Səbail rayonunun təhsil müəssisələri yeni dərs ilinə hazırdır

 

Səbail rayon təhsil işçilərinin müşavirəsində 2008-2009-cu dərs ilində əldə olunmuş nailiyyətlər, məktəblərin yeni tədris ilinə hazırlığının yekunu pedaqoji kollektivlərin qarşısında duran vəzifələr geniş müzakirə olundu. Rayon rəhbərliyinin, təhsil işçilərinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açdı. Rayon rəhbəri təhsil müəssisələrində son 1 ildə qazanılan uğurlar görüləsi işlər barədə ətraflı məlumat verdi.

Natiq bildirdi ki, hazırda rayonda 18 orta 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət qayğısı nəticəsində son illərdə respublikanın bütün yerlərində olduğu kimi, Səbail rayonunda da təhsil sahəsində dövlət proqramına digər sənədlərə uyğun olaraq bir sıra işlər həyata keçirilmişdir. Yeni tədris ilinə hazırlıq müddətində rayonun ən qocaman məktəblərindən olan 132 saylı orta məktəbdə İstedadBeynəlxalq Təhsil Kompleksinin binalarında əsaslı təmir-bərpa işləri aparılır. Təhsil prossesinin pozulmasına yol verilməməsi məqsədi ilə hər iki müəssisənin şagirdlərinin müvəqqəti olaraq digər məktəblərdə dərslərini davam etdirməsi təmin olunmuşdur.

Yay aylarında rayon icra hakimiyyətinin müraciətinə əsasən Bayıl qəsəbəsindəki 163 saylı orta məktəbdə Təhsil Nazirliyi əsaslı təmir işlərinə başlamış yeni dərs ilində məktəb istifadəyə veriləcəkdir. 91 saylı orta məktəb, 157 saylı uşaq bağçası 3 saylı uşaq musiqi məktəbini istiliklə təchiz edən qazanxana sökülmüş yerində yenisi quraşdırılır. Qazanxana bu günlərdə təhvil veriləcəkdir. Hazırda 91 saylı məktəbin daxili istilik sistemi dəyişdirilərək yenisi ilə əvəz olunur. Bu il 189 saylı orta məktəbin sanitariya qovşaqları əsaslı təmir edilmişdir. 203 saylı orta məktəbin idman salonu dam örtüyündə, sanitariya qovşaqlarında, həmçinin 236 saylı orta məktəbin köhnə binasında təmir aparılmışdır. Rayonun digər orta məktəblərində yeni dərs ilinə hazırlıqla bağlı cari təmir işləri görülmüşdür. RİH məktəblərdə aparılan təmir işlərini nəzarətdə saxlamış, bir sıra məktəblərə tikinti materialları ilə köməklik göstərmişdir. Başçı sonra qeyd etdi ki, görülməsi vacib sayılan məsələlər vardır, onlar da həllini tapacaq.

Rayon Təhsil şöbəsinin müdiri Pərvanə Kazımzadə uğurlar qarşıda duran məsələlər barədə geniş məruzə ilə çıxış etdi. Müşavirədə qeyd olundu ki, bu il rayonun orta məktəblərini 1562 nəfər bitirmiş, onlardan 1396 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd vermişdi. 852 məzun tələbə adı qazınmışdır. Ali məktəblərə qəbul olan abituriyentlərdən 176 nəfər 500-dən çox, 33 nəfər 600-dən çox, 5 nəfər isə 650-dən çox bal toplamışdır. Ali məktəblərə builki qəbul zamanı 160 saylı klassik gimnaziyanın (28 nəfər), 236 saylı orta məktəbin (18 nəfər), Beynəlxalq Təhsil Kompleksinin (16 nəfər), 239 saylı orta məktəbin (15 nəfər), 6 saylı məktəb-liseiyin (13 nəfər), 49 saylı intellekt liseyin (13 nəfər), 7 91 saylı orta məktəblərin (11 nəfər) şagirdləri 500-dən çox bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşlar. 6 saylı intellekt məktəb-liseyinin 10 nəfər, 160 saylı klassik gimnaziyanın isə 8 nəfər məzunu xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında keçirilənİlin ən yaxşı ümumtəhsil məktəbi lİlin ən yaxşı müəllimirespublika müsabiqəsində Səbail rayonundan Beynəlxalq Təhsil Kompleksi, 2 saylı texniki-humanitar elmlər liseyi, 190 239 saylı orta məktəblər, həmçinin 190 saylı orta məktəbin ibtidai sinif müəllimi Aygün Həşimova, 6 saylı məktəb-liseyin tarix müəllimi Elmin İmanov, 7 saylı orta məktəbin ingilis dili müəllimi Məlahət Rəhimova ibtidai sinif müəllimi Telli Şabanova, 49 saylı intellekt liseyin Azərbaycan dili ədəbiyyatı müəllimi Elçin Manafov qaliblər arasında olmuşlar.

Toplantıda Prezident sərəncamı ilə qalib elan olunmuş orta məktəblərə, müəllimlərə, həmçinin məzunlar arasında ən yüksək nəticə göstərmiş tələbələrə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qiymətli hədiyyələr təqdim etdi.

Beynəlxalq Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova, 7 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Telli Şabanova, 6 saylı məktəb-liseyin məzunu, qəbul imtahanlarında 690 bal toplamış Məhəmməd Məhəmmədov toplantıda ölkəmizdə təhsil sisteminin inkişafı üçün həyata keçirilmiş tarixi işlərdən söz açdılar, qazandıqları uğurlar üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən 8 nəfər fənn müəllimi RİH Regionların İnkişafı İctimai Birliyi tərəfindən diplom qiymətli hədiyyələrlə mükafatlandırıldı. Bildirildi ki, yeni dərs ilinin əvvəlindən fənn olimpiadalarında qalib gəlmiş şagirdlərə aylıq təqaüdlər veriləcəkdir.

 

 

R.TAHİR

 

Xalq qəzeti .- 2009.- 8 sentyabr.- S. 6.