Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı sosial problemlərin həllini sürətləndirmişdir

 

Azərbaycan 2008-ci ildə sosial-iqtisadi həyatın bütün sahələrində öz siyasətini inamla, uğurla aparmışdır. Xarici siyasətdə ölkəmiz dünya birliyinə daha da sürətlə inteqrasiya etmiş, öz milli maraqlarını yüksək səviyyədə qorumuş, bütün ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün səmərəli tədbirlər həyata keçirmişdir.

Ötən il ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanılmış və hazırda da uğurla davam etdirilən iqtisadi strategiya da ölkəmizə böyük uğurlar gətirmişdir. Bu, o deməkdir ki, Azərbaycan dövləti müstəqil siyasət aparması üçün güclü iqtisadi potensiala malikdir. Ötən il bu potensialdan səmərəli istifadə olunmuşdur. Yeni istehsal sahələri, iş yerləri yaradılmış, struktur dəyişiklikləri aparılmışdır.

Azərbaycanda bu gün iqtisadiyyatın hərtərəfli inkişafına ciddi diqqət yetirilməsi təsadüfi deyil. Çünki ordumuzun tərəqqisi, başqa sözlə, ordumuzun güclənməsi, işğal altında olan torpaqlarımızın azad edilməsi, əhalinin həyat şəraitinin yaxşılaşması iqtisadi inkişafdan asılıdır. Bu barədə Prezident İlham Əliyev demişdir: “Biz bilirik ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, milli maraqlarının maksimum dərəcədə qorunması üçün onun iqtisadi potensialı mühüm rol oynayır. 2008-ci ildə biz bu sahəyə də böyük diqqət göstərmişik. 2003-cü ildən başlanmış Azərbaycanın yeni iqtisadi strategiyası həyata keçirilir. Bu strategiya bizə qısa müddət ərzində Azərbaycanda iqtisadi sahədə çox böyük nailiyyətlər əldə edilməsinə imkan vermişdir”.

Dövlət başçımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu fikri konkret şəkildə əsaslandırmışdır. Bildirmişdir ki, ötən il Azərbaycanda sosial siyasətə böyük diqqət yetirilmişdir. Son beş il ərzində ölkədə 1600 yeni məktəb binası tikilmişdir. Ünvanlı sosial yardım proqramı uğurla həyata keçirilmişdir. 2003-2008-ci illər ərzində 750 min yeni yeri açılmışdır ki, bu da regionların inkişafına çox böyük təkan vermişdir.

Digər iqtisadi göstəricilərə diqqət yetirək. Ötən ilin yekunlarına görə, sənaye istehsalında yüksək artım müşahidə olunmuşdur. Beş il ərzində bu sahədə istehsal 2,7 dəfə artmışdır. Dövlət büdcəsinin səviyyəsi ildən-ilə yüksəlmişdir. Əgər 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ilin icmal büdcəsi 15 milyard dollar olmuşdur. Valyuta ehtiyatları da böyük həcmdə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar səviyyəsində idisə, ötən ilin oktyabr ayına olan məlumata görə, bu göstərici 17 milyard dollar təşkil etmişdir. Gələn illərdə bu məbləğ artacaqdır. Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur. Bu isə bütün müstəqillik dövründə qoyulan sərmayələrin 74 faizini təşkil etmişdir.

Bu gün Azərbaycanda ən çox diqqət yetirilən məsələlərdən biri yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlərdir. Məlumdur ki, problemin həlli üçün son illərdə bir sıra proqramlar qəbul edilmiş uğurla reallaşdırılmışdır. Bunun təsdiqi kimi belə bir faktı diqqətə yetirək: Əgər 2004-cü ilin əvvəlində yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz idisə, ötən il bu, 16 faiz olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda adı çəkilən təbrikində demişdir: “...Əminəm ki, 2008-ci ilin yekunlarına görə, bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır...”.

