Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

 

Dünən 3 Dekabr - Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar-ümumilikdə 150-dən çox əlil uşaq üçünRomans-Palas” şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.

Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 1656 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Hazırda rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 307 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlardan 58 nəfər əlilə 8 nəfər sosial işçi xidmət göstərir.

A.Əsgərov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində rayon icra hakimiyyəti tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. Bu il müxtəlif kateqoriyalardan olan 119 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Şəki, Kürdəmir rayonları və Bilgəh qəsəbəsindəki istirahət mərkəzlərinə və sanatoriyalara göndəriliblər.

Daha sonra çıxış edənlər əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvləridir və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.

Tədbirdə 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunub.

Tədbir populyar estrada ulduzlarının, gənc incəsənət xadimlərinin və şən klounların ifaları ilə daha yaddaqalan

Yeni Azərbaycan.- 2015.- 4 dekabr.- S.- 5