Yeni neft strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin edib

Prezident İlham Əliyev: Ölkəmizin ümumi iqtisadisiyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır

Hazırda dünyada müşahidə edilən heçxoş olmayan hadisələrlə müqayisədə Azərbaycan nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirərək bu əsasda ölkədə əhalinin sosial rifahını daha dolğun şəkildə təmin edir. Son 12 ildə Azərbaycan dünyanın öz iqtisadiyyatını davamlı olaraq genişləndirən və ümumi daxili məhsul istehsalında 3 dəfədən çox artıma nail olan nadir ölkələrindən biridir. Dinamik inkişaf sayəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 75 faizi məhz Azərbaycanın payına düşür və hər hansı regional layihənin icrası respublikamızın iştirakı olmadan qeyri-mümkündür. 2004-cü ildən bəri respublikamızın sənaye istehsalı 2,7 dəfə artıb, ölkənin sənaye xəritəsinə 500-dən çox yeni istehsal müəssisəsi əlavə olunub. Respublikamızın sənaye potensialı o səviyyədə yüksəlib ki, artıq bir sıra məhsullara olan daxili tələbat tam yerli istehsal hesabına ödənilir, qarşıdakı illərdə isə yeni ixrac imkanlarının yaradılması hədəflənib. Qısa müstəqillik tarixi ərzində Azərbaycanın kosmik və müdafiə sənayesinə malik ölkəyə çevrilməsi qürurverici haldır.

Qeyd etmək xoşdur ki, Azərbaycanın hətta qlobal iqtisadi-maliyyə böhranı illərində və yeni risklər fonunda belə möhkəm iqtisadi dayanıqlılıq nümayiş etdirməsi, böyük uğurlara imza atması beynəlxalq miqyasda uğurlu model kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı ölkələri Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı təcrübədən yararlanmaq niyyətini bəyan edib. Bundan başqa, dünyanın nüfuzlu reytinq agentlikləri də Azərbaycanın iqtisadi rəqabətlilik qabiliyyətini yüksək dəyərləndirirlər. Məsələn, dünyada böyük nüfuza malik Davos İqtisadi Forumu 2014-cü ilin ikinci yarısında yaydığı hesabatında ölkəmizi iqtisadi rəqabətlilik indeksinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu isə o deməkdir ki, qısa müstəqillik tarixinə malik olan Azərbaycan hazırda dünyanın ən güclü iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır. Yeri gəlmişkən, bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısı dünya üçün çətin illərdə də Azərbaycanın sürətli inkişaf templərini saxlamasından məmnunluğunu ifadə edib: “O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.

“Əsrin müqaviləsi” Azərbaycanda yeni inkişaf erasının əsasını qoyub

Bəs ölkəmizin uğurlarını şərtləndirən, Azərbaycanı regional lider dövlətə çevirən amillər hansılardır? Burada təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulanson 12 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət həlledici rol oynayıb. Azərbaycanın bu gün beynəlxalq miqyasda dünyada uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontraktın imzalanması ilə qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizin ümumi iqtisadisiyasi inkişafının məhz “Əsrin müqaviləsi” ilə başladığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Ölkəmizin ümumi iqtisadisiyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir”.

“Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başlayıb. Ölkəmizin enerji müstəqilliyi tam təmin olunub. Azərbaycan xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Qeyd etmək yerinə düşər ki, bu gün ARDNŞ beynəlxalq səviyyəli şirkətə çevrilib. Hazırda ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54 milyard dollardan çox sərmayə yönəldilib. Xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilən 37 birgə müəssisə və 7 alyans neftqaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.

Yeni neft strategiyası ölkədə qeyri-neft sektorunun inkişafına güclü təkan verib

Azərbaycanın iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan elə bir dayanıqlı iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili başlıca rol oynamasın:Qara qızıl adlandırdığımız neftin insan kapitalına çevrilməsi dövlət siyasətimiz olmuşdurheç zaman bizim iqtisadiyyatımız bugünkü qədər şaxələndirilmiş olmamışdır. Bizim hədəfimiz elə bir dayanıqlı iqtisadiyyat yaratmaqdır ki, burada neft amili başlıca rol oynamasın”.

Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblü olmasının təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdıraraq bildirib ki, bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsi gələcək inkişaf üçün yaxşı imkanlar yaradır: “Biz hər zaman demişik ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır. Biz həmişə neftqazdan asılılığımızı azaltmağa çalışırıq və uzun illərdir həyata keçirdiyimiz şaxələndirmə siyasəti gələcək inkişaf üçün yaxşı fürsətlər yaradır”.

Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 60 faizi üstələyib. Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölmə də sürətlə inkişaf edir. Təkcə son 12 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Ölkəmizdə qeyri-neft sektorunun üstün artım dinamikası 9,2 faiz olmaqla cari ilin ilk yarısında da davam edib.

Beləliklə, deyə bilərik ki, “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə Azərbaycanın mənzərəsi dəyişib və ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb. Prezident İlham Əliyev Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında diqqəti xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə çəkərək, əslində, haqqında bəhs olunan müqavilənin bu günə gedən yolumuzu açdığını vurğulayıb: “Bizim milli liderimizin - Heydər Əliyevin baxışları, siyasi müdrikliyi, cəsarəti sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası başlamışdır. “Əsrin kontraktı”, əslində, bu günə gedən yolumuzu açdı”.

“Əsrin müqaviləsi” regionalqlobal miqyasda uğurlu əməkdaşlıq platforması formalaşdırıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri ilə həyata vəsiqə alan “Əsrin müqaviləsi”, eyni zamanda, regionalqlobal miqyasda uğurlu əməkdaşlıq platforması formalaşmasında mühüm rol oynayıb. “Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.

1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçünmühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisitarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. “Cənub” qaz dəhlizinin və onun tərkib hissəsi olan TANAP-ın reallaşdırılması bunu bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir, respublikanın proqnozlaşdırılan qaz ehtiyatları isə bundan təxminən 2 dəfə çoxdur.

Xəzər hövzəsində “Əsrin müqaviləsi” ilə başlanan və Azərbaycanın aparıcı rol oynadığı əməkdaşlıq getdikcə daha da dərinləşməkdədir. Şübhə yoxdur ki, ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi bu əməkdaşlığın dərinləşməsinə yeni impuls verəcək. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki çıxışında neft-qaz sahəsində formalaşan beynəlxalq komandanın fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə edərək deyib: “Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!”

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dəfələrlə dilə gətiriblər. Onlar Avropa ölkələrinin ən zəif, həssas yerinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu bildirirlər. Avropa üçün ənənəvi enerji mənbələri təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq. Dövlət başçısı hazırda Azərbaycanın Avropa üçün yeganə yeni enerji mənbəyi olduğuna diqqət çəkərək bildirib: “Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır”.

Beləliklə, resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub” qaz dəhlizinin Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regionalqlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Dörd il bundan əvvəl - 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha bir neçə il tələb olunacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür. Göründüyü kimi, “Cənub” qaz dəhlizi regionun, Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək və tərəfdaş ölkələrin təhlükəsizliyində mühüm rol oynayacaq.

Yeni enerji layihəsində iştirak edən bütün ölkələr mənfəət götürəcəklər

Avropanın yeni enerji mənbəyi və uzunmüddətli təhlükəsizlik qarantı rolunda çıxış edən “Cənub” qaz dəhlizi layihəsinin ən önəmli cəhətlərindən biriondan ibarətdir ki, bu layihə bütün tərəfdaş ölkələr üçün əhəmiyyətlidir. Layihədə tərəfdaş ölkələrin maraqlar balansı təmin olunub ki, bu da “Cənub” qaz dəhlizi layihəsinin uğurlu perspektivini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə tərəfdaş ölkələrin hamısı üçün faydalıdır: “Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçünçox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir”.

Burada söhbət, əlbəttə ki, yalnız iqtisadi maraqlardan getmir. “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə regiondaAvropa məkanında yaranan yeni əməkdaşlıq formatı, eyni zamanda, yeni siyasi təşəbbüs kimi dəyərləndirilir ki, bu da regionalqlobal təhlükəsizlik baxımından çox önəmlidir.

Mübariz  ABDULLAYEV

Yeni  Azərbaycan.- 2015.- 19 sentyabr.- S.- 3