Azərbaycanda turizmin inkişafında yeni mərhələ

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklər baş vermişdir. Ölkədə geniş sosial-iqtisadi siyasətin aparılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Uğurlu iqtisadi siyasətin nəticələrini bir çox sahələrdə görə bilərik. Təbii ki, təsir turizmdən də yan keçməmişdir.

 

Respublikamızda turizmin inkişafı üçün çox gözəl, zəngin şərait var. Hazırda turizm həyat tərzinin bir hissəsi kimi inkişaf edir və büdcənin əsas gəlir mənbələrinin birinə çevrilməkdədir və heç də təsadüfi deyil ki, respublikamıza gələn turistlərin sayı ilbəil artmaqdadır. Bütün bu inkişafa səbəb dövlətimizin bu sahəyə olan diqqət və qayğısıdır.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi adı altında fəaliyyətini davam etdirmişdir. Respublikada 2006-cı ildə Turizm İnstitutu fəaliyyətə başlamışdır. Burada kadr hazırlığı sahəsində bir çox beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir.

Respublikamız turizmin geniş inkişaf etdiyi, turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə hökumətlərarası sazişlər bağlamışdır (Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər s.), hazırda bəzi dövlətlərlə belə sazişlərin bağlanması üçün müzakirələr gedir (Misir, İsrail, Yaponiya, Oman, Malayziya s.).

Mədəniyyət Turizm Nazirliyi dünyanın bir sıra beynəlxalq təşkilatları ilə turizmin inkişafı sahəsində əməkdaşlıq edir. Bunlardan ÜTT (Ümumdünya Turizm Təşkilatı), İKT (İslam Konfransı Təşkilatı), GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), QİƏİT (Qara Dəniz İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı), MDB (Müstəqil Dövlətlər Birliyi) s. təşkilatların adlarını çəkmək olar.

2002-ci ildən bəri hər il Bakıda “Beynəlxalq Turizm Sərgisi”- AİTF keçirilir. Respublikada turizm ehtiyatlarının zənginliyi barəsində, turizm imkanlarının genişliyi haqqında dünyanın bir sıra şəhərlərində (İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd s.) sərgilər nümayiş etdirilir. Milli adət-ənənələrimizi, mətbəximizi, mədəni tarixi irsimizi tanıtmaq istəyi məqsədi ilə müxtəlif cür CD DVD-lər, çap məhsulları, albomlar, jurnallar, illüstrasiyalı nəşrlər müxtəlif dillərdə (ingilis, alman, rus, fransız s.) hazırlanır və yayılır. Dünyanın bir çox tanınmış telekanallarında (CNN, Euronew, National Geography s.) reklam çarxları, Azərbaycanın təbiəti, maddi-mədəniyyət abidələri haqqında sənədli filmlər nümayiş etdirilmişdir hal-hazırda digər kanallarla yeni layihələr üzərində işlər aparılmaqdadır.

Bütün bu işlərlə birlikdə turizmin ölkə iqtisadiyyatında önəmli yer tutmasına əsas səbəb verən amil 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbulu nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi oldu. Yalnız bundan sonra turizm ehtiyatlarının səmərəli istifadəsinə başlandı. Respublikada 7 əsas (Bakı - Xaçmaz, Bakı - Astara, Bakı - Balakən, Bakı - Qazax, Bakı - Abşeron yarımadası - Qobustan, Bakı - Naxçıvan, Bakı - Şuşa) turist marşrutu müəyyən edilmişdir.

Ölkəmizdə “İmprotex Travel”, “Azal”, “Sİ LTD”, “BTİ Azerbaijan”, “Caspian Travel”, “Bon Voyage” başqa turizm şirkətləri mövcuddur hal-hazırda bunların sayı sürətlə artmaqdadır.

Hazırda respublikada mehmanxana bu tipli müasir tələblərə cavab verən obyektlərin sayı 350-dən çoxdur. Bir çoxu istifadəyə hazırdır bir qismi tikilməkdədir. Bakıdakı ən böyük mehmanxanalara daxil olan 5 ulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Rodisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) başqaları öz görünüşləri ilə şəhərimizə xüsusi görkəm verir turistlərin istirahət edə biləcəkləri, rahatlıqla qalacaqları obyektlərdəndir. Mədəniyyət Turizm Nazirliyi turizm sahəsində fəaliyyət göstərən onlarca turizm şirkətinə, mehmanxana bu tipli obyektlərə lisenziya vermişdir.

