Nümunəvi xidmət müəssisəsi

 

Respublikamızda fəaliyyət göstərən ilk özəl müalicə-diaqnostika mərkəzlərindən olan Türk-Amerika Tibb Mərkəzi əhaliyə nümunəvi xidmət etmək üçün tibb elminin nailiyyətlərindən səmərəli istifadə edir. Fəaliyyətinin 10 illiyi ərəfəsində biz mərkəzin baş həkimi, tibb elmləri namizədi Ramiz Əliyevlə görüşdük. Söhbət zamanı o, dedi:

Türk-Amerika Tibb Mərkəzi 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Əslində Mərkəzə lisenziya 1998-ci ilin may ayında verilmişdi. İlk günlər bir çox çətinliklərə baxmayaraq tam təşəkkül etmiş diaqnostika müalicə mərkəzi kimi həmin ilin payızından işə başlandı.

Keçən 10 ildən artıq dövrdə Türk-Amerika Tibbi Mərkəzi Azərbaycan vətəndaşlarına Bakıdakı əcnəbilərə, onların ailə üzvlərinəyüksək səviyyəli tibbi xidmət göstərməkdə davam edir.

Mərkəzin sərmayədarları olan bir neçə türkiyəli mütəxəssis (həkim, tibbi texnika biliciləri, əczaçı, memar s) mənəvi maddi güclərini birləşdirərək müstəqilliyini qazanan Azərbaycanda tibb mərkəzi qurmaq qərarına gəldilər. Onların Türkiyənin bir neçə vilayətində yeni xəstəxanalar qurmaq müvəffəqiyyətlə işlətmək təcrübələri var. İlk günlərdən mərkəzin işində təcrübəli azərbaycanlı mütəxəssislərin biliklərindən geniş istifadə edilməyə başlandı.

Bu illər ərzində bir çox yeni tibbi texnologiya (ilk özəl kompyuter tomoqrafiya, dəqiq radiommun labaratoriya reaktivləri, rəngli doppleoqrafiya, mammoqrafiya, beyin damarlarındakı qanın sürətinin təyini s.) xidmət üsulları (evdə laboratoriya nümunələrinin alınması, müayinə nəticələrinin ən qısa müddətdə verilməsi lazım gələrsə faksla ötürülməsi s.) Azərbaycanda ilk dəfə uğurla tətbiq edildi. Bu işdə mərkəzdə çalışan bir çox mütəxəssislərimizin xarici ölkələrdə qazandıqları təcrübənin çox böyük faydası oldu. Ötən illər ərzində xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti gündən-günə yüksəldi. Xaricdə əməliyyat keçirmiş bir çox xəstələrin nəzarət müayinəsi bizim mərkəzdə aparılır. Müasir tibbi cihazlarındilini bilən”, yüksək səviyyəli tibbi xidmət göstərən kadrlar yetişdirildi. onların bəzilərinin xidmətindən sonradan qurulan digər tibb müəssisələrində istifadə olunur.

Türk-Amerika Mərkəzində yeni texnologiyanın yeni üsulların tətbiqi daim davam etdirilir. Bir çox həkimlər öz elmi-tədqiqat işlərinə mərkəzdə alınan nəticələrdən istifadə edərək, müxtəlif beynəlxalq forumlarda çıxış edir, elmi məqalələr nəşr etdirirlər...

Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasında qəbul edilmiş qanunlara uyğun, Səhiyyə Nazirliyinin qəbul etdiyi normativ aktlar əsasında həyata keçirilir. Türk-Amerika Tibb Mərkəzi Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Azərbaycan İş Adamları Dərnəyinin fəal üzvlərindəndir. Mərkəz bir neçə il Bakıda qeydiyyatda olan 500-dən çox türk şirkətləri arasında 15 ən yaxşı vergi ödəyicilərindən biri kimi tanınır. Mərkəzin əməkdaşları Azərbaycanda keçirilən müxtəlif xeyriyyə tədbirlərində fəal iştirak edirlər.

 

 

Zöhrə ALCANOVA,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.5.