mariinski Teatrının truppalarında çalışmışdır. Məşhur baletmeyster B.Eyfman A.Koleqova haqqında mətbuatdakı çıxışlarında yazırdı: “A.Koleqova balet artisti üçün vacib olan fantastik göstəricilərə malikdir. O, öz partiyalarını yüksək professional səviyyədə ifa edir çıxış etdiyi tamaşaların bəzəyidir”.

Tamaşada A.Koleqovanın tərəf-müqabili kimi şahzadə Ziqfrid rolunda çıxış etmək üçün Mariinski Teatrının aparıcı solisti, Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Danil Korfuntsev dəvət olunmuşdur.

Qastrolçularla yanaşıQu gölübaletinin tamaşasında digər əsas partiyalarda Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı balet truppasının aparıcı solistləriAzərbaycan Respublikasının əməkdar artistləri Gülağası Mirzəyev, Yuri Lobaçov, Samir Səmədov, Rimma İsgəndərova, Yelena Skomoroşenko, gənc solist Timur Əsgərov b. çıxış edəcəklər.

Opera Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanı respublikanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Heç şübhəsiz ki, klassik balet sənəti ulduzlarının Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində qarşıdakı çıxışları paytaxtımızın mədəni həyatında əlamətdar bir hadisə olacaqdır.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.7.