Daşkənddə uşaq gənclərin rəsm müsabiqəsi keçirildi

Noyabr ayının ilk şənbəsi Daşkənddə Özbəkistan Respublikası Kamolot Gənclər İctimai Hərəkatı Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin birgə səyləri ilə uşaq gənclərin Azərbaycan haqqında bilirsiniz? mövzusunda rəsm əsərlərinin yekun müsabiqəsi keçirilmişdir.

 

Müsabiqənin məqsədi Özbəkistan gəncliyini Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, abidələri, adət və ənənələri ilə tanış etmək idi. Yekunlaşdırma mərhələsinə Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi də qatılmışdır.

Müsabiqəyə Özbəkistan üzrə 2000-ə yaxın əsər təqdim olunmuş, münsiflər heyəti yekun mərhələsi üçün onlardan 100-ü seçmişdir. Bu əsərlərdə Azərbaycanın xəritəsi, dövlət simvolları, vətənimizin təbiət rəngarəngliyi, Xəzər dənizinin görüntüləri, tarixi abidələrimiz və xalq qəhrəmanlarımız əks olunmuş, Novruz, Qurban bayramlarını, milli rəqs və idman oyunlarımızı təsvir edən rəsmlər də nümayiş etdirilmişdir.

Nizami Gəncəvi və Əlişir Nəvai, Əlişir Nəvai və Məhəmməd Füzuli, Nəsirəddin Tusi və Uluqbəyin birgə portretləri münsiflər heyəti tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

Final mərhələsində qaliblərə Kamolot təşkilatı və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Birinci yerə Fərqanə vilayəti Altıarık orta məktəbinin məzunu, Sənət kollecinin tələbəsi Timurbek Mamadkarimov layiq görülmüşdür.

T.Mamadkarimovun təhsil aldığı məktəbdə üç il əvvəl səfirlik tərəfindən Azərbaycan Heydər Əliyev güşələri yaradılmış, məktəbin kitabxanasına Azərbaycanın tarixi mədəniyyəti haqqında kitab, buklet, CD-disklər Azərbaycan Respublikasının bayrağı təqdim edilmişdir. T.Mamadkarimov Kamolotun hesabına Azərbaycana bir həftəlik səyahət imkanı qazanmışdır.

Müsabiqəyə təqdim olunan ən yaxşı əsərlər bir ay ərzində Respublika Uşaq Yaradıcılıq Sarayında, sonra isə Bakıda nümayiş etdiriləcəkdir.

 

 

Pərzad ABDİNOVA,

Daşkənd

 

Xalq qəzeti.- 2009.- 20 noyabr.- S. 7.