İsmayıllıda “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı olub

İsmayıllıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevinİkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı olub. Yenicə çapdan çıxmış kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, fəal oxucular, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraqİkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının geniş elmi axtarışlara söykəndiyini, müəllifin Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh etdiyinibuna maneə yaradan amilləri açıq şəkildə göstərdiyini vurğulayıb.

Əməkdar müəllim Ramiz Baloğlanov, şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abdullayeva, İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mail Fərəcov, gənc müəllim Qönçə Ağazadə, Dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək akademik Ramiz Mehdiyevin bu kitabının Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından dolğun və tutarlı faktlarla zəngin olduğunu bildiriblər. Çıxışlarda, habelə vurğulanıb ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Görkəmli alimin yeni kitabı da bu baxımdan öz zənginliyi və elmiliyi ilə olduqca təqdirəlayiqdir.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək kitabın elmisiyasi aspektləri barədə ətraflı məlumat verib, ikili standartların Azərbaycan üçün yaratdığı problemlərdən danışıb.

Yeni  Azərbaycan.- 2015.- 17 sentyabr.- S.-6