Özgə həyatı yaşayanlar

 

Doğrusu, onun 70 yaşı olduğuna adamın inanmağı gəlmir. Pis gözdən uzaq, yaxşı qalıb Tariyel müəllim. Bəlkə uzun illər Gənc Tamaşaçılar Teatrında çalışdığındandır ki, belə qıvraq görsənir.

Tariyel Qasımovla düz 30 il bundan əvvəl kinostudiyada tanış olmuşdum. O vaxt hansısa filmə çəkilirdi. Elə o vaxtdan da dostluğumuz davam edir. Tariyel çox sadə səmimi insandır. Ona görə oynadığı rollar da həmişə müsbət amplualıdır.

O, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuşdur. Özü deyir ki, onun aktyor olmasını valideynləri istəməyib. Atası İsgəndər kişi rayonun tanınmış insanlarından idi. Böyük bir təsərrüfata rəhbərlik edirdi. Tariyelin uşaqlığı müharibənin dəhşətli illərinə düşdü. Çətinliklərin , ağır günlərin şahidi oldu. Amma hər şey tədricən ötüb keçdi. Qarşıda isə sənət seçmək, öz həyat yolunu müəyyənləşdirmək dururdu. Tariyel deyir ki, atası onu mühəndis görmək istəyirdi. Ancaq o, Bədən Tərbiyəsi İnstitutuna sənəd verəndə, özü bilirdi ki, bu, onun istədiyi, sevdiyi peşə deyil. Tezliklə o, qəbul olunduğu Bədən Tərbiyəsi İnstitutundan çıxdı Azərbaycan Dövlət Teatr İnstitutuna daxil oldu. Həyatda xoşbəxt günlər çox olur, Tariyel isə deyir ki, mənim həyatımın ən xoşbəxt məqamı bu instituta qəbul olunduğumu eşitdiyim gün idi. Həmin gün dostları ilə görüşdü, kəndə zəng vurub öz sevincini qohumları ilə bölüşdü. Bu, Tariyelin 50 ilə yaxın gələcək həyat yolunun başlanğıcı idi.

Tariyel Qasımov öz ürəyinin sözünə qulaq asdı. Sevdiyi sənətin ardınca getdi Azərbaycanın xalq artisti fəxri adını qazandı. Amma çoxlarının düşündüyü kimi bu yol o qədər sadə hamar olmadı. Yuxusuz gecələr, gərgin məşqlər, vaxtaşırı qastrol səfərləri qədər əziyyətli olsa da, Tariyel bu çətinliklərdən sanki zövq alırdı. Bəzən günlərlə bir rol üzərində işləyirdi. Narahatçılıq keçirirdi, düşünürdü ki, görəsən tamaşaçını razı salacaqmı, xoşa gələcəkmi? Amma, hər tamaşada onun səhnəyə gəlişi alqışlarla qarşılananda rahatlıq tapırdı.

Onun sənət yolu olduqca enişli-yoxuşluydu. Gah sevgisi, zəhməti, sonsuz həvəsi üzünə gülürdü, gah da çətinliklərlə rastlaşır, məyus olurdu. Arzulamadığı təkliflər, göndərişlər alırdı. Aktyor kimi 1964-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başladı, az vaxt keçmiş onu Naxçıvan Dövlət Musiqili Dövlət Dram Teatrına göndərdilər. O, əsl peşə vurğunu, teatr-səhnə qədri bildiyindən burada da tamaşaçı rəğbəti qazandı. Yaratdığı obraz, oynadığı hər rol təkcə əsərlərdən gələn ideyaları deyil, həm aktyor ifasının qüdrətini canlandırırdı. Lakin burada da onun fəaliyyəti çox çəkmədi. İstedadını, ifaçılıq bacarığını, səhnəyə sonsuz sevgisini, həm təşkilatçılıq bacarığını nəzərə alıb onu 1967-ci ildə yenidən fəaliyyətə başlayan Azərbaycan Dövlət İrəvan Teatrına göndərdilər. Zaman-zaman təzyiqlərə, təqiblərə, qadağalara məruz qalan həmin teatr Tariyel kimi səhnə xadimlərinin əzabları, əziyyətləri sayəsində təzədən dirçəliş tapdı. O vaxtlar dövran, quruluş, inzibati qanunlar az da olsa bir amala xidmət edirdi, hələ bəlli deyildi ki, həmin sənət məbədi, ocağı da öz yurd-yuvasından didərgin düşə bilər. Min təəssüf, bu, sənət-səhnə qədri bilməyənlər - gavırlar, qəddarlar tərəfindən baş verdi...

