Mahnı Teatrında hesabat konserti

 

İyunun 18- Dövlət Mahnı Teatrında Bakı Şəhəri Mədəniyyət Turizm İdarəsi A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin böyük hesabat konserti oldu. Konsertə dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm, incəsənət xadimləri ilə yanaşı Mədəniyyət Turizm İdarəsinin məsul şəxsləri, mərkəzin yetirmələri, eləcə gənc istedadların valideynləri iştirak edirdi.

 

Konserti giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova öncə burada bu günədək uğurla fəaliyyət göstərən “Xudafərin” instrumental, “Şəms” və “Turan” rəqs kollektivlərindən, “Karvan” nağara çalanlar, “Nur” muğam üçlüyü, “Arzu” xalq çalğı alətləri ansamblı və digər kollektivlərin ölkənin mədəni həyatında fəal iştirakları, festival və müsabiqələrdə qazandıqları uğurlardan söz açdı.

Artıq ənənəyə çevrilmiş belə konsertlərin gənc istedadların həyatında çox mühüm rol oynadığını açıqlayan Zivər Əhmədova qeyd etdi ki, digər konsertlərdən fərqli olaraq, bu konsertdə azsaylı uşaqların (5 yaş) çıxışlarına daha çox yer verilmişdir. Bəlkə elə bu səbəbdən də tamaşaçılar “Turan” və “Şəms”in balaca rəqqaslarını sürəkli alqışlarla qarşıladılar. Bu alqışlar ilk növbədə onları yetirib ərsəyə gətirən müəllimləri Aysel Abbasova və Vüqar Əliyevin zəhmətinə verilən qiymət idi.

Konsert “Turan” və “Şəms” rəqs kollektivlərinin “Bayram rəqsi” ilə başladı. “Karvan” nağara çalanlar ansamblının (rəhbəri Eldar Rzaquliyev) ifa etdiyi “Azərbaycan ritmləri”, “Nur” muğam üçlüyü ansamblının solistləri Sevinc Mustafayeva və Ülvi Abdinovun “Qarabağ şikəstəsi”, “Arzu” xalq çalğı alətləri ansamblının (bədii rəhbər Yusif Heydərov) solisti respublikanın əməkdar artisti Ədilə Əflakinin oxuduğu “Yaşa Azərbaycan” mahnısı və bir çox digər ifalar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Tədbirin sonunda A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova bədii özfəaliyyət kollektivlərinin rəhbərlərini və fəal üzvlərini mərkəzin fəxri fərman və diplomları ilə təltif etdi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 8.