Los Ancelesdə Azərbaycana həsr olunmuş sərgi

 

İyunun 27-dən Los Anceles şəhərində amerikalı rəssam Karen Koblitzin УTorpağın ritmləriФ adlı fərdi sərgisi keçirilir. Sərgi Azərbaycanın mədəniyyəti tarixinin təbliği məqsədilə hazırlanıb.

 

Karen Koblitz Azərbaycana dəfələrlə səfərlər edib, Azərbaycanın mədəni irsi ilə yaxından tanış olub. Xüsusən Azərbaycan incəsənəti mədəniyyətinin simvolikası, maddi mədəni irs nümunələri Koblitzi çox maraqlandırıb. Bunların təsiri altında, o, sərgi keçirmək Azərbaycanın mədəni irsini Amerika Birləşmiş Ştatlarında təbliğ etmək qərarına gəlib. Sərgidə K. Koblitzin təşəbbüsü dəstəyi ilə hazırlanmış Qobustan qaval daşının modeli nümayiş olunacaq. Sərgi zamanı mərhum Çingiz Mehdiyev tərəfindən qaval daşda ifa olunmuş Azərbaycan ritmləri DVD vasitəsilə geniş auditoriyaya nümayiş olunacaqdır.

Sərgi iyulun 25-dək davam edəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.- 4 iyul.- S. 6.