Nəsimi rayonunda bayram konserti

 

Nəsimi rayonunda 15 İyunMilli Qurtuluş Günü münasibətilə tədbirlər davam edir. Dünən Vaqif prospekti ilə C.Hacıbəyli küçəsinin kəsişməsində yerləşən parkda böyük bayram konserti keçirilmişdir.

 

Rayon ictimaiyyətinin, çox sayda sakinlərin tamaşaçısı olduğu maraqlı konsert proqramı hamının ürəyindən olmuş, insanlara əsil bayram əhval-ruhiyyəsi bəxş etmişdir. Tamaşaçılar tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin H.Sarabski adına Mədəniyyət evi kollektivinin gözəl ifalarını alqışlarla qarşılamışlar.

 

 

Ayaz HƏMİDOĞLU,

Xalq qəzeti

 

Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 8.