Məmməd Arazın «Seçilmiş əsərləri»-nin təqdimat mərasimi keçirildi

 

Azərbaycanın böyük şairi Məmməd Arazın «Seçilmiş əsərləri»-nin təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, bu dəyərlərin dünyaya tanıdllmasını təmin etməkdir. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin ən müxtəlif nümunələri, söz, rəngkarlıq, musiqi, memarlıq, elm və digər sahələrdə özünəməxsus irs qoyub getmiş sənətkarlarının həyat və yaradıcılığı, onların əvəzsiz əsərləri nəşr olunur. Təqdimat mərasimində bildirildi ki, 1968-ci ildə böyük şair Məmməd Araz yazdığı «Vəsiyyət» şeirndə öz kitabının ölümündən sonra hansı formada və dizaynda olması arzusunu göstərmişdi. Bunun reallığa çevrilməsi isə 42 il sonraya qismət oldu. Kitabda şairin dərin fəlsəfi, səmimiyyət və həyat müdrikliyi ilə dolu, milyonlarla insanın qəlbinə yol tapmış və müxtəlif dillərə tərcümə edilmiş şeirləri cəmlənib.

 

 

Yeni Azərbaycan.- 2011.- 8 yanvar.- S.11.