Liderlər üçlüyünün yarım addımlığında

 

Qrossmeysterimiz Teymur Rəcəbov (2761) Hollandiyada davam edən 19-cu kateqoriyalı ənənəvi superturnirdə altıncı dəfə heç-heçə oynamışdır. Bu dəfə Azərbaycan şahmatçısı turnirdə imkanlarından aşağı səviyyədə çıxış edən rusiyalı Aleksandr Morozeviçlə (2771) xalı yarı bölmüşdür. Doqquzuncu tura təsadüf edən bu görüşdə rəqiblər artıq 24-cü gedişdə heç-heçəyə razılaşmışlar.

Hesabında həmçinin Vasili İvançuk (Ukrayna, 2779) Qata Kamski (ABŞ, 2725) üzərində iki qələbə olan, hollandiyalı Lük van Veliyə (2625) isə uduzan Rəcəbov doqquz turdan sonra 5 xal toplamışdır slovakiyalı Sergey Movsesyanla (2751) dörd-beşinci yerləri bölüşdürür. Bu iki şahmatçı 5,5 xalla turnir cədvəlinə başçılıq edən liderlər üçlüyüSergey Karyagin (Ukrayna, 2706), Levon Aronyan (Ermənistan, 2750) Leniyer Domingesdən (Kuba, 2717) yarım addım geri qalır. Altı-doqquzuncu pillələrdə olan norveçli Maqnus Karlsen (2776), ingilis Maykl Adams (2712), turnir sahibləri Yan Smits (2601) van Veli isə 4,5 xal toplamışlar.

Rəcəbov superturnirin mükafatçılarından biri olmaq üçün finişdə mümkün qədər çox fayda götürməlidir. Dünən keçirilən onuncu turda Teymuru Smitsə qarşı görüş gözləyirdi. Bakı vaxtı ilə saat 16.30-da başlayan bu görüşdə həmyerlimiz ağlarla rəqibinə qalib gəlsəydi, yüksək yerlər uğrunda mübarizədə öz imkanlarını xeyli yaxşılaşdıracaqdı.

Azərbaycan şahmat məktəbinin daha iki yetirməsi bu günlər vətəndən uzaqlarda keçirilən yarışların iştirakçıları sırasındadır. FİDE-nin sonuncu reytinq cədvəlində 19-cu mövqeyə yüksələn Vüqar Həşimov (2723) Cəbəlüttariqdə beynəlxalq şahmat festivalının əsas turnirinə ingiltərəli Harri Kuillana (2357) qarşı görüşdə heç-heçə ilə başlamışdır. Dünən keçirilən ikinci turda Vüqarın rəqibi Norveç təmsilçisi olmuşdur.

Rəsul İbrahimov isə Bəhreyndə beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparır. Bu yarışda artıq üç turun görüşləri arxada qalmışdır. Səkkiz liderin hərəyə 3 xalı var. Onlardan yarım xal geri qalan İbrahimov daha bir neçə iştirakçı ilə 9-16- yerləri bölüşdürür.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.-2009.-29 yanvar.-S.8.