Mədəniyyət və Turizm Nazirliyi Gürcüstan kitabxanalarına kitab kolleksiyası, elektron nəşr və filmlər göndərmişdir

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, müasir xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında kitab kolleksiyaları, elektron nəşr və filmlər göndərilmişdir.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirmişlər. Məlumatda deyilir ki, kolleksiyaya “Heydər Əliyev və mədəniyyət”, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, “Qeydar Aliev. Liçnost i epoxa”, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, Əli Eyvazovun “Humanizm və xeyirxahlıq missiyası”, Əziz Ələkbərlinin “Qərbi Azərbaycan abidələri”, “Erməni terroru”, “Muğam”, “Qarabağ - irsimizin əbədi yaddaşı. Garabakh - the eternal memory of Azerbaijan heritage”, Ö.Siqov. Azerbaydjan. Mejdu zapadom i vostokom”, “Armyanskiy terrorizm”, “Bizi əsirlikdən qurtarınkitabları, habelə “This is our Azerbaijan”, “Gobustan”, Kara Karayev. “Symphony. Leyla and Mejnun”, “Qarabağ. Real tarix, faktlar, sənədlər”, “Azerbaijan motifs”, “The tragedy of Khodjaly”, “Armenian terrorism”, Erich Feigl. Kəskin dönüş! Erməni mifomaniyası”, “Duaadlı elektron nəşrlər filmlər daxil edilmişdir. Bundan başqa, sözügedən kitabxanalara Azərbaycan Respublikası PrezidentininAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı əsasında nəfis şəkildə nəşr olunmuş Azərbaycan dünya klassiklərinin əsərləri göndərilmişdir. Göndərilən kolleksiyalar əsasında Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu Azərbaycan guşəsi yaradılacaqdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-25 fevral.-S.8.