Dövlət başçımızın fəaliyyətində ən çox diqqət yetirilən məsələlərdən biri sosial problemlərin həlli ilə bağlıdır. Bunun üçün yuxarıda qeyd edildiyi kimi, iqtisadiyyatın inkişafı prioritet hesab olunur. İqtisadiyyat gücləndikcə, şübhəsiz ki, Azərbaycanda bütün sosial məsələlər daha sürətlə öz həllini tapacaqdır. Xatırladaq ki, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan onun təşəbbüsü ilə inşa edilən BakıTbilisiCeyhan neft, BakıTbilisiƏrzurum qaz kəmərlərinin fəaliyyəti nəticəsində ölkəmizə böyük miqdarda əlavə vəsait daxil olur ki, bu da respublikada bir sıra problemlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradır.

İcrası ötən il yekunlaşan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər, reallaşdırılan layihələr yerlərdə nəzərə çarpan köklü problemləri aradan qaldırmış, infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Paytaxtda olduğu kimi, rayonlarda, ən ucqar kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır.

Prezident İlham Əliyev ötən il oktyabrın 24- keçirilmiş andiçmə mərasimindəki çıxışında son beş il ərzində regionlarla paytaxt arasında mövcud fərqin azaldığını xüsusi vurğulamışdır: “Bölgələrdəki vəziyyətlə çox yaxından tanışam göstərilən bütün təşəbbüslər, atılan bütün addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənmişdir. Son beş il ərzində əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox olubdur. Bəzi rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə, 3 dəfə artıbdır. Bizim rayonlarda neft hasilatı yoxdur. Yəni nəyin hesabına artıbdır? Bax, yaradılan yerlərinin hesabına, qoyulan investisiyaların hesabına, açılan zavodların, fabriklərin hesabına. Bu gün Azərbaycanda işləmək istəyən böyük dərəcədə tapa bilər”.

Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış yerlərinin 80 faizi regionlarda, o cümlədən 22,5 faizi Aran, 12,7 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,4 faizi Abşeron, 5,7 faizi Quba-Xaçmaz, 5,4 faizi Şəki-Zaqatala, 4,8 faizi Naxçıvan iqtisadi rayonlarında açılmışdır.

Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni yerlərinin 86,2 faizi qeyri-dövlət, o cümlədən, 11,5 faizi aqrar, 9 faiz tikinti, 8,8 faizi emal sənayesi sahələrində, digər hissəsi isə xidmət sektorunda yaradılmışdır.

Proqramın əhatə etdiyi iqtisadi rayonlarda, ayrı-ayrı şəhər, rayon digər yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılmış, yeni meşə zolaqları, parklar salınmış, qaz, su, elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində iri həcmli işlər görülmüşdür. Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin müvafiq fərman sərəncamları ilə minimum aylıq əmək haqqının, pensiya müavinətlərin məbləğləri artırılmışdır.

Regionlarda orta iri müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi, torpaqların özəlləşdirilməsi davam etdirilmişdir. Səhmdar cəmiyyətlərin səhmləri pullu hərraclarda satılmışdır. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş layihələrin maliyyələşdirilməsi üzrə işlər sürətləndirilmiş, Sahibkarlığa Kömək Milli Fonduna vəsaitlərin yerləşdirilməsində iştirak etmək məqsədilə müvəkkil kredit təşkilatları seçilmiş kredit yarmarkaları keçirilərək sahibkarlara güzəştli kreditlər verilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, gübrə lazımi dərman preparatları ilə təmin edilməsi məqsədiləAqrolizinqASC-nin regional bazalarının tərkibində rayonlardaAqroservisxidmətləri yaradılmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunları deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli firavan həyat tərzinin təmin olunması, ölkədə azad demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə dövlət başçısına ən böyük dəstək xalqdan gəlir. Xalqımız İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın qarantı hesab edir, sosial-iqtisadi inkişafın sürətlənməsində öz Prezidentinə dəstəyini əsirgəmir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.1.