Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü Lerik rayonunda da təntənə ilə qeyd edilir

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü hər yerdə olduğu kimi, Lerik rayonunda da geniş qeyd edilir. Rayon icra hakimiyyətində təsdiq olunmuş “Tədbirlər planı”na uyğun olaraq ümumtəhsil məktəblərində inşa yazı və rəsm müsabiqələri, mayın 13-də isə yeniyetmələr arasında voleybol üzrə yarış keçirilmişdir. Yarışın qaliblərinə rayon gənclər və idman idarəsinin diplomları və kubokları təqdim edilmişdir.

“Tədbirlər planı”na uyğun olaraq rayonun bütün idarə, təşkilat və mədəniyyət müəssisələrində, ömrünün 34 ilindən çoxunu Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsinə, xalqımızın firavanlığına həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər, xatirə gecələri, məktəblilərin iştirakı ilə poeziya gecələri, elmi-praktik konfrans və dəyirmi masalar keçirilir. Tədbirlərdə “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi”, “Milli Ordu quruculuğunda Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi”, “Milli Ordu quruculuğunda Heydər Əliyevin rolu”, “Heydər Əliyev və dövlət gənclər siyasəti”, “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu” və digər mövzularda məruzələr dinlənilmişdir. Mayın 5-də isə ümummilli liderimizin anadan olmasının 86 illiyi münasibəti ilə YAP Lerik rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında futbol üzrə yarışlara start verilmişdir. Yarışın qaliblərinə YAP rayon təşkilatının kuboklarının və rayon gənclər və idman idarəsinin diplomlarının təqdim edilməsi nəzərdə tutulmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində rayon icra hakimiyyəti başçısının yaxından köməkliyi ilə 6,7 kilometr məsafədə Züvüc kəndinə çəkilmiş su xəttinin açılış mərasimi keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Ulu öndərin doğum gününə həsr edilmiş tədbirlər bu gün də davam etdirilir.

 

 

Xalq qəzeti.- 2009.- 7 may.- S. 6.