Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi açılıb

 

                                                                 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edib

 

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilənBakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva sərginin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi Azərbaycanın müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə diqqəti cəlb edir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özünəməxsusluğundan xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə formaları əsasında yaradılmış əsərlər nümayiş etdirilir.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və digər nüfuzlu qonaqların iştirak etdikləri tədbirdə layihənin ideya müəllifi Leyla Əliyeva çıxış edərək deyib: “Əziz qonaqlar.

Sizi ürəkdən salamlayıram və Heydər Əliyev Mərkəzində görməyə çox şadam. Bu, nadir, gözəl bina əsl mədəniyyət mərkəzinə çevrilib. Heydər Əliyev Mərkəzi 2012-ci ildə açılıb və qısa zamanda fəaliyyətini genişləndirib. Burada konsertlər, sərgilər, müxtəlif forum və görüşlər keçirilir.

Bu axşam biz birlikdə “Fly To Baku” sərgisini açırıq. Bu sərgi iki ildir ki, yaşayır və Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Sərgi Avropanın altı ölkəsində keçirilibböyük maraqla qarşılanıb. Bu sərgi Heydər Əliyev Mərkəzində iki ay davam edəcək və bununla da layihə sona çatacaqdır. Əminəm ki, sərgi Bakıda da böyük maraq doğuracaqdır. Sizə xoş axşam arzulayıram”.

Belə sərgilərin gələcəkdə də təşkil olunacağını deyən Leyla Əliyeva gənc rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirib. Layihənin ideya müəllifi vurğulayıb ki, sərgi Azərbaycanın müasir rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl fürsət oldu.

Tədbir iştirakçılarını salamlayan “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff ekspozisiyanın açılışında, ümumilikdə, layihədə iştirak etməkdən şərəf duyduğunu bildirib. Sərginin uğurla keçməsindən sevindiyini deyən Erve Mikaeloff bildirib ki, gələcəkdə belə layihələrin sayı çox olacaq.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performansfoto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri böyük maraq doğurur. Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri orijinallığı ilə seçilir.

Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu bu layihə tamaşaçılara Azərbaycanın yeni yarananböyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir. Burada təqdim olunmuş əsərlərin əksəriyyəti məhz bu layihə üçün işlənib.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, RomaVyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda, müasir incəsənət vasitəsilə Azərbaycanın bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaqdır. Burada insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalar, Azərbaycanın müasir incəsənət dünyasının bir hissəsi nümayiş olunur. Sərgiyə maraq Azərbaycanın müasir incəsənətinin peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya sübut edib. Bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr verib.

Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişib. Şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çoxlu sayda uğurlu layihələr də dayanır.

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.

 

Yeni azərbaycan.-2013.- 28 dekabr.- S.2.