ABŞ Senatı Obamanın iqtisadi planını qəbul edib

 

ABŞ Senatı Barak Obamanın administrasiyası tərəfindən hazırlanmış ölkə iqtisadiyyatına yardım planını qəbul edib. Planın lehinə 61, əleyhinə isə 37 konqresmen səs verib.

Obamanın ABŞ iqtisadiyyatının xilası üzrə planı bu il yanvarın 28- Konqresin Nümayəndələr Palatasında bəyənilmişdi. İndi isə gözlənilir ki, Konqresin hər iki palatası (Senat Nümayəndələr Palatası) sənədin razılaşdırılmış variantını hazırlayaraq qəbul edəcək sonra təsdiq üçün Prezident Obamaya təqdim edəcək. Obamanın planı ölkə iqtisadiyyatının stimullaşdırılması üçün dövlət büdcəsindən 838 milyard dollar ayrılmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama bir gün əvvəl keçirdiyi ilk mətbuat konfransında Konqresi onun administrasiyası tərəfindən hazırlanmış planı yubatmadan qəbul etməyə çağırmış, əks təqdirdə vəziyyətin fəlakət həddinə gəlib çıxaracağını bildirmişdi.

Mətbuat konfransında ölkəsinin xarici siyasəti ilə bağlı məlumat verən dövlət başçısı Rusiyanı nüvə silahlarının ixtisarı haqqında danışıqları davam etdirməyə çağırıb. ABŞ Prezidentinin fikrincə, bu, başqa ölkələr üçün nümunə ola bilər onların nüvə silahından imtina etməsinə gətirib çıxarar. Artıq Rusiya bu məsələ ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bildirib.

Obama İran məsələsinə toxunub bildirib ki, bu ölkə ilə birbaşa danışıqlara başlamaq üçün məqam axtarır. Prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar yenə İranın nüvə sahəsindəki fəaliyyətindən terrorçu təşkilatları dəstəkləməsindən narahatdır.

ABŞ Prezidenti işsizliklə mübarizə istiqamətində ciddi tədbirlər hazırladığı barədə məlumat verib. Bu tədbirlər nəticəsində ölkədə 4 milyon yeni yerləri açmaq mümkün olacaq.

Qeyd edək ki, Obama planının Konqresin iki palatasında müzakirə edilən versiyaları arasında müəyyən qədər fərqlər mövcuddur. Nümayəndələr Palatasının üzvləri məktəblərə ştatların hakimiyyət orqanlarına daha çox maliyyə vəsaiti ayrılmasını təklif edirlər, senatorlar isə diqqəti daha çox vergilərin azaldılması probleminə yetirirlər. Hər iki palatanın qanunvericiləri bu iki versiya üzrə öz aralarında razılığa gəlməli planın son variantını fevralın 16-a qədər qəbul etməlidirlər.

ABŞ hökumətinin keçən həftənin sonlarında dərc etdiyi hesabata görə, yanvar ayında ölkədə 600 min insan yerini itirib. Ölkədə işsizlik son 17 il ərzində ən yüksək həddə – 7,6 faizə çatıb.

Hazırda ABŞ-da ən çox müzakirə edilən məsələlərdən biri Obamanın bankirlərlə bağlı gördüyü tədbirlərdir. Bi-bi-si- nin verdiyi məlumata görə, Obamanın dövlətdən yardım alan bank digər maliyyə idarələri rəhbərlərinin il ərzində 500 min dollardan artıq əmək haqqı ala bilməməsi haqqındakı sərəncamı ABŞ vətəndaşları tərəfindən razılıqla qarşılansa da, bankirlərin narazılığına səbəb olub. Hər gün ölkə mətbuatında bu sahədə çalışan rəhbər işçilərin bədxərcliyi özlərinə şişirdilmiş mükafatlar yazmaları haqqında məlumatlar dərc edilir. Bəzi müəlliflər hətta təəssüflə qeyd edirlər ki, qanunun geriyə qüvvəsi olmadığından keçən il böyük miqdarda əmək haqqı fantastik mükafatlar almış bankirlər dövlətə bir sent qaytarmalı olmayacaqlar. Eyni zamanda, ehtiyat edilir ki, ölkənin ən yaxşı top-menecerləri dövlətdən pul almayan buna görə məhdudiyyətlərlə üzləşməyən şirkətlərə keçəcəklər. Bildirilir ki, Obamanın icazə verdiyi əmək haqqından əlavə, şirkətlər rəhbər işçilərinə öz aksiyaları ilə ödəmələr etmək hüququna malikdirlər. Ancaq bir şərtlə ki, onlar bu aksiyaları yalnız şirkət dövlətə olan borclarını ödədikdən sonra sata bilərlər.

Hazırda bu məsələ ABŞ-da keçirilən maliyyə forumlarında ən çox müzakirəyə çıxarılan bir problemdir. Maliyyəçilərin iradları belədir ki, Obama bankirlərə 500 min dollar əmək haqqı almağa icazə verir, onun özünün əmək haqqı isə 400 min dollardır. Ancaq bankirlərdən fərqli olaraq o, vergi ödəməkdən azaddır. Əgər ödəyəsi olsa, onda maaşının yarısından məhrum olar. Eyni zamanda, Prezident ildə 50 min dollar dövləti təmsil etdiyinə görə pul alır.

Bankirlər deyirlər ki, ABŞ Prezidentinin ikiBoinqi var o, buna görə heç bir vergi ödəməyə borclu deyil, hətta məzuniyyətə gedəndə . Çünki hesab edilir ki, o, həmişə öz postundadır. Ancaq yerindən icarəyə təyyarə götürüb kurorta gedən şirkət rəhbəri reysin qiymətinə əsasən gəlir vergisi ödəməlidir. Üstəlik 132 otaqlı evdən əlavə, Prezidentin Kemp-Deviddə pulsuz istifadə etdiyi bağı, çoxsaylı mühafizəçiləri, qulluqçuları, zirehli limuzini vertolyotları var. Amerikada heç az əhəmiyyətli olmayan məsələdir ki, ona həkimlər pulsuz xidmət edir. Bankirlərin isə belə imtiyazları yoxdur.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-12 fevral.-S.7.