Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay ZülfüqarovunBayram uvertürası”, Fikrət Əmirovun “Fortepianoorkestr üçün konsert”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, Vasif Adıgözəlovun “Fortepianoorkestr üçün konsertmusiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olublar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər.

Avqustun 5-inədək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransaİtaliyadan gələn istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeyləri, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.

 

 

Yeni Azərbaycan.- 2010.- 27 iyul.- S.8.