İstiqlal Muzeyində Tarixə çevrilmiş şəkillər adlı tədbir-sərgi keçirilib

 

Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş Tarixə çevrilmiş şəkillər adlı tədbir-sərgi açılıb.

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəmsi açaraq sərginin ekspozisiyası barədə məlumat verib. O bildirib ki, sərgidə muzeyin fondunda saxlanılan Tahir Cəfərova, Oqtay Məmmədova, Sənan Ələsgərova digər fotoqraflara məxsus 50 fotoşəkil nümayiş olunur. Həmçinin, şəhidlər Azər Ələkbərov Ağabəy Novruzbəylinin şəxsi əşyaları da ilk dəfə olaraq ekspozisiya daxil edilib.

Tədbirdə 20 Yanvar şəhidlərindən biri Gültəkin Əsgərovanın anası, Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova məşum gecə baş verənləri bir daha xatırlayıb. 20 yanvar faciəsini tarixin ən ağır qanlı səhifəsi adlandırıb.

Qeyd edək ki, tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında anket təqdim olunub.

 

 

Yeni Azərbaycan.- 2011.- 19 yanvar.- S.8.