Zaqatalada təhsilin uğurları qeyd edilmişdir

 

Zaqatala Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmişdir.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilmişƏn yaxşı ümumtəhsil məktəbimüsabiqəsinin qalibi olan Zaqatala şəhər 1 saylı orta məktəbin kollektivini, “Ən yaxşı müəllimmüsabiqəsinin qalibi olan 1 nəfər müəllim bu ilin qəbul imtahanları zamanı tələbə adını qazanmış gəncləri bu şərəfli ada layiq görülmələri münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Sonra natiq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sistemində geniş islahatlar aparıldığını, hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bu sahənin inkişafı ilə bağlı ölkə rəhbəri tərəfindən mühüm sərəncamların imzalandığını, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.

Daha sonra rayon rəhbəri qazanılan uğurlardan qarşıda duran problemlərdən danışmış, onların həlli istiqamətində görüləcək işlərdən geniş söhbət açmışdır.

Daha sonra tədbirdə çıxış edənlər bu il Zaqatala rayonundan 670 məzunun ali məktəblərə qəbul imtahanlarında iştirak etdiyini, onlardan 297 nəfərin tələbə adını qazandığını bildirmiş, 21 nəfərin 500-dən, 8 nəfərin 600-dən çox bal topladığını qeyd etmişlər.

Natiqlər, respublikamızda təhsilə göstərdiyi yüksək diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.

Tədbirin sonunda 600-dən çox bal toplayan 8 nəfər tələbəyə pul mükafatı, digərlərinə xatirə hədiyyələri təqdim edilmişdir.

Görüşdən sonra Heydər parkında gənclər üçün geniş konsert proqramı təşkil edilmişdir.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2009.- 6 sentyabr.- S. 2.