Ölkəyə səfər edən turistlərin sayına gəlincə statistik məlumatlara görə, 2002-ci ildə ölkəyə gələnlərin sayı 834351 nəfər olmuşdursa, 2005-ci ildə bu say 1177277, 2006- ildə isə 1193742 nəfərə yüksəlmişdir. 2008-ci ildə bu rəqəm daha da artmışdır. Ölkəyə gələnlərin 75-80%-ni turistlər təşkil edir. Əvvəllər yalnız qonşu ölkələrdən turistlər gəlirdisə, hazırda dünyanın demək olar ki, hər guşəsindən Azərbaycana səfərlər edilir.

Əvvəlki illərdə turistlərin ən çox gəldiyi məkan Bakı idisə, hazırda digər regionlarımıza da turistlər gəlməkdədir. Çünki regionlarımızda turizm sürətlə inkişaf etməkdədir.

Demək olar ki, bütün regionlarımız istirahət mərkəzləri ilə zəngindir orada turistlərə yüksək xidmət göstərilir: Bakı-Abşeron bölgəsində “BƏM” (Bakı Əyləncə Mərkəzi), “Aqua Park”, “Luna Park”, “Lido”, “Elite”, “Olimpic Star” s. istirahət, əyləncə məkanları, Quba-Xaçmazda “Xəzər”, “Dostluq”, “Palermo”, “Şəms” turist bazaları, “Malibu”, “Atlant”, “Palma” kimi istirahət mərkəzləri, Lənkəran-Masallı bölgəsində əlverişli şəraiti olan “Meşəçi” qonaq evi, “Xanbulan” istirahət yeri, “Hirkan” motel (Lənkəran), “Min bir gecə” (Astara), “İstisu” sanatoriyası, “Masallı” “Dəştvənd” hotelləri (Masallı), Şəki-Zaqatala zonasında zəngin tarixi memarlıq abidələri ilə yanaşı Şəki karvansara hoteli, “Səadət”, “Marxal” istirahət məkanları (Şəki), “Qafqaz Resort Hotel”, “Duyma”, “Karvan”, “Sahil”, “7 gözəl”, “Ay işığı”, “Qəbələ Xanlar”, “Fil”, “Sərin Meşə”, “Qəbələ Hotel” (Qəbələ), “İlisu”, “Şəfa” pansionatları, “Qax” mehmanxanası (Qax) “Gülüstan” turist bazası (Zaqatala), Şamaxı-İsmayıllı bölgəsində “Green House”, “Fortuna”, “Qaya”, Gəncə-Qazax zonasında “Gəncə”, “Kəpəz” mehmanxanaları “Lüks” hoteli, Naxçıvanda “Nəqşi Cahan”, “Hotel Qrand Naxçıvan”, “Qartal” hotelləri nəhayət Qarabağ bölgəsi. Bildiyiniz kimi, bu zona respublikamızın ən zəngin tarixi-memarlıq abidələri, rəngarəng təbiəti ilə fərqlənən ərazilərimizdəndir. Alban məbədləri, Qarabağ xanlarının iqamətgahları, X.Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Daşaltı uçurumlu dərəsi, Şuşa, Xəzinəqala mağaraları buranın memarlıq abidələrinin bir qismidir. Şuşada olan “Şəfa” turizm kompleksi, “Qarabağ” mehmanxanası vaxtilə turistlərin ixtiyarında olmuşdur. Təəssüf ki, bütün bu abidələr istirahət məkanları mənfur ermənilərin işğalı zamanı dağıdılıb, talan edilmişdir. Ümid edir inanırıq ki, torpaqlarımız işğaldan azad olduqdan sonra bu zona da turizmin inkişafında böyük rol oynayacaqdır.

 

 

Günay TAHİRLİ,

Mədəniyyət Turizm Nazirliyinin

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki

Mərkəzi turizm təhsili bölməsinin metodisti 

 

Xalq qəzeti.- 2009.- 4 iyul.- S. 5.