“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları: nəticələr və perspektivlər”

 

  Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyası bu mövzuda konfrans keçirib

 

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasıRegionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları: nəticələr perspektivlərmövzusunda konfrans keçirib. Konfransda komissiyanın üzvləri ilə yanaşı, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, partiya fəalları iştirak edib. YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, regionların inkişafı hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Onun sözlərinə görə, sözügedən sahədə ən böyük addımlar bu məsələ üzrə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Belə ki, 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları nəticəsində bölgələrdə əhəmiyyətli işlər görülüb.

Komissiya sədri qeyd olunan proqramlarla yanaşı, hazırda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın, həmçinin, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın da həyata keçirildiyini diqqətə çatdırıb.

2009-2013-cü illəri əhatə edən Dövlət Proqramından danışan E.İbrahimov bildirib ki, proqramın icrası əsasən sosialyönümlü olubbir sıra mühüm nəticələr əldə edilib. Belə ki, bu müddətdə sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri böyük əhəmiyyət kəsb edib. Sənayeləşmə siyasətinə uyğun olaraq bu dövr ərzində - Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, gəmiqayırma və çörək zavodları, Sumqayıt Texnologiyalar Parkı, “Azgüntexzavodu, “Azərtexnolayn” MMC-nin polad boru, Balaxanıda bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Gəncədə Alüminium Zavodu Kompleksi, Bakıda, Qazaxda və Naxçıvanda sement, Naxçıvanda avtomobilmineral sular, Hacıqabulda kərpic, Ordubadda beton, Şərurda asfalt-beton, Gədəbəydə qızıl-mis emalı, “Hilal Qidasüd emalı, Şamaxıda “Azərelektronika” məişət cihazları istehsalı, Lənkəranda və Biləsuvarda konserv, Abşeronda duz emalı, plastik qablar, polistirolpolipropilen kisələr istehsalı, süd məhsulları və dondurma istehsalı, Zaqatalada südtütün emalı, Ağcabədi və Tovuzda süd emalı, Qəbələdə limonad, üzüm emalı, Ağsuda çörək, şirə və şərab zavodları və digər müəssisələr istifadəyə verilib. Komissiya sədrinin sözlərinə görə, bəhs edilən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 730 milyon manatadək olan 104 sənaye (qidaqeyri-qida sənayesi) müəssisələrinin maliyyələşməsinə 323,3 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 80-i istifadəyə verilib, digər 24 müəssisə üzrə tikinti-quraşdırma işləri davam edir. Bunlardan Ordubad rayonunda müasir tikinti materialları və metal konstruksiya istehsalı zavodları, Hacıqabul rayonunda seramik pilitələrin istehsalı parkı, Mingəçevir şəhərində polietilen boru, Masallıda, Şəkidə, Abşeronda və İsmayıllıda kərpic zavodları, Suraxanı rayonunda Yeni Transformatorlar Zavodu, Xəzər rayonunda respublikada ilk dəfə yaradılan və idxalı əvəz edən istixana konstruksiyaları və qida sənaye avadanlıqları istehsalı zavodu, Qaradağ rayonunda uşaq bezisalfet istehsalı zavodu, Sumqayıt şəhərində yağ fabriki və digərlərini göstərmək olar.

