İsrailinBirinci Radiosu: Rəşid Behbudov öz istedadı ilə Azərbaycanı dünyada şöhrətləndirib

 

İsrailinBirinci RadiosuMusiqili çayxanaverilişi çərçivəsində böyük Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb. Veriliş böyük müğənninin 100 illik yubileyinə həsr olunub.

Musiqili çayxanaverilişinin aparıcısı Emmanuil Süleymanov bildirib ki, Rəşid Behbudov öz səsi və istedadı ilə Azərbaycanı bütün dünyada şöhrətləndirən şəxsiyyətlər sırasında müstəsna yer tutur. Jurnalist deyib: “Bu ecazkar səs həmişə nəinki onun özünü, həm də bütün Azərbaycan xalqını zirvələrə yüksəldəcək. Biz Azərbaycana və Azərbaycan xalqına məhz Rəşid Behbudov sayəsində bələd olduq”.

İsrail radiosunun verilişində iştirak edən Rəşid Behbudovun qızı, Azərbaycanın Əməkdar artisti Rəşidə Behbudova atasına həsr olunmuş bir saatlıq verilişin təşəbbüskarı - beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Quta, Səadət Şükürovanın rəhbərlik etdiyiOdlar Yurdu” İsrail-Azərbaycan truppasına, habelə bir saat ərzində Rəşid Behbudovun repertuarından mahnılar dinləmək imkanı yaratdığına görə “Birinci Radionun baş redaktoru Vlad Zernitskiyə təşəkkür edib. Rəşidə Behbudova deyib: “Atam nəfəs aldığı kimi yaşayırdı - ürək dolusu və həyat eşqi ilə. Yaşadığı kimioxuyurdu - məhəbbət dolu açıq qəlblə. İnsanlara məhəbbət onun nəfəsinə hopmuşdu. Onda insanları maqnit kimi özünə cəzb edən nəsə vardı: sanbalı və ciddiyyəti. Azərbaycan xalqı atamı qəlbən sevir və qiymətləndirirdi. Bu, onun missiyası idio, məhz bunun üçün doğulmuşdu. O, zəngin Azərbaycan mədəniyyətini, mahnılarımızı, romansları, operaları, xalq mahnılarını və birki, dünya ölkələrinin mədəniyyətlərini, gözəl melodiya və nəğmələrini şöhrətləndirirdi. Atam Bolqarıstan, Macarıstan, İtaliya, Hindistan, Çinaz qala bütün ərəb ölkələrində olmuşdu. Bu ölkələrin hər birində proqramda nəzərdə tutulan mahnılardan başqa bu ölkənin mahnısını, özü də mütləq həmin xalqın öz dilində oxuyurdu. Rəşid Behbudovun mahnı repertuarı çox geniş idi. Əsas yeri isə, şəksiz ki, Azərbaycan bəstəkarlarının əsərləri tuturdu. Atam Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyini və səmimi münasibətini həmişə hiss edirdi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illiyinin keçirilməsi və Azərbaycanın paytaxtında böyük müğənninin heykəlinin ucaldılması haqqında Fərman imzalayıb. Atam yəhudi xalqına xüsusi mehribanlıqla yanaşırdı. Bu yaxınlarda aşkar etdiyim məktubunda atam İsrailə getmək arzusundan yazır. Dürüst, açıq və güclü insanların onun xatirəsi üçün gördükləri işlər, xüsusən ailəmizə bəslənilən səmimi və ehtiramlı münasibət mənim üçün çox qiymətlidir”.

Verilişin aparıcısı Emmanuil Süleymanov vurğulayıb ki, Rəşid Məcidovun arzusu dekabrın 19-da həyata keçəcək: Rəşid Behbudov ailəsinin iştirakı və Səadət Şükürovanın rəhbərlik etdiyiOdlar yurdu” İsrail-Azərbaycan truppasının dəstəyi ilə İsraildə ilk dəfə təntənəli gecə olacaq: teatr kompozisiyaları, Rəşid Behbudov ailəsinin dostlarının, habelə əslən Azərbaycandan olan İsrail müğənnilərinin - Manuel İsakovun, Xava DolevinTomer Əliyevin çıxışları bir-birini əvəzləyəcək. Rəşid Behbudov zirvəsini nə sağlığında, nə də həyatdan köçəndən sonra heç kəs fəth edə bilmədi. Onda həqiqi artistizm, lirizm, qəlbi riqqətə gətirən müqayisəyəgəlməz ilahi səs vəhdət təşkil edirdibu baxımdan Rəşid Behbudovun tayı-bərabəri yoxdu!

Odlar Yurdu” İsrail-Azərbaycan truppası Rəşid Behbudov yaradıcılığının bütün pərəstişkarlarını dekabrın 19-da İsrailin Netanya şəhərinin Mədəniyyət Mərkəzində təntənəli gecəyə dəvət edir.

Birinci Radio” dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”, “Vətən”, “Lalələr”, “Sənin qara gözlərin”, “Sənə də qalmaz”, “Aylı gecələr”, habelə “Arşın mal alan” filmindən mahnılar səslənib.

Yeni Azərbaycan.- 2015.- 16 dekabr.- S.- 7