Gürcüstanla mədəni əlaqələr genişlənir

 

Bu yaxınlarda Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Qonşu ölkəyə səfər etmiş nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev rəhbərlik etmişdir.

 

Gürcü tamaşaçıları və orada yaşayan soydaşlarımız qarşısında xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının kollektivi, xalq artisti Rauf Babayevin rəhbərliyi ilə Qaya ansamblı, Salman Qəmbərovun Bakustik-caz qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları İlkin Əhmədov, Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Toğrul Əsədullayev, aşıq Samirə Əliyeva çıxış etmişlər. Konsertlərin rejissoru əməkdar incəsənət xadimi, professor Əli Usubov olmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat vermişdir. Məlumatda deyilir ki, əvvəlcə, Tbilisidəki Tbilisi Kortiat mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin Mirzə Şəfi nəğmələri kitabının təqdimat mərasimi ilə Gürcüstanda Azərbaycan mədəniyyəti günləri başlanmışdır.

Tədbiri Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev açmışdır. Səfir həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olmuş Mirzə Şəfinin ömür yolundan geniş söhbət açmışdır.

Kitabda Azərbaycan gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının unudulmaz az məlum olan, rus dilindən tərcümələrin toplandığını deyən N.Əliyev bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini bildirmişdir. N.Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulamışdır. Diplomat bu ərazidə tarixi keçmişin bərpası istiqamətində addımlar atılmasını təklif etmişdir. Demişdir ki, həmin binanın bərpası sayəsində xalqlarımızın qədim mədəni əlaqələrinə işıq salınması ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına nail olmaq mümkündür.

Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlığa diqqəti cəlb edən N.Əliyev kitabın müəllifi, xalqımızın vətənpərvər oğlu, həyatdan erkən köçmüş istedadlı alim Rövşən Mustafayevin vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulamışdır. O, səfirliyin təşəbbüsü ilə Tbilisinin Unniversal nəşriyyatında işıq üzü görmüş bu kitabı Azərbaycan gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt adlandırmışdır. Mərasimdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi idman naziri Nika Rurua, Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvili, şair-tərcüməçi İmir Məmmədli başqaları çıxış edərək mərhum professor R.Mustafayevin Mirzə Şəfi nəğmələri kitabının təqdimatı ilə rəsmən açılan Gürcüstanda Azərbaycan Mədəniyyət Günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti musiqisi ilə yaxından tanışlığında mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.

R.Mustafayevin həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını ifadə etmişdir.

Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak etmişlər.

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 16-da Z.Paliaşvili adına Tbilisi Dövlət Opera Balet Teatrında Bakıdan gəlmiş incənəsət ustalarının iştirakı ilə konsert olmuşdur. Konsertdən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir. Gürcüstan mədəniyyət, abidələrin mühafizəsi idman naziri Nika Rurua qonaqları salamlayaraq Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsindən məmnunluq duyduğunu bildirmişdir. Belə tədbirlərin, görüşlərin dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan N.Rurua Azərbaycan gürcü xalqlarının tarixi bağlılığına diqqət çəkmiş demişdir ki, bu dostluğun qədim tarixi vardır, bundan sonra da davam edəcəkdir.

Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti adından qonaqpərvərliyə görə təşəkkür etmişdir. Azərbaycan gürcü incəsənət xadimlərinin mehriban əlaqələrindən söhbət açan Ə.Qarayev son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsində fasilələrə yol verildiyini bu məsələnin Azərbaycan Gürcüstan prezidentlərinin tövsiyəsi ilə həllini tapdığını demişdir. Ə.Qarayev bildirmişdir ki, Azərbaycan incəsənət ustaları gürcüstanlı tamaşaçılar üçün maraqlı proqram hazırlamışlar. Müstəqil Azərbaycanın müstəqil Gürcüstanda mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu vurğulayan nazir bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Konsert Eldar Mansurovun Azərbaycan xoreoqrafiya süitası ilə başlamışdır. Müğənnilər Vəfa Orucova, İlkin Əhmədov, aşıq Samirə Əliyeva başqalarının ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Azərbaycan Dövlət Rəqs Ansamblı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları tamaşaçıların rəğbətini qazanmışdır.

Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevi Gürcüstan Prezidenti Mixeil Saakaşvili qəbul etmişdir.

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.

Əklilqoyma mərasimində Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, respublikamızın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirak etmişlər.

Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi İdman Nazirliyində keçirilən görüşdən sonra nazirlər Əbülfəs Qarayev Nika Rurua birgə brifinq keçirmişlər.

Nika Rurua azərbaycanlı həmkarı ilə gələcək fəaliyyət planlarını müzakirə etdiklərini bildirmişdir. Əbülfəs Qarayev jurnalistlərin Gürcüstanda qədim Azərbaycan türk abidələrinin dağılmaq təhlükəsi var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət aparıldımı? sualını cavablandıraraq demişdir ki, təəssüf ki, həm Azərbaycanda, həm Gürcüstanda abidələrin qorunması məsələsində problemlər vardır. Bu istiqamətdə tədbirlər görülür nazirliklərin mədəniyyət üzrə komissiyalarının iclası keçiriləcəkdir. İclasda bu qəbildən olan problemlərin həlli yollarına baxılıb birgə fəaliyyət planı işlənib hazırlanacaqdır.

Ə.Qarayev demişdir ki, gürcü həmkarlarımla Tbilisinin Nəbatat bağında azərbaycanlı ictimai xadimlərin dəfn olunduqları qəbiristanlığın qaydaya salınıb qorunması məsələləri barədə söhbət etdik Gürcüstan tərəfi bu işi öhdəsinə götürdü.

Jurnalistlərin Qaxdakı gürcü teatrı ilə bağlı sualını cavablandıran nazir teatrın normal fəaliyyəti üçün müvafiq tədbirlər görüldüyünü demişdir.

Sonra hər iki nazir gələcəkdə mədəniyyət xadimlərinin, yazıçı şairlərin, musiqi kollektivlərinin yaradıcılıq gecələrinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, birgə film çəkilişi layihəsinin planlaşdırıldığını bildirmişlər.

Həmin gün Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət etmiş, onun fəaliyyəti ilə tanış olmuş, muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Ə.Qarayev Tbilisidəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbində olmuş, bu təhsil ocağı şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxmışdır.

Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində Tbilisidəki Karvansara şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimində iştirak etmişdir. Sərgidə 17 azərbaycanlı fotoqrafın əsərləri nümayiş etdirilir.

Həmin gün Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, iyunun 18- isə Bolnisi rayonunda geniş konsert proqramı ilə çıxış etmişlər.

2009-cu il iyunun 18- Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Gürcüstanda respublikamızın mədəniyyət günləri çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun Maska tamaşasını tamaşaçılara təqdim etmişdir. Tamaşanı əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə səhnələşdirmişdir. O, həm tamaşanın plastik həll üzrə rejissorudur. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Əsas rollarda respublikanın əməkdar artisti Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli Ceyhun Dadaşov çıxış etmişlər.

Mədəniyyət günləri çərçivəsində Salman Qəmbərovun rəhbərliyi ilə Bakustik-caz qrupunun Tbilisidə tamaşaçılar qarşısında çıxışı da maraqla qarşılanmış dəfələrlə alqışlanmışdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 8.