Nar Mobile abunəçilərinin sayı 1 milyondur

 

Azərbaycanın GSM bazarında dinamik artım nümayiş etdirən Nar Mobile abunəçilərinin sayının 1 milyona çatması ilə əlaqədar mətbuat konfransı keçirmişdir.

Tədbirdə şirkətin 2 ildən az müddətdə əldə etdiyi nailiyyətlər haqqında məlumat verildi. Bildirildi ki, 2008-ci ilin nəticələrinə görə, Nar Mobile Azərbaycanın GSM bazarının təxminən 20 faizinə malikdir. Hazırda bu şəbəkə ölkə ərazisinin 80 faizini əhatə edir.

Tədbirdə çıxış edən Azerfon MMC-nin Baş direktoru Gido Helbix bildirdi ki, 2 ildən az bir müddət ərzində uğurlu fəaliyyətimizin nəticəsində abunəçilərimizin sayının 1 milyonu keçməsinə görə fəxr edirik.

Tədbirdə Nar Mobilenin 1 milyonuncu abunəçisiBakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi 18 yaşlı Ayxan Babazadə təqdim olundu. O, təhsil alacağı 4 il müddətində hər ay 500 AZN məbləğində təqaüdlə təltif edildi. 1 milyonuncu abunəçiyə həm noutbuk mobil telefon təqdim edildi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.-2009.-29 yanvar.-S.6.