“İnter” üzərində qələbə “Bakı”nı zirvəyə yüksəltdi

 

Premyer liqanın 16-cı turunda hər ikisi çempionluq arzusu ilə yaşayan və fəxri kürsünün zirvəsinə aparan yolda bir-birlərinə çox ciddi maneə olan klubların əyani görüşündən sonra turnir cədvəlinin zirvəsində lider dəyişmişdir. “Bakı”nın rəqib meydanında “İnter”in qapısından keçirdiyi üç xala bərabər yeganə qol (1:0) Qyoko Haciyevskinin yetirmələrinə indiki çempionatda 12-ci qələbə qazandırmış, Valentin Xodukinin komandası isə ilk məğlubiyyətlə barışmalı olmuşdur.

Nəticədə finişə on tur qalmış baş roldaBakı görürük. Ancaq onun çətinliklə qazandığı bu mövqeyi axıradək qoruya bilib-bilməyəcəyini gələcək göstərəcək. Hesabat turunda səfər görüşündə məhsuldar oyunla MOİK-ə 4:2 hesabı ilə qalib gələnSimurqun da qızıl medallar uğrunda mübarizədən geri çəkilmək fikrində olmaması qarşıdakı turlarda daha kəskin rəqabət vəd edir. Zaqatala klubununİnterə çatması Bakıdan cəmi bir xal geri qalması onun hər cür tərifə layiq yüksək iddialarından xəbər verir.

Neftçinin daha iki xal itirməsi gözlənilməz olmamışdır. Çətin günlərini yaşayan heç cür pərəstişkarlarının gözlədiyi oyunu göstərə bilməyən paytaxt futbolçuları bu dəfəQəbələli qonaqlarının müqavimətini qıra bilməyib qolsuz heç-heçə ilə kifayətləndilər. Heç-heçələrlə isə uzağa getmək, itirilmiş şöhrəti qaytarmaq olmaz.

Turun qalan oyunları belə nəticələnmişdir: “Karvan” –“Olimpik” - 0:1, “Qarabağ” –“Standard”-0:1, “Xəzər-Lənkəran”–“Bakılı”-5:0, “Muğan”—“Turan”-2:1.

O Q H M T X

1. “Bakı” 16 12 2 2 37-6 38

2. “İnter” 16 11 4 1 31-9 37

3. “Simurq” 16 11 4 1 25-10 37

4. “Xəzər-Lənkəran” 16 10 3 3 30-12 33

5. “Qarabağ” 16 9 3 4 23-16 30

6. “Olimpik” 16 8 4 4 18-12 28

7. “Karvan” 16 8 2 6 20-14 26

8. “Standard” 16 7 2 7 14-17 23

9. “Qəbələ” 16 5 4 7 19-14 19

10. “Neftçi” 16 4 5 7 13-14 17

11. “Bakılı” 16 2 3 11 11-41 9

12. “Muğan” 16 2 2 12 11-31 8

13. MOİK 16 1 2 13 8-35 5

14. “Turan” 16 0 4 12 4-33 4

Növbəti, 17-ci turun oyunları təqvimdə martın 7-8-nə təyin edilmişdir. Bu turda liderlər üçlüyünün iştirakı ilə keçiriləcəkBakı”—"Qarabağ", “Qəbələ”—"İnter" Simurq” - “Neftçigörüşləri, şübhəsiz, daha böyük maraq doğuracaq.

        

 

           Oqtay BAYRAMOV

 

Xalq qəzeti.-2009.-3 mart.-S.8.