2009-2013-cü illərdə aqrar sahənin də diqqət mərkəzində saxlandığını deyən E.İbrahimovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqifiziki şəxslər 2014-cü ilədək (hazırda 1 yanvar 2019-cu ilədək) torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. 2009-2013-cü illərdə aqrar sektorun inkişafı ilə bağlı 11403 investisiya layihəsinin maliyyələşməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 626 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib ki, bu da həmin dövrdə verilən kreditlərin 71,5 faizini təşkil edir. “Ümumilikdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyalara əsaslanan 293 layihəyə 712 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 17 mindən çox yeni yeri yaradılıb. Müəssisələrdən 233-ü istifadəyə verilib, 60-ı üzrə tikinti-quraşdırma işləri aparılır. Sözügedən layihələrin arasında kənd təsərrüfatı məhsullarının istehsalı üstünlük təşkil edib. 2009-2013-cü illərdə dövlətin güzəştli kreditlər hesabına maliyyələşdirdiyi investisiya layihələrinin sayına görə 95 faizi aqrar sahədə, 5 faizi isə müxtəlif sənaye və digər sahələrdə olub. Aqrar sahəyə verilən güzəştli kreditlər artıq özünü göstərməkdədir. Ağcabədi və Beyləqan rayonlarının ərazisində 4800 hektar sahədə yaradılmış iri pilot taxılçılıq təsərrüfatında 2013-cü ildə rekord həcmdə - hər hektardan 55 sentner taxıl, 100 sentner qarğıdalı əldə olunub. Üzümçülüyün inkişafı üçün görülən tədbirlər (qanun qəbul edilməsi, kredit verilməsi və s.) öz bəhrəsini verir. Belə ki, 2008-ci ilə nisbətən 2013-cü ildə üzüm istehsalı 33 faiz artıb. 2009-2013-cü illərdə “Aqrolizinq” ASC 10015 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 742 ədəd taxılyığan kombayn, 3213 ədəd traktor, 64 ədəd ekskavator, 5996 ədəd müxtəlif təyinatlı digər kənd təsərrüfatı texnikası, 124 dəst texnoloji avadanlıq, 782,4 min ton müxtəlif mineral gübrələr gətirərək məhsul istehsalçılarının istifadəsinə verib. Bu texnikanın alınması üçün ilkin ödənişin 20 faizdən 10 faizə endirilməsi müsbət təsir edib, texnikanın alınması 2-5 dəfə artıb. Bunların nəticəsidir ki, aqrar sektorda davamlı inkişaf təmin olunub. Belə ki, 2008-ci ilə nisbətən 2013-cü ildə kənd təsərrüfatının ümumi məhsulu 19,8 faiz artaraq 5 milyard 224,6 milyon manat olub, dənli və dənli paxlalılar 18,6 faiz, meyvə və giləmeyvə 19,2 faiz, tütün 38,9 faiz, bostan məhsulları 5,4 faiz, yaşıl çay yarpağı 75,9 faiz, ət istehsalı 28,8 faiz, süd 31,8 faiz, yumurta 27,3 faiz, yun istehsalı 13,6 faiz artıb, mal-qaranın baş sayı çoxalıb” - deyə, E.İbrahimov vurğulayıb.

Yol təsərrüfatına gəlincə, komissiya sədri deyib ki, 2009-2013-cü illərdə 5231,3 km respublikayerli əhəmiyyətli avtomobil yolları, 270 körpütunel tikilib və əsaslı təmir edilib. Onun sözlərinə görə, II Dövlət Proqramının icrası nəticəsində regionlarda 10 elektrik stansiyası tikilib, 23.714 km elektrik xətləri çəkilib və 57 yarımstansiya quraşdırılıb və ya əsaslı təmir edilib. 2009-2013-cü illərdə 27 min km-dən çox qaz xətti çəkilib və ya təmir olunub. 53 rayon və şəhər üzrə 662 yaşayış məntəqəsi və 12 yaşayış massivi qazlaşdırılıb. Rabitə xidmətlərinin yaxşılaşdırılması işlərinə gəldikdə isə, E.İbrahimovun sözlərinə görə, 2009-2013-cü illərdə 307-si regionlarda olmaqla 326 yeni ATS istismara verilib, 515 ATS (o cümlədən regionlarda 456-sı) rekonstruksiya edilib, 92 ATS-də (regionlarda 66) genişlənmə işləri aparılıb. Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də 1-ci yerə çıxıb, hər 100 nəfərə düşən sabit şəbəkə telefonlarının sayı 16-dan 18,65-ə çatıb, 4542 km uzunluğunda fiber-optik kabel magistralları və xətləri tikilib istifadəyə verilib, poçt şöbələrinin sayı 150-dən 1627-yə, kənd poçtlarının sayı isə 1139-dan 1247-yə çatdırılıb.

