Azərbaycan Yaponiyada keçirilən CATA 2009 Beynəlxalq Turizm Sərgisində

 

Tarixi 2003-cü ildən başlayan və artıq dünyanın inteqrasiya prosesində əhəmiyyətli bir yer tutan CATA beynəlxalq sərgisi 2009-cu il sentyabr ayında Tokionun TOKYO BiQ SİGT adlanan möhtəşəm bir biznes mərkəzində keçirildi. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti bildirib.

 

Asiya qitəsinin ən böyük, rəsmi adı Beynəlxalq Turizm Konqresi və Səyahətlər Yarmarkası olan bu sərgidə 150 ölkə və region iştirak edib. Hər il konqresin və yarmarkanın müəyyənləşdirilmiş mövzuları olur. Bu dəfə də konqresin mövzusu Asiya, yarmarkanın mövzusu isə Afrika ölkələri idi.

CATA-nın təşkilat komitəsinin iddialarına görə, bu il 100 minə yaxın ziyarətçi CATA vasitəsi ilə müxtəlif ölkələrin mədəniyyəti, yerli xarici şirkətlərin turizm potensialı, yeni turizm istiqamətləri ilə tanış olub.

Azərbaycan bu sərgidə artıq üçüncü dəfə iştirak edirdi. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, analitik təhlil proqramlar təminatı şöbəsinin aparıcı məsləhətçisi, mətbuat katibi Zöhrə Əliyeva, həmin şöbənin məsləhətçisi Türkan İsmayılova, turizm şirkətlərindən İMPROTEX TRAVEL, GEO TRAVEL, ALT TRAVEL, ENC TOURS Azərbaycan Dövlət Rəqs Ansamblının altı nəfərdən ibarət kiçik bir qrupu ilə təmsil olunmuşdu.

Nazirliyin turizm şirkətlərinin nümayəndələri sərgidə respublikamızın turizm potensialını əks etdirən hər biri 500 ədəd olmaqla İpək yolu Azərbaycan, Azərbaycan xalçaları, Bakının əyləncə mərkəzləri restoranları, Bakının bələdçi kitabçalarını, Bakının otelləri bukletini, turistlər üçün məlumat kitabçalarını, Bakının teatr muzeyləri bukletini, Azərbaycanın tarix mədəniyyət abidələri bukletini, Qobustan kitabçasını, Qarabağ Şuşa bukletlərini, Bakıda İçərişəhər, Azərbaycan kulinariyası kitabçasını 150 ədəd Azərbaycan turist xəritəsini sərginin iştirakçılarına ziyarətçilərinə yapon ingilis dillərində 45 kvadratmetr buta elementləri ilə zəngin bir stenddə təqdim etmişlər. Öz növbəsində turizm şirkətləri həm bu şirkətlərin özəl çap məhsullarını da sərgiləmişlər.

Sərginin özəl məqamlarından biri Ermənistan stendində sərgilənən qondarma Dağlıq Qarabağ Respublikasının xəritəsinin Yaponiyadakı Azərbaycan səfirliyinin Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsinin bəyanatı təkidi ilə yığışdırılması oldu.

Sərgi böyük uğurla başa çatdı.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 8.