Qısa müddətdə Azərbaycanda turizmin yüksək sürətlə inkişafına nail olunub

 

Prezident İlham Əliyev: Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir

 

Hazırda beynəlxalq aləmdə müşahidə edilən qlobal risklər fonunda Azərbaycan bütün dünyaya özünün yeni inkişaf modelini təqdim edir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulanson 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində formalaşan bu yeni inkişaf modeli sayəsində Azərbaycanın siması tamam dəyişib, ölkəmiz dünyada sabitlikinkişaf məkanına çevrilib. Prezident İlham Əliyevin bu günlərdə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında vurğuladığı kimi, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadisosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub.

Qlobal risklər fonunda Azərbaycanın yüksək dayanıqlılıq nümayiş etdirərək uğurlara imza atması isə ölkəmizin reallıqları və bu reallıqlar, ölkənin təbii resursları, iqtisadi potensialı nəzərə alınmaqla ardıcıl surətdə həyata keçirilən məqsədyönlü siyasətlə bağlıdır.

Qeyri-neft sektorunun üstün inkişafının təmin olunması qlobal risklər şəraitində Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdən biridir

Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşiblər. Azərbaycan iqtisadiyyatı da uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə, regionların iqtisadi güc amilinə çevrilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblüyünün təmin edilməsinin və bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında bir daha nəzərə çatdırıb: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır”.

Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 40 faizədək azalıb və ÜDM-də qeyri-neft sektorunun payı 60 faizi üstələyib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, məhz şaxələndirmə siyasətinin, əvvəlki illərdə ölkə iqtisadiyyatının diversifikasiyası üçün çoxlu investisiya yatırılmasının nəticəsidir.

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı barədə söhbət açarkən respublikanın regionlarının tarazlı inkişafına nail olunmasını xüsusi vurğulamaq lazımdır. 2004-cü ildən bəri ölkəmizdə regionların sosial-iqtisadi inkişafını təmin edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb və hazırda 2014-2018-ci illəri əhatə edən növbəti Dövlət Proqramı da müvəffəqiyyətlə həyata keçirilir. Son 11 ildə Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3 dəfə artıb. Sevindirici haldır ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Ölkəmizin zəngin turizm potensialı qeyri-neft sektorunun inkişafına güclü təkan verir

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biriturizm sektorudur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət başçısının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli istirahət zonaları açılır.

Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, florafauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizdə turizmin müxtəlif növlərini, o cümlədən, biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var.

Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin, respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.

Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Bu uğur Azərbaycanın özünü turizm ölkəsi kimi təsdiqləməsinin, qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir.

Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Ötən il 2-si hotel, 16-sı turizm şirkəti olmaqla ölkəmizi təmsil edən 18 turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə öz növbəsində DTT-yə üzv ölkələrində respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.

Yüksək dövlət qayğısı sayəsində ölkəmizdə turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2014-cü ildə təşkil olunan sərgidə iştirak edən ölkələrin sayı 38-ə çatıb. Ümumilikdə, bu ölkələrdən “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində 351 şirkət və təşkilat öz xidmətlərini təqdim edib. Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyadaAvropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub.

Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılıb

Məlumdur ki, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdıraraq deyib: “Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir”.

Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.

“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektinotelin açılışında iştirak edib. Dövlət başçısı cari ilin yanvar ayında “Şahdağ” qış-yay turizm kompleksində daha bir yeni turizm obyektinin - “Park Chalet” otelinin açılışına qatılıb. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdırıb: “Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə öz növbəsində, investisiyaları təşkil edir”.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılıb. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub. Kompleksin birinci mərhələsinin açılışı ötən ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatdırılıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.

Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend otellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxanamehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir. Prezident İlham Əliyev Şamaxı rayonunda ötən ilin mayında istifadəyə verilən “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışındakı çıxışında bundan məmnunluğunu ifadə edərək deyib: “Bakıda son 2-3 il ərzində bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel şəbəkələrinin otelləridir. “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni, dünyanın səkkiz aparıcı otel brendi bir şəhərdədir, özü də Bakı şəhərində. Yəni, biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik”.

Azərbaycanın zəngin müalicəvi kurort mərkəzlərinin də geniş potensialı var. Hazırda ölkəmizin turizm sahəsində dövlət siyasətində belə mərkəzlərin yenidən qurulması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev konfransdakı çıxışında bu sahədə nəzərdə tutulan perspektiv planları da açıqlayıb: “Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki, bu il açılacaqdır”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 6 fevral.- S.2.