Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlər davamlı xarakter daşıyır

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın qərb bölgəsində də bütün sahələrdə önəmli nəticələr əldə edilib

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuşPrezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər sayəsində 2015-ci ilin doqquz ayında da ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər öz həllini tapıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu ilin doqquz ayında görülmüş işlər ətraflı təhlil edilib, qazanılan nailiyyətlər yüksək qiymətləndirilib. İclasdakı çıxışlarda vurğulandığı kimi, bu ilin doqquz ayında respublikamızda görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr gələcəkdə də bu müsbət dinamikanın saxlanılacağından, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir.

İqtisadi göstəricilər uğurların davamlı olmasından xəbər verir

Ümumiyyətlə, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.

Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətində saxlayır. Dövlət başçısı son 12 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Regionlarda inkişaf tempi, quruculuq-abadlıq işləri son bir ildə də intensiv şəkildə davam etdirilib. Ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib.

Qeyd edək ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın qərb bölgəsində, o cümlədən kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülüb, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sayəsində həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının nəticələrinə dair hesabat da bunu təsdiqləyir.

Naftalan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bəhs edilən dövrdə şəhər üzrə ümumi məhsul buraxılışı 10497,5 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1264,4 min manat təşkil edib. Əhaliyə 200,3 min manatlıq nəqliyyat xidməti göstərilib. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 10690 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 13056,9 min manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 5,3 faiz artaraq 295,5 manat, hüquqifiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 138,4 min manat təşkil edib.

Həmçinin cari ilin doqquz ayında aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 93 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə 127 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Məlum olduğu kimi, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə 1,4 milyon yeni yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Bu baxımdan Naftalanda atılan addımlara gəlincə, əmək ehtiyatlarından düzgün və səmərəli istifadə etmək məqsədilə Məşğulluq Mərkəzində boş yerləri haqqında məlumatlar toplanıb və işsiz sakinlərin qeydiyyatı aparılıb. Ötən dövr ərzində Məşğulluq Mərkəzinə 189 nəfər qeyri-məşğul şəxs müraciət edib, onlardan 155 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilib, 6 nəfərə işsizlik statusu təyin olunub. O cümlədən vətəndaşların işlə təmin olunması məqsədilə 15 may 2015-ci il tarixində keçirilmiş əmək yarmarkasında 58 nəfər işlə təmin olunub. Şəhərdə aparılan yenidənqurma işlərində də onlarla insan işlə təmin olunub.

Tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

Yuxarıda da vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Dövlət proqramlarından, Fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası ilə əlaqədar xeyli işlər görülüb.

Belə ki, hesabat dövründə şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində artıq uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri tam başa çatdırılıb, şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenisi il əvəz edilib. Hazırda şəhərin çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə bərpa və abadlıq işləri davam etdirilir.

Eyni zamanda, şəhərdaxili yollara yeni bardürlər düzülüb, piyada yolları salınıb. Şəhərin ərazisində köhnə elektrik dirəkləri və şəhərin memarlıq üslubuna xələl gətirən istismara yararsız tikililər sökülüb götürülür. Həmin ərazilər təmizlənir, yerində sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti üçün istirahət parkları salınır. Yeni salınan parklarda basketbol, tennisuşaq-oyun meydançaları da quraşdırılır. Həmçinin binaların həyətlərində 400-dən artıq çinar ağacı əkilib. Daha dəqiq desək, Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməciliklər təşkil edilib, parklarda yaşıllıqların sayı artırılıb. Bu barədə verilən məlumatda deyilir ki, fevral-mart aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiya müddətində şəhərin müxtəlif ərazilərində 2500-dən artıq müxtəlif növ həmişəyaşıl ağac əkilib.

Şəhər ərazisində yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya sonrakı dövrdə də davam etdirilib. Belə ki, payız mövsümünün başlanması ilə əlaqədar 14 noyabr 2015-ci il tarixində Naftalanda ümumşəhər iməciliyi keçirilib. Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməcliyə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunub. İməcilikdə şəhərin tanıtma lövhəsindən başlayaraq boş ərazilərə, şəhərdəki Heydər Əliyev və Qəbələ parklarına, məktəblərin həyətlərinə 2000-dən çox həmişəyaşıl ağac əkilib. Gələcəkdə də kurort şəhəri olan Naftalanın kurort iqlimini qorumaq üçün şəhərin parklarında, xiyabanlarda ağac əkimi davam etdiriləcək.

Hesabat dövründə həmçinin yeni Avtovağzal hotel komleksininNaftalan Bələdiyyəsinin yeni inzibati binalarında tikinti işləri davam etdirilib. Polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib.

Ölkənin hər yerində olduğu kimi, hesabat dövründə Naftalanda da təhsil və səhiyyə sektorunun inkişafı diqqət mərkəzində olub. Belə ki, tam orta məktəblərdə yeni dərs ili ilə əlaqədar cari təmir işləri aparılıb, məktəblərin maddi-texniki bazası gücləndirilib, qış mövsümündə məktəblərin fasiləsiz olaraq istiliklə təmin olunması məqsədilə hazırlıq işləri görülüb.