E.İbrahimov su təchizatının və kanalizasiya xətlərinin yaxşılaşdırılması tədbirlərinin də uğurla davam etdiyini diqqətə çatdırıb. Onun verdiyi məlumata görə, 2009-2013-cü illərdə ümumilikdə 2900 km-dən çox su, 1100 km-dən çox kanalizasiya xətti çəkilib, 70-dən çox su anbarı tikilib və yenidən qurulub, 17 rayon mərkəzində həyata keçirilən su təchizatı və kanalizasiya layihələri başa çatdırılıb. Eləcə də, Taxtakörpü su anbarının inşası Bakı, Sumqayıt və Abşeronun içməli su, suvarma suyutexniki su ilə təminatını 2 dəfə yaxşılaşdırıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi paytaxtonun qəsəbələrinin gün ərzində fasiləsiz su təminatını əhəmiyyətli dərəcədə yüksəldib. Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulmasına gəlincə, 2009-2013-cü illərdə regionlarda 304 səhiyyə obyekti, 903 məktəb və 147 uşaq bağçası tikilibya əsaslı təmir edilib. Bakıda dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi və “Baku Crystal Hallkimi mədəniyyət ocaqları yaradılıb, regionlarda Heydər Əliyev mərkəzləri, mədəniyyət evləri, musiqi məktəbləri, Tarix-Diyarşünaslıq muzeyləri və digər mədəniyyət obyektləri tikilibya əsaslı təmir edilib. Bundan əlavə, çoxsaylı turizm obyektləri, mehmanxanalar və digər obyektlər tikilib istifadəyə verilib.

Regionların inkişafı ilə əlaqədar artıq üçüncü Dövlət Proqramının icrasına başlanıldığını diqqətə çatdıran komissiya sədri qeyd edib ki, 2014-2018-ci illəri əhatə edən bu proqramın icrası nəticəsində bölgələrdə kənd təsərrüfatının inkişafı ilə yanaşı, xeyli sayda sənaye, emal müəssisələri yaradılacaq. Eyni zamanda, kənd yolları yenidən qurulur, qazlaşdırma prosesi uğurla həyata keçirilir. Bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan E.İbrahimovun sözlərinə görə, seçki kampaniyasının təbliğat mərhələsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən bu işlər əhali arasında geniş təşviq edilməlidir.

Konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev bildirib ki, bu gün ölkəmizin dinamik inkişafı hər bir bölgədə nəzərə çarpmaqdadır. Onun sözlərinə görə, bütün rayonlarda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir: “Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır. Bölgələrdə işsizliyin aradan qaldırılması, kənd təsərrüfatının inkişafına göstərilən dəstək, dövlət tərəfindən subsidiyaların ödənilməsi, özəl sektora dəstək bölgələrin sürətli inkişafını özündə ehtiva edir”.

Parlamentin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli bildirib ki, bölgələrdə sosialyönümlü layihələrin həyata keçirilməsi uğurla davam etdirilir: “Son illərdə regionlarda məktəb, səhiyyə obyektlərinin tikilişi uğurla davam etdirilir. Azərbaycan dövləti qarşısına qoyduğu inkişaf xəttində bütün sahələr üzrə paralel inkişafı hədəf götürür. Bu mənada regionların daha da inkişaf etdirilməsi vacib şərtlərdəndir”.

YAP Siyasi Şurasının və partiyanın İqtisadi məsələlər komissiyasının üzvü Aslan Aslanov bildirib ki, icra olunan dövlət proqramları yeni yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

Ümumilikdə, konfransdakı çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionlarının sosial-iqtisadi cəhətdən dinamik inkişaf etdiyi vurğulanıb.

 

 Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 15 noyabr.- S. 4.