Yaradıcı ömrün səhifələri

 

İncəsənət tariximizin elə görkəmli nümayəndələri olub ki, onlar sənətdə böyük bir epoxa yaratmışlar. Bu sənətkarların özləri bu gün aramızda olmasalar da, yaratdıqları əsərlər nəsillərin mənəvi yaddaşına əbədi həkk olmuş, onlara həyat bəxş etmişdir.

Belə sənətçilər incəsənətimizin bütün sahələrində vardır. Elə ədəbiyyatda da, rəssamlıqda da, musiqidə də, teatr kinoda da.

Teatr kino nisbətən yeni sənət sahələri olsa da, Azərbaycanda bu sənətlərin korifeyləri çoxdur. Onlardan birirejissor aktyor Rza Təhmasibdir.

Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr kino tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.

Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycandünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatrkinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis Arifİblis”), Şeyx SənanŞeyx Sənan”), QacarAğa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”), KoşkinLyubov Yarovaya”), StrijinEskadranın məhvi”), Karl MoorQaçaqlar”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub. O dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. “Ölülər” onun rejissor kimi formalaşmasında mühüm əhəmiyyətli rol oynadı. “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı Qara” (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.

Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.

Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri Rza Təhmasib idi. Bu böyük sənətkar 1937 -ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş elə həmin il Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkmişdi.

Müharibənin qızğın dövründə - 1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943 - ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi – “Arşın mal alan” kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. Rza Təhmasib bu filmə Nikolay Leşşenko ilə birgə quruluş vermişdi. Film müharibənin çox ağır illərində çəkilirdi. O, xatirələrində yazırdı: “Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq... Deyirdilər ki, bu vurhavurda “Arşın mal alan” yeridir?” Sən demə, film elə məqamında çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın ekranlarına buraxıldı. Üç gün sonra isə 18 kinoteatrdan “Arşın mal alan”ın sədası gəldi”.

Bu, ilk növbədə yaradıcı qrupun nailiyyəti idi. Ən başlıcası isə öz xalqını sevən, onun adət-ənənələrinə yaxından bələd olan, Azərbaycan aktyorlarının imkanlarını gözəl bilən və sənətə böyük məhəbbətlə gələn Rza Təhmasibin xidmətləri idi. filmin Dövlət mükafatı alması da elə onun yaradıcılığına, əməyinə verilən yüksək qiymət idi. R. Təhmasib 1950-ci ildə A.Zarxi M.Xeyfitslə birlikdə “Bakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla “Mahnı belə yaranır” filmlərinə quruluş verib.

Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı”? filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı. Bu kino əsəri qarışıq janrların vəhdətindən yaranmışdı. Burada ailə-məişət epizodları, kriminal elementlər, poetik məqamlar çoxdur. Mehdi Məmmədov, Həsənağa Salayev, Hökumə Qurbanova kimi nəhəng aktyorların kinoya gətirilməsi R.Təhmasibin xidmətləri idi.

Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş “Fətəli Xan” filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə “Qanun naminə” filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinəifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır. Hər dəfə bu filmə tamaşa edəndə Rza Təhmasibin ifasında yeni çalarlar görürsən, aktyor Qaloşun ifası üçün klassik aktyor məktəbi ənənələrindən məharətlə bəhrələnmişdi.

Bütün mənalı ömrünü Azərbaycan teatrının, kino sənətimizin inkişafına və tərəqqisinə həsr etmiş xalq artisti, Dövlət mükafatı laureatı Rza Təhmasib ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor aktyor nəslinin yetişməsində mühüm rol oynamışdır. Onun yetirmələri bu gün müstəqil ölkəmizin teatr kino sənətinin tərəqqisi keşiyindədirlər. Bu böyük incəsənət xadiminin sənət tariximizdəki xidmətləri heç zaman unudulmayacaq .

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 24 oktyabr.- S. 8.