Verilən məlumatda da qeyd edildiyi kimi, ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi yüksək səviyyədə təşkil edilib, müayinə zamanı aşkar olunan xəstələrdən 380 nəfər ambulator, 28 nəfər stasionar, 3 nəfər isə Bakı şəhərinə göndərilərək müalicəyə cəlb olunub. Eyni zamanda, yeni şəhər xəstəxanasının tikintisi işləri davam etdirilib.

Əhalinin elektrik, qaz, suistilik təminatının yaxşılaşdırılması istiqamətində də böyük işlər görülüb

Heç şübhəsiz, son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın regionlarının tarazlı inkişafının təmin edilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. İnfrastruktur təminatı baxımından bölgələrdəki 12 il bundan qabaqkı vəziyyətlə mövcud durum arasında kəskin fərq var. Deyə bilərik ki, indiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastruktur qurulması istiqamətində böyük həcmi yerinə yetirilibbir sıra layihələr də hazırda uğurla reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına həsr olunan konfransda diqqəti bölgələrdə infrastruktur təminatının yaxşılaşdırılmasına çəkən Prezident İlham Əliyev bildirib: “Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər, kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcək”.

Beləliklə, dövlət başçısının müvafiq göstəriş və tapşırıqlarına uyğun olaraq hesabat dövründə Naftalan şəhərində də xidmət sahələrinin, o cümlədən elektrik, qaz, suistilik təminatının yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Məsələn, hesabat dövründə Dövlət Proqramına əsasən əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə binadaxili telefon kabellərinin yenisi ilə əvəzlənməsi və şəhərdaxili rabitə xətlərinin kabel kanalizasiya quyuları ilə çəkilişi işləri də davam etdirilib. Eyni zamanda, Qurban Namazəliyev adına yaşayış məhəlləsinin telefonlaşdırılması məqsədilə yeni stansiyanın tikintisi planlaşdırılır. Hazırda mərkəzi stansiyadan yeni stansiyaya kabelin çəkilişi işləri aparılır.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Təsərrüfatda böyük qüsurlar var idi. Bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji ilə təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da adamları üçün perspektivsiz görünürdü. Buna görə də ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrildi. Son 12 il ərzində isə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Öz növbəsində, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında elektrik şəbəkəsinin yenidən qurulması sahəsində işlər davam etdirilir.

Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini isə xüsusilə vurğulamaq lazımdır. Onu da qeyd edək ki, Prezident İlham Əliyev ölkənin qazlaşdırılması ilə bağlı qarşıya konkret hədəflər qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta Sovet dövründə bəzi rayonlarda, ümumiyyətlə, təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq”.

Beləliklə, dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclarSmart-karttipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub.

Eyni zamanda, son aylarda regionlarda çoxlu sayda yaşayış məntəqəsinin sakinləri “mavi yanacağ”ın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar. Bu proses Naftalanda da uğurla davam etdirilir. Qaz istismarı sahəsi tərəfindən bütün istehlakçıların təbii qazla təmin olunması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilib. Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılıb.

Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi işləri də davam etdirilib. Artıq 150-800 mm polietilen borularla 47,9 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi işləri yekunlaşmaq üzrədir. 2015-ci ilin doqquz ayında Qurban Namazəliyev adına yaşayış məhəlləsində 600 metr uzunluğunda kanalizasiya xətti və 500 metr uzunluğunda yeni su xətti çəkilib. Layihə çərçivəsində Naftalan Sukanal İdarəsi üçün yeni inzibatı binanın da tikintisinə başlanılıb. Həmçinin yaxın günlərdə əhali və qeyri-əhali abonentlərinə öncədən ödəmə sistemliSmartelektron su sayğaclarının quraşdırılmasına başlanılacaq və əhali fasiləsiz olaraq su ilə təmin olunacaq.

Kurortlar şəhəri Naftalanda binaların istiliklə təminatı demək olar, tamamilə həll edilib. Hazırda şəhərdəki bütün binalar istiliklə təmin olunur. Qış mövsümünün gəlişi ilə əlaqədar bir neçə ay əvvəl şəhər istilik istismarı sahəsinin balansında olan bütün qazanxanalar nəzərdən keçirilərək hazır vəziyyətə gətirilib. Noyabrın əvvəllərində isə ictimai və fərdi binalara baxış keçirilib. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali ilə yanaşı, məktəblər, uşaq tərbiyə müəssisələri fasiləsiz olaraq istiliklə təmin olunur.

Əhalinin təhlükəsizliyi tədbirləri istiqamətində də müvafiq işlər görülür. Məlumatlara əsasən, güclü leysan yağışları və Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları Naftalan şəhərinin və ona bitişik Qasımbəyli kəndinin infrastrukturuna, vətəndaşların həyətyanı və yaşıllıq sahələrinə ciddi ziyan vururdu. Artıq Qaşaltı Qaraqoyunlu kəndində, su tutumu 750-800 min kubmetr olan süni göldə dövlət əsaslı vəsait qoyuluşu hesabına əsaslı şəkildə yenidənqurma və tamamlanma işləri aparılır. Aparılan yenidənqurma işləri tamamlandıqdan sonra Naftalan şəhəri və ona bitişik Qasımbəyli kəndi üçün sel sularının təhlükəsi tamamilə aradan qaldırılacaq.

Beləliklə, qərb bölgəsinin, o cümlədən Naftalanın timsalında da görünən odur ki, hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznesinvestisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtdayaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.

Nadir Aszəri

Yeni Azərbaycan.- 2015.- 26 noyabr. S.8