İstedadlı aktyor Bakıya qayıtdıqdan sonra bir müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti işlədi. Eyni zamanda müxtəlif epizodik rollara da çəkildi. Onun ekran mədəniyyətini, davranışını, ifa bacarığını görənlər qürur hissi keçirərdilər. Hətta nüfuzu ölkəmizdən uzaqlarda da sənətsevərlərə, tamaşaçılara bəlli olmuşdu.

Tariyel müəllim teatr aktyorudur. O, teatrı sevib, seçib. qədər obrazları səhnədə canlandırıb. Hərəsinin bir cür xasiyyəti, bir cür dünyagörüşü. Amma sənətşünaslar deyir ki, Tariyel teatrda sanki özünü oynayır. Nədənsə, əksər vaxt müsbət qəhrəmanları ifa etmək onun qismətinə düşür. Onun rollarını sadalamaqla qurtaran deyil. Bir neçəsini oxuculara xatırlatmaq istərdim. Cəfər Cabbarlının “Yaşar” pyesində Yaşar, Əliheydər Qəmbərovun “İlan yuvasında fırtına” əsərində Con, Süleyman Rəşidinin “Mən onu axtarıram”ında Viktor, Gerorgi Medivaninin “Konsulu oğurladılar” tamaşasında Pene, “Sevil” Balaş, “Solğun çiçəklər” Bəhram, Sabit Rəhmanın “Əliqulu evlənir”ində Rövşən, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Cəbi, İ.Coşğunun “Söhrab Rüstəm” əsərində Söhrab, “Komsomol poeması”nda Cəlal Bəxtiyar, Seyfəddin Dağlının “Bahar oğlu” pyesində Cəfər Cabbarlı, Rauf İsmayılovun “Son məktub” tamaşasında Çinar, Şamil Xurşudun Əşrəf Hacıyevin “Məhəbbət novellası” əsərində Kazım, İmran Qasımov Həsən Seyidbəylinin “Sən üçün yaşayırsanpyesində Pərviz, Şamil Xurşudun “Kiçik torpaqda üç gün” pyesində dövrün iqtidar, ixtiyar sahiblərinin obrazları, Marat Haqverdiyevin “Məşuqələr”ində Səbzəli, unudulmaz xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”ində Həsənzadə... Bunlar hələ onun teatrda oynadığı rolların heç yarısı da deyil.

O, “Azərbaycanfilm” studiyasında istehsal olunan filmlərdə rollar oynayıb. “Liftçi qız”da Nəriman, “Ad günü”ndə Həsən, “Vulkana doğru”da Rüstəm, “Bizim küçənin oğlanları”nda Əliş, “Xüsusi vəziyyət”də Xalid, “Doğma sahillər”də Nəsibov, “Məhkumlar”da Vidadi s.

Bu filmlərdə onun yaratdığı obrazlar o qədər emosional, inandırıcıdır ki, seyrçilər onlara baxmaqdan ləzzət alır, yorulmurlar. Mahir ifaçılıq bacarığına görə eyni zamanda onu qonşu respublikalara xarici film studiyalarına da dəvət etmişlər. O, ölkəmizdən uzaqlarda çəkildiyi ondan artıq obrazı da məharətlə oynamış, tamaşaçı alqışı qazanmışdı. Həmin studiyalar sırasında “Mosfilm”, “Tacikfilm”, “Türkmənfilm”, “Defa” s. vardır.

Tariyel Qasımov bu gün Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası kimi öz fəaliyyətini davam etdirir. Yeni çapdan çıxan “Ömrün sənət yollarında” sənədli xatirə povestində xalq artistinin həyat yaradıcılığı ilə daha yaxından tanış olmaq mümkündür. Əvvəlcə qeydlərini yalnız sənət yollarında keçirdiyi uğurlu-uğursuz, acılı-şirinli günlərini, xeyirxah insanları səmimi sənət dostlarını xatırlatmaq üçün yazan Tariyel Qasımov, sonradan bu qeydləri aktyorun xatirəsi kimi kitab şəklində çap etdirib. Müəllif oxucular üçün səhnəarxası hadisələrin maraqlı olduğunu düşünür. T.Qasımovun yaratdığı müxtəlif obrazlar, keçirdiyi yuxusuz gecələr səmimi bir aktyor dili ilə çatdırılır. Eləcə aktyorun barəsində müxtəlif peşə adamlarının ona ünvanlanmış məktubları, Tariyel Qasımova həsr etdikləri şeirlər digər maraqlı məqamlar var. Sənət adamları kino, teatr aktyoru, rejissor Tariyel Qasımovun böyük insani keyfiyyətləri barədə fikirlər söyləyiblər. Xatirə-povestdə ömrünün 70 baharının 50 ilini səhnəyə həsr edən sevimli aktyorun zəngin bioqrafiyası var.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-8 fevral.-S.7.