Məşhəd şəhərində çap bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçirilir

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə İran İslam Respublikasının Məşhəd şəhərində çap və bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçirilir.

 

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri də iştirak edildi.

Onlar arasında nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” nəşrlər evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Efendi” MMC-nin müdiri, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” nəşriyyatının direktoru Telman Cəfərov vardır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 6.